Çəmən güllücəsi: Redaktələr arasındakı fərq
Redaktənin izahı yoxdur |
|||
Sətir 2: | Sətir 2: | ||
| adı = {{latb|Lathyrus pratensis}} |
| adı = {{latb|Lathyrus pratensis}} |
||
| aləmi = Bitkilər |
| aləmi = Bitkilər |
||
| şəkil = Lathyrus pratensis |
| şəkil = (MHNT) Lathyrus pratensis- Habit.jpg |
||
| şəkil məlumat = |
| şəkil məlumat = |
||
| şəkilaltı yazı = |
| şəkilaltı yazı = |
06:07, 19 may 2021 tarixinə olan versiya
Çəmən güllücəsi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: ???: Çəmən güllücəsi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Çəmən güllücəsi (lat. Lathyrus pratensis)[2] — paxlakimilər fəsiləsinin güllücə cinsinə aid bitki növü.[3]
Hündürlüyü (40) 55-100 sm, gövdəsi düz, uzanan və ya ilişən, sivri dördtinli və budaqlanan çoxillik ot bitkisidir. Kökümsovu nazik, şaxəli və zoğ əmələgətirəndir. Yalançı zoğları iri olub, yarpaqcığı xatırladır, uzunsov və ya yumurtaşəkilli-neştərvaridir, oxşəkilli əsası vardır, sivriləşmiş, qısa və ya bəzən saplaqla eynidir. Saplaq qanadsız, üst tərəfdən novşəkilli, sadə və ya şaxələnən bığcığı, nadir halda ucu vardır.
Yarpaq
Yarpaqlar bir cütdür; yarpaqcıqları neştərvari və ya uzunsov-neştərvaridir, sivri və ya qısa sivriləşmişdir, qısa sivri ucu vardır, 3-5 ədəd çox güclü damara malikdir, nadir halda ensiz neştərvaridir, uzunluğu (1) 2-4 (5) sm, eni 2,5-8 (10) mm-dir.
Çiçək
Salxımları 5-13 ədəd çiçəkdən ibarətdir. Çiçək saplağı tüklüdür. Tac parlaq və ya açıq-sarı rəngdədir, uzunluğu 12–17 mm-dir.
Meyvə
Paxlası qısa xətli-neştərvaridir, uzunluğu 2-3 sm, eni 4–6 mm-dir, qaramtıl, çılpaq, uzununa çəpinə damar şəbəkəsindən ibarətdir, 6-10 toxumludur. Toxumları qeyri-bərabər dəyirmi, çılpaq, bir qədər parlaq, qırmızımtıl-qonur rənglidir, tünd ləkələri vardır.
Çiçəkləməsi
(May) İyun-İyul (Avqust)
Meyvə verməsi
Avqust
Azərbaycanda yayılması
Azərbaycanın bütün rayonlarında. Bütün meşəli rayonlarda və dağ çəmənlərində (2000–2500 m-ə qədər d.s.y.)
Yaşayış mühiti
Meşələrdə, kolluqlarda, meşə kənarında, bağlarda, dağ çəmənlərində, əkin və zəmilərdə rast gəlinir.
Təsərrüfat əhəmiyyəti
Balverən bitkidir, dərman əhəmiyyəti vardır, toxumları quşlar tərəfindən yeyilir. Bitkidə tərkibi məlum olmayan acı maddə vardır, heyvanlar tərəfindən yaxşı yeyilmir.[4]
İstinadlar
- ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 733.
- ↑ Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
- ↑ Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
- ↑ Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016
İkiləpəlilər haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |