42°43′24″ şm. e. 84°28′53″ q. u.HGYO{{#coordinates:}}: hər səhifədə birdən artıq koordinat ola bilməz

Miçiqan Universiteti: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 1: Sətir 1:
{{Universitet
{{Universitet
|ad = Miçiqan Universiteti
|ad = Miçiqan Universiteti
|rəsmi_adı = University of Michiqan
|rəsmi_adı = {{lang-en|University of Michigan}}
|şəkil_adı =
|şəkil = [[Şəkil:MSU Abbot Hall sign.jpg|250px]]
|şəkil_adı = 250px
|şəkil_ölçüsü =
|şəkil_ölçüsü =
|şəklin_izahı =
|şəklin_izahı =
Sətir 22: Sətir 21:
|vebsayt = [http://www.umich.edu umich.edu]
|vebsayt = [http://www.umich.edu umich.edu]
}}
}}
'''Miçiqan Universiteti''' ({{lang-en|Michigan State University}}) — [[ABŞ]]-ın ən nüfuzlu və tanınmış dövlət ali məktəblərindən biri; Miçiqan ştatının Enn Arbor şəhərində yerləşir. Dünyanın ən nüfuzlu elmi-tədqiqat mərkəzlərindən biridir.
'''Miçiqan Universiteti''' ({{lang-en|University of Michigan}}) — [[ABŞ]]-ın ən nüfuzlu və tanınmış dövlət ali məktəblərindən biri; Miçiqan ştatının Enn Arbor şəhərində yerləşir. Dünyanın ən nüfuzlu elmi-tədqiqat mərkəzlərindən biridir.


== Tarixi ==
== Tarixi ==

12:18, 27 mart 2015 tarixinə olan versiya

Miçiqan Universiteti
University of Michigan
Loqonun şəkli
Xəritə
42°16′37″ şm. e. 83°44′17″ q. u.HGYO
Əsası qoyulub 1817
Tip Dövlət universiteti
Tələbə sayı 56000
Şəhər Enn Arbor şəhəri, Miçiqan ştatı
Ölkə
Sayt umich.edu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Miçiqan Universiteti (ing. University of Michigan) — ABŞ-ın ən nüfuzlu və tanınmış dövlət ali məktəblərindən biri; Miçiqan ştatının Enn Arbor şəhərində yerləşir. Dünyanın ən nüfuzlu elmi-tədqiqat mərkəzlərindən biridir.

Tarixi

Miçiqan Universiteti 1817-ci ildə Detroyt şəhərində Miçiqan ştatının qubernatoru və hakimləri tərəfindən yaradılıb. Universitetin banilərindən olmuş Con Monteyt təhsil ocağının ilk prezidenti kimi tarixə düşüb. 1837-ci ildə Miçiqan ştatının I qubernatoru Stivens Mason universitetin Enn Arbor şəhərinə köçürülməsinə nail olur. Burada universitetə 40 akrlıq (16 hektar) ərazi ayrılır. Enn Arbor şəhərində fəaliyyətə başlayan universitetdə ilk dərslər 1841-ci ildə keçirilir və burada çalışan iki professor yeddi tələbəyə dərs keçir. 1845-ci ildə Miçiqan Universitetini 11 məzun bitirir. 1871-1909-cu illərdə universitetə rəhbərlik etmiş Ceyms Encl xüsusi səy göstərərək stomatologiya, memarlıq, mühəndislik, idarəetmə və tibb fakültələrini yaradır. Miçiqan Universiteti seminar məşğələsini tətbiq etmiş ilk Amerika universitetidir.

1900-1920-ci illərdə universitetin kampusunda stomatologiya və əczaçılıq, kimya, təbiət elmləri üçün binalar, Hill auditoriyası, böyük hospital və kitabxana kompleksləri, iki yataqxana tikilir.

İkinci Dünya müharibəsi zamanı Miçiqan Universitetində torpeda gəmiləri hazırlanır, hərbi dəniz qüvvələri, hava və quruda müdafiə, radiolokasiya qurğuları yaradılır. 1950-ci ildə burada təhsil alan tələbələrin sayı 21000 nəfərə çatır. 1959-cu ildə "Ford Motor" şirkəti Miçiqan ştatının cənub-şərq hissəsində müvafiq tələbatı nəzərə alaraq ali təhsil müəssisəsinə 196 akrlıq ərazi bağışlayır. Həmin ərazidə universitetin Derborn kampusu salınır. Soyuq müharibə və kosmik rəqabət dövründə strateji tədqiqatlar məqsədilə Miçiqan Universiteti əsas dövlət subsidiyası alan tədqiqat mərkəzinə çevrilir və nüvə enerjisinin istifadəsində dövlətə köməklik göstərir.

