Balaca Əbdürrəhmanov: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
kRedaktənin izahı yoxdur
kRedaktənin izahı yoxdur
Sətir 154: Sətir 154:
[[Kateqoriya:İqtisad elmləri doktorları]]
[[Kateqoriya:İqtisad elmləri doktorları]]
[[Kateqoriya:Professorlar]]
[[Kateqoriya:Professorlar]]
__NOEDITSECTION__

13:59, 1 fevral 2020 tarixinə olan versiya

Balaca Əbdürrəhmanov
Doğum tarixi 1922
Doğum yeri
Vəfat tarixi 22 yanvar 1977(1977-01-22)
Vəfat yeri
Dəfn yeri
Elm sahələri coğrafiya, iqtisadiyyat
Elmi dərəcəsi
Elmi adları
Təhsili
Mükafatları "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
"IX beşillik zərbəçisi" döş nişanı

Balaca Əbdürrəhmanov (Balaca İlyas oğlu Əbdürrəhmanov; d. 1922, İstibulaq, Kəlbəcər - ö. 1977, Bakı, Azərbaycan) — sovet, azərbaycanlı alim; coğrafiyaçı, iqtisadçı; coğrafiya elmləri namizədi (1958), dosent; Azərbaycan SSR Elmlər Akademiyasının "Məhsuldar qüvvələrin yerləşdirilməsinin" şöbəsinin (1954) kiçik elmi sonra isə baş elmi işçisi (1961); Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun "Nəqliyyat-iqtisadi əlaqələr" şöbəsinin yaradıçısı və rəhbəri (1968); iqtisad elmləri doktoru (1971), professor.[1][2] "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medal mükafatçısı (6 iyun 1945).[3][4]

Həyatı[1][2][3][4]

Balaca Əbdürrəhmanov 1922-ci ildə Kəlbəcər rayonunun İstibulaq kəndində anadan olmuşdur. O, 1929-cu ildə Çaykənd də yerləşən 7 illik məktəbə daxil olmuşdur. 1941-ci ildə Kəlbəcər rayonun mədəni-maarif sahəsində bir sıra məsul vəzifələrdə çalışmışdır. Əvvəl Kəlbəcər rayonun mədəni-maarif şöbəsində inspektor, sonra isə mühasib. B.İ.Əbdürrəhmanov SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sərəncamı ilə "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə mükafatlandırılmışdır (6 iyun 1945).

B.Əbdürrəhmanov 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) Geologiya-coğrafiya fakültəsinə daxil olmuşdur və 1951-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Diplom işinin mövzusu: "Kəlbəcər rayonunun iqtisadi-coğrafi səciyyəsi" olmuşdur. B. Əbdürrəhmanov 1954-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspitanturasına qəbul olmuşdur. 1957-ci ildə aspiranturanı müvəffəqiyyətlə bitirib, təyinatla Azərbaycan SSR Elmlər Akademiyasına göndərilmişdir. Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun "Məhsuldar qüvvələrin yerləşdirilməsinin" kiçik elmi sonra isə baş elmi işçisi (1961-ci ildən) vəzifəsində çalışmışdır.

1957-ci ildə "Azərbaycan SSR Daşkəsən dağ-mədən rayonunun iqtisadi-coğrafi səciyyəsi" mövzusunda dissertasiya müdafiə etib, "coğrafiya elmləri namizədi" alimlik dərəcəsi almışdır (1958). Elmi rəhbəri sovet iqtisadçısı, coğrafiyaçısı, iqtisad elmləri doktoru, professor, SSRİ Elmlər Akademiyasının Dünya Sosialist Sisteminin İqtisadiyyat İnstitutunun Beynəlxalq əmək bölgüsü şöbəsinin müdiri P. M. Alampiyev olmuşdur. Sonra isə Balaca Əbdürrəhmanova dosent elmi adı verilmişdir.

1968-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun "Nəqliyyat-iqtisadi əlaqələr" şöbəsini yaradaraq ona rəhbərlik etmişdir. B,İ.Əbdürrəhmanov çoxsaylı Ümumittifaq konfranslarında məruzələr ilə çıxlş etmişdir. Onun 20 yaxın elmi məruzələri SSRİAzərbaycan SSR Elmlər Akademiyasının jurnarlarında çap olunmuşdur.

