Koşiro Tanaka: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 8: Sətir 8:
İkinci Dünya müharibəsindən sonra [[Kuril adaları]] SSRİ-nin tərkibinə daxil olmuşdu. Bu səbəbdən Tanaka [[SSRİ]]-ni düşmən ölkə kimi görürdü və Yaponiyanın torpaqları uğrunda döyüşməli olduğu fikrini müdafiə edirdi. O, müdaxilə edilmədiyi təqdirdə SSRİ-nin daha güclənəcəyini və Yaponiyanı işğal edəcəyini düşünürdü.<ref name="mighty"/>
İkinci Dünya müharibəsindən sonra [[Kuril adaları]] SSRİ-nin tərkibinə daxil olmuşdu. Bu səbəbdən Tanaka [[SSRİ]]-ni düşmən ölkə kimi görürdü və Yaponiyanın torpaqları uğrunda döyüşməli olduğu fikrini müdafiə edirdi. O, müdaxilə edilmədiyi təqdirdə SSRİ-nin daha güclənəcəyini və Yaponiyanı işğal edəcəyini düşünürdü.<ref name="mighty"/>


Tanaka 1985-ci ildə [[Əfqanıstan]]da sovet əsgərlərinə qarşı vuruşmağa qərar verəndə [[Tokio]]nun [[Şincuku]] rayonunda yerləşən bir ofisdə işləyirdi. [[Yaponiya Özünümüdafiə Qüvvələri]]ndə heç vaxt xidmət etməsə də, döyüş sənətlərindəki bacarıqları ona müəyyən kömək etmişdir. Mücahidlərə qoşulan Tanakanın Əfqanıstandakı ilk döyüşü [[Kabul]]un yaxınlığında yerləşən və sovet hökumətinə aid bir posta hücum olmuşdur. O, Əfqanıstanda əcnəbi döyüşçü kimi ad çıxarmış, hətta Əfqanıstan hökuməti onun haqqında saxta ölüm xəbərləri yaymışdır. Tanaka Əfqanıstan dövrü zamanı [[malyariya]], [[sarılıq]], böyrək daşı və ayaq qırığı kimi sağlamlıq problemləri ilə üzləşmişdir.<ref name="mighty"/>
Tanaka 1985-ci ildə [[Əfqanıstan]]da sovet əsgərlərinə qarşı vuruşmağa qərar verəndə [[Tokio]]nun [[Şincuku]] rayonunda yerləşən bir ofisdə işləyirdi. [[Yaponiya Özünümüdafiə Qüvvələri]]ndə heç vaxt xidmət etməsə də, döyüş sənətlərindəki bacarıqları ona müəyyən kömək etmişdir.<ref name="mighty"/> "[[Cəmiyyət-i İslami]]"ə qoşulan Tanakanın Əfqanıstandakı ilk döyüşü [[Kabul]]un yaxınlığında yerləşən və sovet hökumətinə aid bir posta hücum olmuşdur.<ref name="monitor"/> O, Əfqanıstanda əcnəbi döyüşçü kimi ad çıxarmış, hətta Əfqanıstan hökuməti onun haqqında saxta ölüm xəbərləri yaymışdır. Tanaka Əfqanıstan dövrü zamanı [[malyariya]], [[sarılıq]], böyrək daşı və ayaq qırığı kimi sağlamlıq problemləri ilə üzləşmişdir.<ref name="mighty"/> Tanakanın həyat yoldaşı Takiko onun Əfqanıstan səyahətlərinə qarşı çıxsa da, mane ola bilməmişdir.<ref name="monitor"/>


Tanaka 1985-1987-ci illərdə Əfqanıstana ən az 7 dəfə səfər etmişdir. Onun kimi eyni fikirləri bölüşən bəzi yaponlar onun Əfqanıstan səyahəti üçün maddi dəstək göstərsələr də, Yaponiya hökuməti onun bu hərəkətlərini qınadığını açıqlamışdır. Tanaka 1987-ci ildə ''"Sovet əsgərləri nişangahda: Mənim Əfqanıstandakı döyüşüm"'' adlı kitabını nəşr etmişdir. O, bu kitabdan əldə etdiyi gəlirlər Əfqanıstana səyahət etmiş və mücahidlərə maddi yardım göstərmişdir. Tanaka [[Pəncşer dərəsi]]nə səyahət edərək [[Əhməd Şah Məsud]]la tanış olmuş, hətta ona karate dərsləri keçmişdir.<ref name="mighty"/>
Tanaka 1985-1987-ci illərdə Əfqanıstana ən az 7 dəfə səfər etmişdir. Onun kimi eyni fikirləri bölüşən bəzi yaponlar onun Əfqanıstan səyahəti üçün maddi dəstək göstərsələr də, Yaponiya hökuməti onun bu hərəkətlərini qınadığını açıqlamış,<ref name="mighty"/> hətta Yaponiyanın [[İslamabad]]da yerləşən səfirliyi ona xəbərdarlıq etmişdir.<ref name="monitor">{{cite web |title=Modern samurai wields `sword' in a foreign war |url=https://www.csmonitor.com/1987/0814/omuj1.html |website=The Christian Science Monitor |accessdate=22 aprel 2024 |language=ingiliscə |date=14 avqust 1987}}</ref> Tanaka 1987-ci ildə ''"Sovet əsgərləri nişangahda: Mənim Əfqanıstandakı döyüşüm"'' adlı kitabını nəşr etmişdir. O, bu kitabdan əldə etdiyi gəlirlər Əfqanıstana səyahət etmiş və mücahidlərə maddi yardım göstərmişdir. Tanaka [[Pəncşer dərəsi]]nə səyahət edərək [[Əhməd Şah Məsud]]la tanış olmuş, hətta ona karate dərsləri keçmişdir.<ref name="mighty"/>


