Resept:Badambura
Görünüş
Badambura və ya badamlı borucuq - Azərbaycan mətbəxinə aid şirniyyat növüdür.
Lazım olan məmulatlar
[redaktə]- Əla növ buğda unu - 410q,
- Xama - 185q,
- kərə yağı - 120q,
- badam - 220q,
- şəkər tozu - 180q,
- hil - 5q,
- şəkər kirşanı - 35q,
- maya - 10q,
- konyak - 3q,
- duz.
Hazırlanma qaydası
[redaktə]Una kərə yağı, xama, şəkər kirşanı, duz və maya əlavə edilib xəmir yoğrulur. İç hazırlamaq üçün badam qaynar suda pörtülür, qabığı təmizlənir və qurudulur. Quru badam sürtgəcli maşında üyüdülür, ona şəkər tozu, hil və konyak əlavə edilib qarışdırılır. Xəmir gəldikdən sonra 40 qramlıq paylara bölünür. Bundan sonra qolu borucuqda olduğu kimi hazırlanır.