Oktavio Pas: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
k Həyatı: orfoqrafik düzəlişlər
 
(7 istifadəçi tərəfindən edilmiş 11 dəyişiklik göstərilmir)
Sətir 1: Sətir 1:
{{Yazıçı}}
'''Oktavio Pas''' ({{lang-es|Octavio Paz}}, [[1914]]-[[1998]]) — [[Meksika]] şairi, kulturoloq, ədəbiyyat üzrə Nobel mükafatı (1990) laureatı.

'''Oktavio Pas''' ({{dil-es|Octavio Paz}}; {{DVTY}}) — Meksika şairi, esseist-kulturoloq, tərcüməçi, diplomat, siyasi publisist, Qərb və Şərq sivilizasiyalarının tədqiqatçısı, [[Ədəbiyyat üzrə Nobel mükafatı]] laureatı (1990).

== Həyatı ==
Oktavio Pas Meksika ədəbiyyatına, ictimai-siyasi fikir tarixinə şair, publisist, tərçüməçi, esselər müəllifi, Şərq və Qərb mədəniyyətlərinin tədqiqatçısı kimi daxil olmuşdur. Atası sosialist təmayüllü siyasətçi və publisist idi. Bu müəyyən mənada Oktavio Pasın da siyasi dünyagörüşünün müəyyənləşməsinə təsirini göstərmişdi. O, bir müddət Mexiko universitetinin hüquq fakültəsində oxusa da, təhsilini yarımçıq buraxmışdı. Əvəzində həyatı və insanları daha yaxından öyrənmək məqsədilə kənd məktəbində müəllimlik etmişdi. "Vəhşi ay" adlı ilk şeirlər kitabı hələ 20 yaşı tamam olmamış çapdan çıxmışdı.

İspaniyadakı vətəndaş müharibəsinə münasibətini Oktavio Pas 1936-cı ildə çap etdirdiyi və antifaşist ruhlu şeirlərinin toplandığı "No pasaran!" (İspaniyada vətəndaş müharibəsi dövründə respublikaçı qüvvələrin əsas şüarı idi. "Keçə bilməyəcəklər", "Bizi üstələyə bilməyəcəklər" mənasını verirdi) kitabı ilə bildirmişdi. Meksikalı şair Barselonada keçirilən Mədəniyyətin müdafiəsi uğrunda İkinci beynəlxalq konfransın işində iştirakı ilə respublikaçılara açıq rəğbətini ifadə etmişdi. Lakin 40-cı illərin sonlarından Oktavia Pasın siyasi baxışlarında dəyişiklik yaranmışdı. O, sosialist təmayüldən uzaqlaşmış, hətta Argentina mətbuatında Stalinin sovet xalqına qarşı işlədiyi cinayətlər haqqında silsilə məqalələr dərc etdirmişdi. Bu da öz növbəsində kommunist mətbuatının və solçu siyasi qüvvələrin şairin üzərinə hücumları ilə nəticələnmişdi.

"Taler" ədəbi qrupunu yaratması və eyni adlı jurnalı çap etməsi (1938-1941) Oktavia Pası Meksika ədəbi mühitində tanıtmışdı. "İnsanın kökləri" (1937), "Daşla çiçək arasında" (1941), "Dünyanın qurtaracağında" (1942) kitablarında onun intellektualizmi ilə seçilən, özünəməxsus təşbih, metafor və obrazlarla zəngin lirikasından nümunələr toplanmışdı. Qugenheym fondundan təqaüd alan yazıçı Berklidəki Kaliforniya universitetində təhsini tamamlamışdı.

Oktavia Pas 1945-ci ildən diplomatik işə keçmişdi. O, ölkəsinin Nyu-York və Paris səfirliklərində çalışmış, Yaponiyada müvəqqəti işlər vəkili, Hindistanda (1962-1968) səfir olmuşdu. Polisin tələbələrinin dinc nümayişini gülləbaran etməsinə etiraz əlaməti kimi 1968-ci ildə səfir vəzifəsindən istefa vermişdi.

Ədəbi bioqrafiyasının mühüm səhifələrindən olan "Təklik labirinti" (1950) kitabını Oktavio Pas 1950-ci ildə, Parisdə yazmışdı. Bu kitabda müəllif Meksikanın "maska mədəniyyəti" (xarici mədəni modellərin tətbiqi nəzərdə tutulur) ilə onun həqiqi hindu mədəniyyəti arasındakı ziddiyyətlərini tədqiq etmişdi.

Bir müddət Yaponiya və Hindistanda yaşaması meksikalı şairə Şərq mədəniyyətini yaxından öyrənməyə imkan yaratmışdı. Qərb, Şərq və hindu sivilizasiyalarının elmi-poetik tədqiqi həyatının sonuna qədər Oktavio Pas yaradıcılığının mühüm sahələrindən biri kimi qalmışdı. "Şərq yamacı" (1962), "Meymun qrammatikası" (1974), "Qayıdış" (1975) kitablarındakı şeirlərin əksəriyyətində qədim hind sivilizasiyasının, fəlsəfi və dini təlimlərin, ilk növbədə buddizm və hinduizmin təsiri duyulmaqdadır.

Səfirlikdən imtina etdikdən sonra bir müddət Parisdə yaşayan Oktavio Pas 1969-cu ildə vətənə qayıtmışdı. Mexikoda o, mütərəqqi Latın Amerikası yazıçılarını öz ətrafında birləşdirən "Plural" (1971-1976) jurnalını təsis etmişdi. Hökumət "Plural"ı bağladıqdan sonra isə "Vuelta" jurnalının nəşrinə başlamışdı. Bu jurnallardakı yazılarında müəllif ədəbiyyat məsələləri ilə yanaşı siyasi problemlərə, ilk növbədə isə insan haqları mövzusuna mühüm önəm vermişdi. O, Kuba da daxil olmaqla mövcud sosialist rejimlərinin kəskin tənqidindən çəkinməmişdi. 1970-1974-cü illər Oktavia Pas Harvard universitetinin dəvəti ilə bir müddət bu ali təhsil mərkəzində müsafir professor kimi çalışmışdı.

Oktavia Pas estetika, sənətşünaslıq və ədəbiyyat nəzəriyyəsi ilə bağlı əsərlərin müəllifidir. "Kaman və lira" (1956), "Marsel Düman" (1968), "Dəyişkən cərəyan" (1967), "Postskriptum" (1970), "Başqa Meksika" (1972) "Çirkab uşaqları" (1974) kitablarında toplanan esselərində müəllif poeziyaya, dilə, müasir cəmiyyətdə ədəbiyyatın roluna, Latın Amerikası mədəniyyətlərinin hindu köklərinə və s. məsələlərə öz baxışlarını açıqlamışdır. Oktavia Pas eyni zamanda həm də müasir Meksikanın siyasət və iqtisadiyyatına, Astek mədəniyyətinə, antropologiyaya, seksual məsələlərə həsr olunmuş tədqiqatların müəllifidir.

Şairin 60 illik yaradıcılıq dövrünü əhatə edən şeir və poemaları 12 cildlik külliyyatında toplanmışdır. Oktavia Pas Meksika Dilçilik Akademiyasının həqiqi üzvü, Amerika Ədəbiyyat və İncəsənət Akademiyasının fəxri üzvü seçilmişdir. O, Milli Ədəbiyyat mükafatı (1977), Yerusəlim mükafatı (1977), Servantes (1981), Alberto Reyes (1986), Aleksis de Torvil (1989) və s. ədəbi mükafatlarının laureatı, çoxsaylı Amerika və Avropa universitetlərinin fəxri doktoru olmuşdur.
1990-cı ildə Oktavia Pas "humanist bütünlük və hisslərlə, intellektin vəhdəti ilə səciyyələnən geniş əhatəli və aydın hədəfli əsərlərinə görə" çoxsaylı mükafatlarına ədəbiyyat Nobelini də əlavə etmişdir.

Şairin vəfatından sonra onun irsini araşdırmaq, əsərlərini toplayıb nəşr etmək və yaymaq məqsədilə Mexikoda Oktavia Pas fondu yaradılmışdır.

== İstinadlar ==
== İstinadlar ==
{{İstinad siyahısı}}

== Həmçinin bax ==
== Mənbə ==
* Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.