1969-cu ildə «Azərbaycan SSR-də nəqliyyat-iqtisadi əlaqlərin səmərələşdirilməsi problemi və onun ictimai intehsalın faydalılığının yüksəldilməsinə təsiri» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Opponentləri iqtisad elmləri doktoru, professor A. K. Ələsgərov; iqtisad elmləri doktoru, professor T. S. Vəliyev; coğrafiya elmləri doktoru, professor Q. A. Koçaryan olmuşdur. 1971-ci ildə "iqtisad elmləri doktoru" alimlik dərəcəsini almışdır. Sonra isə B.Əbdürrəhmanova professor elmi adı verilmişdir. B.İ.Əbdürrəhmanovun doktorluq dissertasiyasına bir çox müsbət rəylərin içərisində, iqtisad elmləri doktoru, professor Nəbi Nəbiyevin, respublikanın o vaxtki Plan Komitəsinin sədri M.İ.Abdullayevin və iqtisad elmləri doktoru N.Əhmədovun verdikləri yüksək qiyməti xüsusi qeyd etmək yerinə düşər.

Balaca Əbdürrəhmanov geniş profilli alim olmuşdur. B.Əbdürrəhmanov əfsanəvi elm adamı sözün əsil mənasında böyük alim, söz sahibi və şəxsiyyət idi.O, məhsuldar qüvvələrin yerləşdirilməsinəqliyyat-iqtisadi əlaqələrinin səmərələşdirilməsi problemləri üzrə nəinki respublikamızda, habelə keçmiş İttifaq miqyasında tanınmış alimlərdən biri idi. Onun apardığı elmi-tədqiqat işlərinin nəticələri və tövsiyələri dəfələrlə bir sıra müvafiq nazirlik və təşkilatlar tərəfindən istifadə edilmişdir. Ümumiyyətlə professor B.Əbdürrəhmanovun elmi yaradıcılığını üç əsas elmi istiqamət-iqtisadi-coğrafiya, məhsuldar qüvvələrin yerləşdirilməsinəqliyyat-iqtisadi əlaqələr təşkil edirdi.

O yüksək səviyyəli mütəxəssis — alim kimi pedaqoji fəaliyyət göstərmişdir. O, 8 monoqrafiya, 100-dən çox elmi əsərin müəllifidir. 5 nəfər elmlər namizədinin elmi rəhbəri olmuşdur.

Balaca Əbdürrəhmanov, həm də şair idi. Çox əfsuslar olsun ki, o dünyasını dəyişən vaxt xeyli şeir yazılmiş əlyazmaları itmişdir. Onun yalnız 1974-ci ildə Bakıda çap olunmuş "Sazımın tellərində pıçıldaşan nəğmələr" kitabı qalmışdır. Kitaba professor M. M. Allahverdiyev ön söz yazmışdır.

1977-ci ildə Bakı şəhərində vəfat etmişdir və Kəlbəcər rayonunda dəfn olunmuşdur. B.Əbdürrəhmanovun Kəlbəcərdə onun adını məktəb və küçə daşıyırdı.

Ailəsi[3][4]

Həyat yoldaşı-Nərgiz Mirzə-Məmməd qızı Əbdürrəhmanova-kimyaçı, alim.

2 oğlu, 3 nəvəsi var.

Oğulları
Nəvələri

Fəaliyyəti[1][2][3][4]

Elmi fəaliliyyəti

Yaradıcılığı[1][2][3][4]

Elmi yaradıcılığı

1946-cı ildə Azərbaycan Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsinə daxil olmuşdur və 1951-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Diplom işinin mövzusu: "Kəlbəcər rayonunun iqtisadi-coğrafi səciyyəsi" olmuşdur. B. Əbdürrəhmanov 1954-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspitanturasına qəbul olmuşdur. 1957-ci ildə aspiranturanı müvəffəqiyyətlə bitirib, təyinatla Azərbaycan SSR Elmlər Akademiyasına göndərilmişdir. Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun "Məhsuldar qüvvələrin yerləşdirilməsinin" kiçik elmi sonra isə baş elmi işçisi (1961-ci ildən) vəzifəsində çalışmışdır.1957-ci ildə "Azərbaycan SSR Daşkəsən dağ-mədən rayonunun iqtisadi-coğrafi səciyyəsi" mövzusunda dissertasiya müdafiə etib, "coğrafiya elmləri namizədi" alimlik dərəcəsi almışdır (1958). Elmi rəhbəri sovet iqtisadçısı, coğrafiyaçısı, iqtisad elmləri doktoru, professor, SSRİ Elmlər Akademiyasının Dünya Sosialist Sisteminin İqtisadiyyat İnstitutunun Beynəlxalq əmək bölgüsü şöbəsinin müdiri P. M. Alampiyev olmuşdur. Sonra isə Balaca Əbdürrəhmanova dosent elmi adı verilmişdir.

