Yemişan kəpənəyi: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
TexnoBot (müzakirə | töhfələr)
k Şəkil→Fayl, File→Fayl using AWB
 
Sətir 32: Sətir 32:

== Xarici quruluşu ==
== Xarici quruluşu ==
[[Fayl:025-Aporia crataegi.JPG|thumb|left|150px]]
Yemişan kəpənəyinin qanadları ağ, onun damarları isə qonur-qəhvəyi rənglidir. Yumurtaları qırmızı-sarı rəngli, saplaqlı, 1,5 mm uzunluqda olur. Tırtılın bədəni uzun tüklü olmaqla qaramtıldır. Bel hissəsində narıncı-qəhvəyi rəngli üç qara zolaq uzanır.

Səhifəsinin 07:18, 26 fevral 2023 tarixinə olan son versiyası

Yemişan kəpənəyi
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
???:
Yemişan kəpənəyi
Beynəlxalq elmi adı

Yemişan kəpənəyi (lat. Aporia crataegi) — buğumayaqlılar tipinin kəpənəklər və ya pulcuqluqanadlılar dəstəsinin baramasarıyanlar fəsiləsinə aid olan növ.

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Yemişan kəpənəyinin qanadları ağ, onun damarları isə qonur-qəhvəyi rənglidir. Yumurtaları qırmızı-sarı rəngli, saplaqlı, 1,5 mm uzunluqda olur. Tırtılın bədəni uzun tüklü olmaqla qaramtıldır. Bel hissəsində narıncı-qəhvəyi rəngli üç qara zolaq uzanır.

2 və 3-cü yaş tırtılları sapla bir- birinə bağlanan, yarpaqlardan düzəldilmiş yuvalarda qışlayırlar. Belə yuvalar ağacın kiçik budaqlarından sapla asılmış olur. Hər yuvada 25-30 ədəd tırtıl qışlayır. Yazın əvvəllərində, qış yuvasından çıxan tırtıllar, ağacların tumurcuqlarının içərisini, sonra isə çiçək, qönçə və yarpaqları ilə qidalanırlar. Bəzi illərdə kütləvi çoxalma dövründə, olduqca ciddi ziyan vururlar (70-75%). Hətta bəzək ağacları tamam çılpaqlaşır. Dekorativ meyvə ağaclarının çiçəklənməsi qurtarana yaxın və meyvə başlanğıcı əmələ gəldiyi dövrdə tırtıllar ağacların gövdə və budaqları üzərində pup halına keçirlər. 10-12 gündən sonra puplardan kəpənəklər çıxır.

15-18 gün keçdikdən sonra kəpənəklər cütləşir və yumurta qoymağa başlayırlar. Dişilər yumurtalarını yarpağın üst tərəfinə, topa halında yerləşdirirlər və hər topada 25-30 yumurta olur. Hər dişi fərd 200-300-dək yumurta qoyur. 10-15 gündən sonra yumurtalardan tırtıllar çıxmağa başlayır. Yemişan kəpənəyi ildə bir nəsil verir.

Rusiya, Azərbaycan, Qafqaz, Moldova, Ukrayna, Yaponiya, Koreya, Şərqi Avropa.

  • E.F.Səfərova. Abşeronda bəzək bitkilərinə zərərverən cücülər, onların biotənzimlənməsində entomofaqların rolu (Dissertasiya). Bakı, 2013