== Xarici keçidlər ==
== Xarici keçidlər ==
{{Xarici istinadlar}}

== Həmçinin bax ==
{{Nobel ədəbiyyat 1976-2000}}
{{Nobel ədəbiyyat 1976-2000}}
{{şair-qaralama}}

[[Kateqoriya:Meksika yazıçıları]]
[[Kateqoriya:Meksika yazıçıları]]
[[Kateqoriya:Meksika şairləri]]
[[Kateqoriya:Meksika şairləri]]
[[Kateqoriya:Ədəbiyyat üzrə Nobel mükafatı laureatları]]

[[Kateqoriya:Kornel Universitetinin məzunları]]
[[Kateqoriya:Meksikalı Nobel mükafatı laureatları]]
[[Kateqoriya:Kornell Universitetinin məzunları]]
[[Kateqoriya:Berkli Kaliforniya Universitetinin məzunları]]

Səhifəsinin 09:20, 5 may 2024 tarixinə olan son versiyası

Oktavio Pas
isp. Octavio Paz
Doğum tarixi 31 mart 1914(1914-03-31)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 19 aprel 1998(1998-04-19)[1][2] (84 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti şair, söz yazıçısı[d], diplomat, filosof, tərcüməçi, esseist, yazıçı, siyasətçi
Əsərlərinin dili ispan dili
İstiqamət modernizm, sürrealizm
Janr poeziya
Üzvlüyü
Mükafatları "Katolik İzabella" ordeninin böyük xaçı "Müdrik X Alfonso" ordeninin böyük xaçı Grand Officer of the Order of Merit of the Italian Republic
Servantes mükafatı kommunikasiya və humanitar elmlər üzrə Asturiya şahzadəsinin mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Oktavio Pas (isp. Octavio Paz; 31 mart 1914[1][2][…], Mexiko19 aprel 1998[1][2], Mexiko) — Meksika şairi, esseist-kulturoloq, tərcüməçi, diplomat, siyasi publisist, Qərb və Şərq sivilizasiyalarının tədqiqatçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1990).

Oktavio Pas Meksika ədəbiyyatına, ictimai-siyasi fikir tarixinə şair, publisist, tərçüməçi, esselər müəllifi, Şərq və Qərb mədəniyyətlərinin tədqiqatçısı kimi daxil olmuşdur. Atası sosialist təmayüllü siyasətçi və publisist idi. Bu müəyyən mənada Oktavio Pasın da siyasi dünyagörüşünün müəyyənləşməsinə təsirini göstərmişdi. O, bir müddət Mexiko universitetinin hüquq fakültəsində oxusa da, təhsilini yarımçıq buraxmışdı. Əvəzində həyatı və insanları daha yaxından öyrənmək məqsədilə kənd məktəbində müəllimlik etmişdi. "Vəhşi ay" adlı ilk şeirlər kitabı hələ 20 yaşı tamam olmamış çapdan çıxmışdı.

İspaniyadakı vətəndaş müharibəsinə münasibətini Oktavio Pas 1936-cı ildə çap etdirdiyi və antifaşist ruhlu şeirlərinin toplandığı "No pasaran!" (İspaniyada vətəndaş müharibəsi dövründə respublikaçı qüvvələrin əsas şüarı idi. "Keçə bilməyəcəklər", "Bizi üstələyə bilməyəcəklər" mənasını verirdi) kitabı ilə bildirmişdi. Meksikalı şair Barselonada keçirilən Mədəniyyətin müdafiəsi uğrunda İkinci beynəlxalq konfransın işində iştirakı ilə respublikaçılara açıq rəğbətini ifadə etmişdi. Lakin 40-cı illərin sonlarından Oktavia Pasın siyasi baxışlarında dəyişiklik yaranmışdı. O, sosialist təmayüldən uzaqlaşmış, hətta Argentina mətbuatında Stalinin sovet xalqına qarşı işlədiyi cinayətlər haqqında silsilə məqalələr dərc etdirmişdi. Bu da öz növbəsində kommunist mətbuatının və solçu siyasi qüvvələrin şairin üzərinə hücumları ilə nəticələnmişdi.

"Taler" ədəbi qrupunu yaratması və eyni adlı jurnalı çap etməsi (1938-1941) Oktavia Pası Meksika ədəbi mühitində tanıtmışdı. "İnsanın kökləri" (1937), "Daşla çiçək arasında" (1941), "Dünyanın qurtaracağında" (1942) kitablarında onun intellektualizmi ilə seçilən, özünəməxsus təşbih, metafor və obrazlarla zəngin lirikasından nümunələr toplanmışdı. Qugenheym fondundan təqaüd alan yazıçı Berklidəki Kaliforniya universitetində təhsini tamamlamışdı.

Oktavia Pas 1945-ci ildən diplomatik işə keçmişdi. O, ölkəsinin Nyu-York və Paris səfirliklərində çalışmış, Yaponiyada müvəqqəti işlər vəkili, Hindistanda (1962-1968) səfir olmuşdu. Polisin tələbələrinin dinc nümayişini gülləbaran etməsinə etiraz əlaməti kimi 1968-ci ildə səfir vəzifəsindən istefa vermişdi.