14 oktyabr 1960-cı ildə ABŞ prezidentliyinə namizəd Con Kennedi "Miçiqan İttifaqı" adlı tələbə klubunun binasında hazırda Sülh Korpusu (ABŞ-da müstəqil federal agentlik) adlanan konsepsiyanı irəli sürür. 1965-ci ildə Miçiqan Universitetinin 3000 tələbə və müəllimi ABŞ-ın Cənub-Şərqi Asiyadakı siyasətinə qarşı aksiya keçirir. Universitetə ilk qız tələbələr 1871-ci ildə qəbul olunur. 1980-ci illərdə universitetdə ictimai və dəqiq elmlər üzrə tədqiqatların aparılması üçün yardımın məbləği artırılır. 1980-1990-cı illərdə Miçiqan Universitetində xəstəxana kompleksi, inzibati binalar tikilir, kompüter və informasiya texnologiyaları sürətlə inkişaf edir.

2000-ci ilin əvvəllərində universitetə dövlət tərəfindən edilən yardımların məbləği xeyli aşağı düşür, bu da universitet administrasiyası və həmkarlar ittifaqları arasında qarşıdurmaya gətirib çıxarır. 2009-cu ildə universitet daha 30 böyük bina, kosmik laboratoriya istifadəyə verir. Hazırda universitetdə 2,5 milyard dollar dəyərində olan tikinti layihəsi həyata keçirilir.

Miçiqan Universitetinin elmi nailiyyətləri

Miçiqan Universiteti

Miçiqan Universiteti kompüter şəbəkəsi (Merit Network) yaradan ilk elmi-tədqiqat mərkəzlərindən biridir. Universitetin məzunu olmuş Klod Şenon riyaziyyatda mövcud olan informasiya nəzəriyyəsinə önəmli yeniliklər gətirib, Conas Solk poliomielit xəstəliyinə qarşı vaksin kəşf edib. Miçiqan ştatının Nortern Louer yarımadasında yerləşən Bioloji stansiya ABŞ-dakı 47 biosfer qoruqlarından biridir. Universitet optika, virtual yaddaş modeli, simsiz kompleksli mikrosistem və sosial elmlər sahəsində böyük uğurlar əldə edib. Miçiqan Universitetində müharibə, silahlı qüvvələr sahəsi xüsusi öyrənilir və bu məqsədlə yeni-yeni qurğular yaradılır. Ali təhsil müəssisəsinin nəzdində Qrup dinamikası, Siyasi tədqiqatlar, Əhalinin məskunlaşması tədqiqatları mərkəzləri, Siyasi və sosial tədqiqatlar konsorsiumu fəaliyyət göstərir.

2006-cı ildə Miçiqan Universiteti Miçiqan Ştat Universiteti və Veyn Ştat Universiteti ilə birgə tədqiqatlar koridoru yaradıb. Nəticədə bu universitetlər və Miçiqan ABŞ-ın yüksək sürətli kompüter şəbəkə infrastrukturu olan LambdaRaillə elektron şəbəkə yaradılıb. Miçiqan Universiteti, Miçiqan Ştat Universiteti və Veyn Ştat Universiteti ilə Moskva Dövlət Universiteti arasında saniyədə 10 milyard bit verilənlərin ötürülməsi həyata keçirilir, bu da adi İnternetdən 1000-10000 dəfə sürətlidir.

Müasir vəziyyəti

Miçiqan Universiteti üç tələbə şəhərciyindən ibarətdir: Enn Arbor, Derborn və Flint. Universitetin bu ərazilərdə 524-dən çox inzibati binası var. Enn Arbor şəhərində Miçiqan Universitetinin 4 kampusu yerləşir - Şimali, Mərkəzi, Tibbi və Cənubi kampuslar. Plimut Yolu adlanan ərazidə universitetin Tibb şəhərciyi salınıb. Burada tibbi məktəblər, ambulator qayğı və diaqnostika mərkəzləri, bir neçə cərrahiyyə binaları və s. mövcuddur. Universitet ilk dəfə 1837-ci ildə Mərkəzi kampusda yerləşib. Kampusun binaları çox qədimdir və qotik, klassik üslubda inşa edilib. Şimali kampus 1952-ci ildə istifadəyə verilib. Burada müasir üslubda tikilmiş binalar, universitetin ən böyük yataqxanası olan Bursli Holl və çoxlu sayda kompüter laboratoriyaları, videostudiyaları, 3D virtual otaqları özündə birləşdirən Duderstadt mərkəzi yerləşir.