1968-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun "Nəqliyyat-iqtisadi əlaqələr" şöbəsini yaradaraq ona rəhbərlik etmişdir. B,İ.Əbdürrəhmanov çoxsaylı Ümumittifaq konfranslarında məruzələr ilə çıxlş etmişdir. Onun 20 yaxın elmi məruzələri SSRİAzərbaycan SSR Elmlər Akademiyasının jurnarlarında çap olunmuşdur. 1969-cu ildə «Azərbaycan SSR-də nəqliyyat-iqtisadi əlaqlərin səmərələşdirilməsi problemi və onun ictimai intehsalın faydalılığının yüksəldilməsinə təsiri» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Opponentləri iqtisad elmləri doktoru, professor A. K. Ələsgərov; iqtisad elmləri doktoru, professor T. S. Vəliyev; coğrafiya elmləri doktoru, professor Q. A. Koçaryan olmuşdur. 1971-ci ildə "iqtisad elmləri doktoru" alimlik dərəcəsini almışdır. Sonra isə B.Əbdürrəhmanova professor elmi adı verilmişdir.

B.İ.Əbdürrəhmanovun doktorluq dissertasiyasına bir çox müsbət rəylərin içərisində, iqtisad elmləri doktoru, professor Nəbi Nəbiyevin, respublikanın o vaxtki Plan Komitəsinin sədri M.İ.Abdullayevin və iqtisad elmləri doktoru N.Əhmədovun verdikləri yüksək qiyməti xüsusi qeyd etmək yerinə düşər.

Balaca Əbdürrəhmanov geniş profilli alim olmuşdur. B.Əbdürrəhmanov əfsanəvi elm adamı sözün əsil mənasında böyük alim, söz sahibi və şəxsiyyət idi.O, məhsuldar qüvvələrin yerləşdirilməsinəqliyyat-iqtisadi əlaqələrinin səmərələşdirilməsi problemləri üzrə nəinki respublikamızda, habelə keçmiş İttifaq miqyasında tanınmış alimlərdən biri idi. Onun apardığı elmi-tədqiqat işlərinin nəticələri və tövsiyələri dəfələrlə bir sıra müvafiq nazirlik və təşkilatlar tərəfindən istifadə edilmişdir. Ümumiyyətlə professor B.Əbdürrəhmanovun elmi yaradıcılığını üç əsas elmi istiqamət-iqtisadi-coğrafiya, məhsuldar qüvvələrin yerləşdirilməsinəqliyyat-iqtisadi əlaqələr təşkil edirdi.

O, yüksək səviyyəli mütəxəssis — alim kimi pedaqoji fəaliyyət göstərmişdir. O, 8 monoqrafiya, 100-dən çox elmi əsərin müəllifidir. 5 nəfər elmlər namizədinin elmi rəhbəri olmuşdur.

Seçilmiş elmi əsərləri[3][4]

Balaca Əbdürrəhmanov 8 monoqrafiya, 100-dən çox elmi əsərin müəllifidir.[3][4]

Kitablar[5]

Elmi məqalələr[3][4]

Elmi-populyar məqalələr[3][4]

  • Əbdürrəhmanov B., Alırzayev M. Kurort təsərrüfatına yarıtmaz münasıbətə son qoymalı //Azərbaycan Kommunisti. Bakı, 1974, s. 73-82.
  • Hüseynov H., Nadirov A., Əbdürrəhmanov B. SSRİ xalqlarının qardaşlıq ailəsində //Azərbaycan Kommunisti. Bakı, 1976, s. 53-58.
  • Əbdürrəhmanov B. Qadın əməyi haqqında monoqrafiya //Azərbaycan Kommunisti. Bakı, 1976, s. 91-94.

İstinadlar

Azərbaycan Milli Ensiklopediyası 8 cild, http://anl.az/el/a/a(3).php

https://ebooks.azlibnet.az/book/33nat221217.pdf

İdris Verdiyev “Kəlbəcərin alim ziyalıları”, Bakı, Ağrıdağ nəşriyyarı, 2001, 258 s.