Ədəbi bioqrafiyasının mühüm səhifələrindən olan "Təklik labirinti" (1950) kitabını Oktavio Pas 1950-ci ildə, Parisdə yazmışdı. Bu kitabda müəllif Meksikanın "maska mədəniyyəti" (xarici mədəni modellərin tətbiqi nəzərdə tutulur) ilə onun həqiqi hindu mədəniyyəti arasındakı ziddiyyətlərini tədqiq etmişdi.

Bir müddət Yaponiya və Hindistanda yaşaması meksikalı şairə Şərq mədəniyyətini yaxından öyrənməyə imkan yaratmışdı. Qərb, Şərq və hindu sivilizasiyalarının elmi-poetik tədqiqi həyatının sonuna qədər Oktavio Pas yaradıcılığının mühüm sahələrindən biri kimi qalmışdı. "Şərq yamacı" (1962), "Meymun qrammatikası" (1974), "Qayıdış" (1975) kitablarındakı şeirlərin əksəriyyətində qədim hind sivilizasiyasının, fəlsəfi və dini təlimlərin, ilk növbədə buddizm və hinduizmin təsiri duyulmaqdadır.

Səfirlikdən imtina etdikdən sonra bir müddət Parisdə yaşayan Oktavio Pas 1969-cu ildə vətənə qayıtmışdı. Mexikoda o, mütərəqqi Latın Amerikası yazıçılarını öz ətrafında birləşdirən "Plural" (1971-1976) jurnalını təsis etmişdi. Hökumət "Plural"ı bağladıqdan sonra isə "Vuelta" jurnalının nəşrinə başlamışdı. Bu jurnallardakı yazılarında müəllif ədəbiyyat məsələləri ilə yanaşı siyasi problemlərə, ilk növbədə isə insan haqları mövzusuna mühüm önəm vermişdi. O, Kuba da daxil olmaqla mövcud sosialist rejimlərinin kəskin tənqidindən çəkinməmişdi. 1970-1974-cü illər Oktavia Pas Harvard universitetinin dəvəti ilə bir müddət bu ali təhsil mərkəzində müsafir professor kimi çalışmışdı.

Oktavia Pas estetika, sənətşünaslıq və ədəbiyyat nəzəriyyəsi ilə bağlı əsərlərin müəllifidir. "Kaman və lira" (1956), "Marsel Düman" (1968), "Dəyişkən cərəyan" (1967), "Postskriptum" (1970), "Başqa Meksika" (1972) "Çirkab uşaqları" (1974) kitablarında toplanan esselərində müəllif poeziyaya, dilə, müasir cəmiyyətdə ədəbiyyatın roluna, Latın Amerikası mədəniyyətlərinin hindu köklərinə və s. məsələlərə öz baxışlarını açıqlamışdır. Oktavia Pas eyni zamanda həm də müasir Meksikanın siyasət və iqtisadiyyatına, Astek mədəniyyətinə, antropologiyaya, seksual məsələlərə həsr olunmuş tədqiqatların müəllifidir.

Şairin 60 illik yaradıcılıq dövrünü əhatə edən şeir və poemaları 12 cildlik külliyyatında toplanmışdır. Oktavia Pas Meksika Dilçilik Akademiyasının həqiqi üzvü, Amerika Ədəbiyyat və İncəsənət Akademiyasının fəxri üzvü seçilmişdir. O, Milli Ədəbiyyat mükafatı (1977), Yerusəlim mükafatı (1977), Servantes (1981), Alberto Reyes (1986), Aleksis de Torvil (1989) və s. ədəbi mükafatlarının laureatı, çoxsaylı Amerika və Avropa universitetlərinin fəxri doktoru olmuşdur.

1990-cı ildə Oktavia Pas "humanist bütünlük və hisslərlə, intellektin vəhdəti ilə səciyyələnən geniş əhatəli və aydın hədəfli əsərlərinə görə" çoxsaylı mükafatlarına ədəbiyyat Nobelini də əlavə etmişdir.

Şairin vəfatından sonra onun irsini araşdırmaq, əsərlərini toplayıb nəşr etmək və yaymaq məqsədilə Mexikoda Oktavia Pas fondu yaradılmışdır.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Octavio Paz (isp.).
  • Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]