Miçiqan Universitetinin nəzdində Memarlıq və şəhərsalma (1906), İncəsənət və Dizayn (1974), Ross biznes (1924), Təhsil (1921), Mühəndislik (1854), Rekhem ali (1912), İnformasiya (1969), Kineziologiya (1984), Hüquq (1859), Ədəbiyyat, elm və mədəniyyət (1841), Musiqi, teatr və rəqs (1880), Tibb (1850), Tibb bacısı (1893), Səhiyyə (1941), Stomatologiya (1875), Əczaçılıq (1876), Təbii resurslar və ətraf mühitin mühafizəsi (1927), İctimai siyasət (1914), Sosial fəaliyyət (1951) məktəbləri vardır. Ümumilikdə, universitetdə 3000 fakültə mövcuddur. Miçiqan Universitetinin Tibbi kampusunda məktəblərdən başqa üç xəstəxana, onlarla ambulator poliklinika, tibbi yardım və tədqiqat mərkəzləri yerləşir.

Yataqxana sistemi

Miçiqan Universiteti yataqxana sisteminin böyüklüyünə görə ABŞ-da altıncı yerdə durur. Yataqxanalar üç ərazidə cəmlənib - Mərkəzi (Betsi, Kembric, Şərqi, Qərbi, Cənubi, Şimali Dördbucaq, Fletçer, Helen Nyuberi, Marta Kuk rezidensiyaları) Şimali (Beyts I və II, Bursli, Nortvud yataqxanaları) kampuslar və Hill Ərazisi (Kouzens, Alisa Loyd, Meri Markli, Moşer-İordaniya, Stokvell və Oksford yataqxanaları). Universitetin yataqxana sisteminə, eyni zamanda Henderson Haus, Hüquqşünaslar Klubu da daxildir. Elmi mərkəzlər Miçiqan Universitetinin yataqxanalarında da mövcuddur. Moşer-İordaniya Holl rezidensiyasında elmi-tədqiqat cəmiyyəti, Rezidensiya Kollecində ədəbiyyat, elm və incəsənət, şərqşünaslıq bölmələri fəaliyyət göstərir. 2006-cı ildə universitet Mərkəzi kampusun şimal hissəsində yeni yataqxana kompleksinin tikintisinə başlayır və hazırda bu iş davam etdirilir.

Kitabxana sistemi

Miçiqan Universitetinin kitabxana sisteminə 8 milyondan çox kitab daxildir. Bu rəqəm hər il 177000 artır. Universitetdə 19 kitabxana vardır. Kitabxanalar, həmçinin təhsil müəssisəsi kimi fəaliyyət göstərərək tələbə, müəllim və tədqiqatçılara kurslar, proqramlar təklif edir. "JSTOR" adlanan verilənlər bazasında 75000 rəqəmsal səhifə yerləşdirilib. Universitet bu yaxınlarda kitablarını şəbəkəyə qoşmaq üçün "Google" axtarış sistemi ilə birgə razılaşma imzalayıb. 31 avqust 2006-cı ildə universitet, ilk mərhələ kimi, kitabların bir hissəsini artıq bu şəbəkədə yayımlayıb. Miçiqan Universitetinin nəşriyyatı və mətbuatı bu təhsil müəssisəsinin kitabxana sisteminin bir hissəsini təşkil edir.

Muzeyləri

Miçiqan Universitetinin muzeyləri Enn Arbor şəhərciyində cəmlənib. Mərkəzi kampusda Təbii tarix (eləcə də Paleontologiya), Kelsi arxeologiya və Təsviri incəsənət muzeyləri, Şimali kampusda isə Uorren Robbins və Slasser qalereyaları yerləşir. Təbii tarix muzeyinin Rutven binasında geologiya, paleontologiya, antropologiya sahəsinə, hindu mədəniyyətinə aid eksponatlar saxlanılır. Eləcə də burada quşların, həşəratların, suda-quruda yaşayan, sürünən canlıların əksər nümunələri, Miçiqanda tapılmış dinozavr qalıqları saxlanılan Zoologiya muzeyi mövcuddur.

