Diana Hacıyeva: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 12: Sətir 12:
| Vəfat yeri =
| Vəfat yeri =
| Dəfn yeri =
| Dəfn yeri =
| Mənşə = {{AZE}}
| Mənşə = {{Flaqifikasiya|Azərbaycan}}
| Musiqi aləti = [[piano]]
| Musiqi aləti = [[vokal]], [[piano]]
| Səs tembri =
| Səs tembri =
| Üslub = [[pop]], [[elektronik musiqi]], [[caz]]
| Üslub = [[pop]], [[elektronik musiqi]], [[caz]]
Sətir 72: Sətir 72:
{{başlanğıc}}
{{başlanğıc}}
{{Sıralama
{{Sıralama
| əvvəl = [[Səmra Rəhimli]] <br/> "[[Miracle]]"
| əvvəl = [[Səmra Rəhimli]] <br/> "[[Miracle (Səmra Rəhimli mahnısı)|Miracle]]"
| başlıq = [[Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində]]
| başlıq = [[Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində]]
| illər = [[2017 Avroviziya Mahnı Müsabiqəsi|2017]]
| illər = [[2017 Avroviziya Mahnı Müsabiqəsi|2017]]
| sonra = [[Aysel Məmmədova]]
| sonra = [[Aysel Məmmədova]] <br/> "[[X My Heart]]"
}}
}}
{{son}}
{{son}}

10:45, 4 mart 2018 tarixinə olan versiya

Diana Hacıyeva
Ümumi məlumatlar
Ləqəbi Dihaj
Doğum tarixi 13 iyun 1989(1989-06-13) (35 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni-mahnı yazarı, dirijor, bəstəkar, müğənni
Fəaliyyət illəri 2006-cı ildən
Janrlar indi-pop, pop musiqisi, elektronik musiqi, caz
Musiqi alətləri piano
Təhsili
dihaj.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Diana Hacıyeva (d. 13 iyun 1989, Mariupol, Ukrayna) — Azərbaycan müğənnisi və bəstəkarı, Bəri bax kollektivinin solisti. O, eyni zamanda musiqiçi dostları ilə birlikdə təşkil etdiyi Dihaj qrupunun solistidir. Diana "Skeletons" mahnısı ilə Azərbaycanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.

Musiqi karyerası

Başlanğıc

Diana Hacıyeva 13 iyun 1989-cu ildə Ukraynanın Mariupol şəhərində anadan olmuşdur. Uşaqlıqdan musiqi ilə məşğul olan Diana fortepiano dərsləri almış və caz musiqisi ilə maraqlanmışdır. O eyni zamanda Bəri bax musiqi kollektivində fəaliyyət göstərir. 2006-cı ildə Bakı şəhərində 16 saylı orta məktəbi bitirmiş və bundan sonra Bakı Musiqi Akademiyasına daxil olaraq, "Xor dirijorluğu" peşəsinə yiyələnmişdir. Bu illər ərzində caz ilə professional şəkildə məşğul olmağa başlamışdır. Diana hal-hazırda Bakı Caz Mərkəzində çalışır.

2009-cu ildə Diana Əli Nəsirov ilə ailə həyatı qurmuşdur. Cütlüyün Savi adlı qız övladı var. Daha sonra Diana həyat yoldaşının da üzvü olduğu Dihaj adlı musiqi qrupu yaratmışdır. Qrup əsasən indi pop, elektronika və eksperimental janrında musiqilər ifa edir. Diana bir müddət İngiltərənin paytaxtı Londonda yaşamış və orada Müasir Musiqi Performansları İnstitutunda təhsil almışdır.

2011 Avroviziya Mahnı Müsabiqəsi

2010-cu ildə Diana Hacıyeva 2011 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil etmək üçün milli seçimlərdə iştirak etmişdir. Təsnifatı keçən Diana 77 iştirakçının yer aldığı yarımfinallarda 6-cı yarimfinalda yer almışdır. 20-24 dekabr arasında çıxış edən Diana Hacıyeva sonda 7 xal toplayaraq, qrupda 4-cü yeri tutmuşdur. Onun 23 dekabr tarixli çıxışı zamanı səhnəyə gözlənilmədən Azərbaycanın 2008 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən ifaçı Elnur Hüseynov çıxmış və seçmə mərhələsində Diananı dəstəklədiyini bildirmişdir. 2011-ci ildə Diana Hacıyevanın "Find Yourself" adlı debüt klipi çəkilmişdir.

2017 Avroviziya Mahnı Müsabiqəsi

Dihaj Avroviziya səhnəsində

5 dekabr 2016-cı ildə İctimai Televiziya Diana Hacıyevanın Azərbaycanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini açıqlamışdır.[2] Diananın Avroviziya səhnəsində ifa etməli olduğu mahnı "Skeletons" 2017-ci ilin mart ayında dinləyicilərə təqdim edilmişdir. Mahnının musiqisi Azərbaycanlı bəstəkar İsa Məlikov, sözləri isə İsveç bəstəkarı Sandra Byurmana aiddir.

Diana Hacıyeva uzun məşqlərdən sonra 9 may tarixində baş tutan yarımfinal mərhələsində 8-ci nömrə altında çıxış etmişdir. Nəticədə 150 xalla 8-ci yerdə qərarlaşaraq, final mərhələsinə vəsiqə qazanmışdır. Müsabiqənin finalında bir daha öz mahnısını ifa edən Diana 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 120 xal toplayaraq, 14-cü yerdə qərarlaşmışdır.

Müsabiqədən sonra iyul ayında Diananın The End of Sunrise adlı debüt albomu işıq üzü görmüşdür.

İfa etdiyi mahnılar

  • Find Yourself Official Video (2011)
  • Romeo (Elnur Hüseynov ilə duet) (2010)
  • "Gəl sevgilim" (2010)
  • "You are in my mind" (2010)
  • "I Break Again" (2014)
  • "Gecələr keçir" (2015)
  • "Complain" (2016)
  • "Eşqini aşagı sal" (2016)
  • "Skeletons" (2017)
  • "The End of Sunrise" (2017)
  • "Rainbow" (2017)

Həmçinin bax

Mənbə

İstinadlar

  1. Azerbaijan Press Conference 2 — Dihaj "Skeletons" Eurovision 2017 | wiwibloggs
  2. "Azerbaijan: Diana Hajiyeva to Kyiv for Eurovision 2017!". esctoday.com. 5 dekabr 2016.
Əvvəlki:
Səmra Rəhimli
"Miracle"
Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində
2017
Sonrakı:
Aysel Məmmədova
"X My Heart"