Alagir: Redaktələr arasındakı fərq
Sətir 6: | Sətir 6: | ||
|tabesində = |
|tabesində = |
||
|ölkə = Rusiya |
|ölkə = Rusiya |
||
| |
|gerbi = |
||
| |
|bayrağı = |
||
| |
|gerbi yazısı = |
||
| |
|bayrağı yazısı = |
||
| |
|gerbin_ölçüsü = |
||
| |
|bayrağın_ölçüsü = |
||
|lat_dir =N |lat_deg =48 |lat_min =02 |lat_sec =30 |
|lat_dir =N |lat_deg =48 |lat_min =02 |lat_sec =30 |
||
|lon_dir =E |lon_deg =44 |lon_min =12 |lon_sec =38 |
|lon_dir =E |lon_deg =44 |lon_min =12 |lon_sec =38 |
12:09, 20 yanvar 2020 tarixinə olan versiya
Şəhər | |
Alagir | |
---|---|
oset. Алагир | |
48°02′30″ şm. e. 44°12′38″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Respublika | Şimali Osetiya |
Rayon | Alagirski |
Mer | Tolparov Eduard Vladimiroviç |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1850 |
Yaşayış məntəqəsi statuslu | 1938 |
Sahəsi | 26.76 km² |
Mərkəzin hündürlüyü | 611 m |
İqlimi | mülayim |
Saat qurşağı | UTC+3 |
Əhalisi | |
Əhalisi | 20.013 nəfər (2019) |
Sıxlığı | 748,47 nəf./km² |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 86731 |
Poçt indeksi | 363240 |
Vikianbarda əlaqəli mediafayllar |
Alagir (oset. Алагир ⓘ) - Rusiyanın subyekti olan Şimali Osetiya respublikasında yerləşən Alagirski rayonunun şəhər mərkəzi.
Coğrafiyası
Vladiqafqazın 55 km qərbində yerləşən Alagir şəhərinin şərqindən Ardon, qərbindən Tsraudon çayları axır. Osetiya maili düzənliyində, Alagir dərəsinin girişində qurulan şəhərin sahəsi təxminən 27 km²-dır.
Alagirin ətəklərin sulfid-sulfat-maqnezium-kalsium sularıyla zəngin Tamisk balneoloji kurortu var.
Etimologiyası
Şəhərin adı osetin dilindəki "Ullaq İr" (Ullaq - yuxarı, İr - Osetiyanın milli adı) söz birləşməsindən əmələ gəlib, Yuxarı Osetiya mənasını verir.[1]
Tarixi
1824-cü ildə (bəzi mənbələrə görə - 1781[2]) müasir Alagir ərazisində daha sonra Alagirlə birləşək olan Saluqardan[3] kəndi quruldu.
1850-ci ildə Ardon çayının sağ sahilində 1897-ci ilə qədər fəaliyyət göstərən gümüş qurğuşun zavodu tikildi. 1863-cü ildə kəndin adı Qornaya olaraq dəyişdirildi.[4]
19-cu əsrin sonlarına gəldikdə Alagir Vladiqafqaz bölgəsinin Terek mahalında bir yaşayış yeri idi. Tolmaçova görə bu dövrdə burada 1975 nəfər yerli sakin, 736 nəfər imeretiyalı, 949 nəfər osetiyalı yaşayırdı.
20-ci əsrin əvvəlindəki məlumatlara görə Alagir qəsəbəsi Terek mahalının bir hissəsi olaraq siyahıya alındı. Əsasən, rus, pravoslav olan 3183 sakini var idi. Qəsəbədə 2 kilsə, 2 məktəb, aptek poçt və teleqraf idarəsi, dövlət poçt xidməti fəaliyyət göstərirdi.
1905-ci ilin dekabrında Alagirdə kəndlilərin silahlı qiyamı baş verdi.
1938-ci ildə qəsəbəyə şəhər statusu verildi.
Böyük Vətən Müharibəsi zamanı şəhər 1 noyabr 1942-ci ildə alman qoşunları tərəfindən işğal edildi. 24 dekabr 1942-ci ildə Nalçik istiqamətində əks-hücum zamanı Zaqafqaziya Cəbhəsinin qoşunları tərəfindən azad edildi.