Rəhbərlik

2002-ci ildən Miçiqan Universitetinə ixtisasca həkim olan Meri Syu Koulman rəhbərlik edir. O, universitetin sayca 13-cü prezidentidir. M.S.Koulmanın ofisi Enn Arbor şəhərciyində qədim binada yerləşir. ümumilikdə, universitetdə 6200-dən çox akademik heyət, 38000 inzibati işçi çalışır. Onların əksəriyyəti ABŞ Milli Akademiyasının üzvləri, Nobel, Pulitser mükafatları laureatlarıdır. Hazırda Miçiqan Universitetində 56000 tələbə təhsil alır. Onların 65%-i ədəbiyyat, elm və mədəniyyət, 20%-i Mühəndislik məktəblərində təhsil alır. Magistrların əksəriyyəti Biznes, doktorantların çoxu isə Ədəbiyyat, elm və mədəniyyət məktəblərində təhsil alır.

Büdcəsi

2008-ci ildə Miçiqan Universitetinin illik gəlirləri 4 milyard 104 milyon 608 min ABŞ dolları təşkil edib. Universitetin büdcəsi əsasən qrantlar, donorların ödəniş və yardımları sayəsində formalaşır. ötən il tələbə və müdavimlərin təhsil haqlarından gələn gəlirlər 791 milyon 221 min, Federal Hökumət tərəfindən verilmiş qrantlar 712 milyon 963 min, Yerli Ştatın verdiyi qrantlar 9 milyon 649 min ABŞ dolları təşkil edib. İanə (yardım) fondu isə 7 milyard 570 milyona çatıb. Universitetin ianə fondu ABŞ-ın yeddinci, ABŞ dövlət universitetləri arasında isə üçüncü ən böyük fondudur. Lakin son zamanlar universitetin xərcləri də az olmayıb.

Təhsil haqqı

2008-2009-cu tədris ilində Miçiqan Universitetində illik təhsil haqqı, orta hesabla, Miçiqan ştatının sakinləri üçün 11037, başqa yerlərdən gələnlər üçün 33069 ABŞ dolları təşkil edib. ümumiyyətlə, bu məktəbdə tələbələrə bir cox güzəştlər olunur - maliyyə yardımları, qrantlar, iş yerləri, kreditlər və s.

Reytinqi

Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Miçiqan Universiteti 100 ən yaxşı ali məktəb arasında 19-cu yerdə sıralanıb. Bu ali təhsil müəssisəsi Amerika Universitetləri Assosiasiyasının ilk üzvlərindən biridir.

Məşhur məzunları

Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:

  1. Cerald Ford - ABŞ-ın 38-ci prezidenti
  2. Henri Ho - Tayvanın maliyyə naziri
  3. Marvan Qassem - İordaniyanın xarici işlər naziri
  4. Xalid Toukan - İordaniyanın təhsil naziri
  5. Kamal Əhməd Qənzouri - Misirin sabiq baş naziri
  6. Lamberto Dini - İtaliyanın sabiq baş naziri
  7. Culio Frenk - Meksikanın səhiyyə naziri
  8. Raul Vallenberq - məşhur İsveçrə diplomatı (II Dünya müharibəsi dövründə minlərlə yəhudini xilas edib)
  9. Lerri Peyc - "Google" axtarış sisteminin yaradıcısı
  10. Mozes Homberq - Amerika alimi, "radikallar kimyasının atası"
  11. Stenli Koen - tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı
  12. Marşall Nirenberq - tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı
  13. Tomas Ueller - tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı
  14. Devid Pulitzer - fizika üzrə Nobel mükafatı laureatı
  15. Tinq - fizika üzrə Nobel mükafatı laureatı
  16. Cerom Karl - fizika və kimya üzrə Nobel mükafatı laureatı
  17. Riçard Smolli - kimya üzrə Nobel mükafatı laureatı

Mənbə

İstinadlar

  1. 1 2 Global Research Identifier Database (ing.). 2015.
  2. 1 2 Global LEI index.

Xarici keçidlər