== Müharibədən sonra ==
== Müharibədən sonra ==

17:27, 22 aprel 2024 tarixinə olan versiya

Koşiro Tanaka
yap. 田中光四郎
Doğum tarixi 1940
Doğum yeri
Təhsili
  • Kanaqava Universiteti[d]

Koşiro Tanaka (田中小四郎, Tanaka Koşiro?, 1940, Taqava[d], Fukuoka prefekturası)Yaponiya döyüş sənətləri ustası. 1985-ci ildə könüllü şəkildə Yaponiyanı tərk edərək Əfqanıstan müharibəsində sovet əsgərlərinə qarşı döyüşməyə yollanmışdır. Bu səbəbdən "Əfqan samuray" ləqəbini qazanmışdır.

İlk illəri

Koşiro Tanaka 1940-cı ildə Fukuoka prefekturasında doğulmuşdur. Döyüş sənətlərinə maraq göstərmiş və kyokuşin karatedə qara kəmər qazanmışdır. Eyni zamanda döyüş sənətləri üzrə müəllim kimi işləmişdir.[1]

Əfqanıstan müharibəsi

İkinci Dünya müharibəsindən sonra Kuril adaları SSRİ-nin tərkibinə daxil olmuşdu. Bu səbəbdən Tanaka SSRİ-ni düşmən ölkə kimi görürdü və Yaponiyanın torpaqları uğrunda döyüşməli olduğu fikrini müdafiə edirdi. O, müdaxilə edilmədiyi təqdirdə SSRİ-nin daha güclənəcəyini və Yaponiyanı işğal edəcəyini düşünürdü.[1]

Tanaka 1985-ci ildə Əfqanıstanda sovet əsgərlərinə qarşı vuruşmağa qərar verəndə Tokionun Şincuku rayonunda yerləşən bir ofisdə işləyirdi. Yaponiya Özünümüdafiə Qüvvələrində heç vaxt xidmət etməsə də, döyüş sənətlərindəki bacarıqları ona müəyyən kömək etmişdir.[1] "Cəmiyyət-i İslami"ə qoşulan Tanakanın Əfqanıstandakı ilk döyüşü Kabulun yaxınlığında yerləşən və sovet hökumətinə aid bir posta hücum olmuşdur.[2] O, Əfqanıstanda əcnəbi döyüşçü kimi ad çıxarmış, hətta Əfqanıstan hökuməti onun haqqında saxta ölüm xəbərləri yaymışdır. Tanaka Əfqanıstan dövrü zamanı malyariya, sarılıq, böyrək daşı və ayaq qırığı kimi sağlamlıq problemləri ilə üzləşmişdir.[1] Tanakanın həyat yoldaşı Takiko onun Əfqanıstan səyahətlərinə qarşı çıxsa da, mane ola bilməmişdir.[2]

Tanaka 1985-1987-ci illərdə Əfqanıstana ən az 7 dəfə səfər etmişdir. Onun kimi eyni fikirləri bölüşən bəzi yaponlar onun Əfqanıstan səyahəti üçün maddi dəstək göstərsələr də, Yaponiya hökuməti onun bu hərəkətlərini qınadığını açıqlamış,[1] hətta Yaponiyanın İslamabadda yerləşən səfirliyi ona xəbərdarlıq etmişdir.[2] Tanaka 1987-ci ildə "Sovet əsgərləri nişangahda: Mənim Əfqanıstandakı döyüşüm" adlı kitabını nəşr etmişdir. O, bu kitabdan əldə etdiyi gəlirlər Əfqanıstana səyahət etmiş və mücahidlərə maddi yardım göstərmişdir. Tanaka Pəncşer dərəsinə səyahət edərək Əhməd Şah Məsudla tanış olmuş, hətta ona karate dərsləri keçmişdir.[1]

Müharibədən sonra

Tanakanın Əfqanıstan müharibəsindəki iştirakı sovet ordusunun 1989-cu ildə geri çəkilməsi ilə başa çatmışdır. Müharibədən sonra karateyə qayıtmış, Pakistan, Tunis, Əfqanıstan, Havay adalarıAlmaniyada dərslər keçmişdir. O, demokratik Əfqanıstanı ideyasını müdafiə etməyə davam edir.[1]

İstinadlar

  1. 1 2 3 4 5 6 7 "The Japanese office worker who fought the Soviets in Afghanistan". We Are The Mighty (ingiliscə). 24 fevral 2023. İstifadə tarixi: 22 aprel 2024.
  2. 1 2 3 "Modern samurai wields `sword' in a foreign war". The Christian Science Monitor (ingiliscə). 14 avqust 1987. İstifadə tarixi: 22 aprel 2024.

Xarici keçidlər