Əhalisi
İllər | 1926 | 1939 | 1959 | 1970 | 1976 | 1979 | 1989 | 1992 | 1996 |
---|---|---|---|---|---|---|---|---|---|
4200 | 12 648 | 15 163 | 18 161 | 18 000 | 19 007 | 21 132 | 23 200 | 24 500 | |
İllər | 1998 | 2000 | 2001 | 2002 | 2003 | 2005 | 2006 | 2007 | 2008 |
23 700 | 23 100 | 22 700 | 21 496 | 21 500 | 20 500 | 20 300 | 19 900 | 19 700 | |
İllər | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 | 2017 |
19 528 | 20 949 | 20 966 | 20 709 | 20 575 | 20 399 | 20 270 | 20 211 | 20 133 | |
İllər | 2018 | 2019 | |||||||
20 043 | 20 013 |
Milli tərkibi
Millət | Sayı | Ümumi əhali içərisindəki nisbəti % |
---|---|---|
osetinlər | 19 178 | 91,5 % |
ruslar | 1 164 | 5,6 % |
ermənilər | 131 | 0,6 % |
digərləri | 476 | 2,3 % |
Cəmi | 20 949 | 100 % |
Sosyal əhəmiyyətli yerləri
- Beş orta məktəb
- Alagir rayon təcili yardım mərkəzi
- Alagir rayon klinikası
- Alagir rayon klinik xəstəxanası
- Diş klinikası
- Milli Diyarşünaslıq Muzeyi
- Sadon Qurğuşun Sink Zavodunun Muzeyi və Park Kompleksi
- Yeddi uşaq bağçası
- İncəsənət məktəbi
- Musiqi məktəbi
- Mədəniyyət Sarayı
- Kitabxana
- Uşaq kitabxanası
- Kinoteatr (2016-cı il mayın əvvəlində açıldı)
- 2 idman mərkəzi
Abidələr
Şəhərdə Leninin, Stalinin, Kosta Xetaqurovun heykəlləri, İkinci Dünya müharibəsində ölən alagirlilərin xatirəsinə qoyulmuş T-34 tankı, osetin pedaqoq Babu Zanqiyevin xatirəsinə olan lövhə, Sovet İttifaqı Qəhrəmanı Pyotr Qujvinin adına obelisk vardır.
İdman
Alagir şəhərini təmsil edən Alagir FK 1992-2000-ci illərdə Rusiya alt liqalarında oynamışdır. 2012-ci ildə Albars FK yaradılmışdır.
Məşhur şəxslər
- Stanislav Çerçesov - Rusiya millisinin baş məşqçisi, köhnə futbolçu
- Aslan Dudiyev - profesional futbolçu
- Xetaq Qazyumov - Sərbəst güləşçi və məşqçi
- Zemfira Sahilova - Sovet və Rusiya teatr və kino aktrisası, pedaqoq
Həmçinin bax
İstinadlar
- ↑ Алагир
- ↑ Фатима Бутаева: У истоков создания лазера
- ↑ Цагаева А. Дз. Топонимия Северной Осетии. Часть II. Орджоникидзе, 1975. С. 488
- ↑ Иваницкий Александр Борисович
- ↑ "Том 4. Таблица 4. Национальный состав РСОА по муниципальным образованиям по переписи 2010 года". 2013-08-19 tarixində arxivləşdirilib.
- ↑ "Alagir - Mənim Şəhərim".
Mənbə
- Алагир // Новый энциклопедический словарь: В 48 томах (вышло 29 томов). — СПб., Пг., 1911—1916.
- Алагир // Города России: энциклопедия. — М.: Большая Российская энциклопедия, 1994. — С. 15. — 559 с. — 50 000 экз
- Алагирь // Большая советская энциклопедия : в 66 т. (65 т. и 1 доп.) / гл. ред. О. Ю. Шмидт. — М. : Советская энциклопедия, 1926—1947.
- Очерк «Селение Алагир» // Газета «Терские Ведомости» 1883 год №7, №10; 1899 год №127, №133, №139. №140, №142. Автор Толмачёв Сафоний Иоаннович