Yemişan kəpənəyi: Redaktələr arasındakı fərq
k →Ədəbiyyat: +Taksonbar using AWB |
k Şəkil→Fayl, File→Fayl using AWB |
||
Sətir 32: | Sətir 32: | ||
== Xarici quruluşu == |
== Xarici quruluşu == |
||
[[ |
[[Fayl:025-Aporia crataegi.JPG|thumb|left|150px]] |
||
Yemişan kəpənəyinin qanadları ağ, onun damarları isə qonur-qəhvəyi rənglidir. Yumurtaları qırmızı-sarı rəngli, saplaqlı, 1,5 |
Yemişan kəpənəyinin qanadları ağ, onun damarları isə qonur-qəhvəyi rənglidir. Yumurtaları qırmızı-sarı rəngli, saplaqlı, 1,5 mm uzunluqda olur. Tırtılın bədəni uzun tüklü olmaqla qaramtıldır. Bel hissəsində narıncı-qəhvəyi rəngli üç qara zolaq uzanır. |
||
== Həyat tərzi == |
== Həyat tərzi == |
||
Sətir 47: | Sətir 47: | ||
{{Taksonbar}} |
{{Taksonbar}} |
||
[[Kateqoriya:Ağ kəpənəklər]] |
[[Kateqoriya:Ağ kəpənəklər]] |
15:23, 8 avqust 2021 tarixinə olan versiya
Yemişan kəpənəyi | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: ???: Yemişan kəpənəyi |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Yemişan kəpənəyi (lat. Aporia crataegi) — buğumayaqlılar tipinin kəpənəklər və ya pulcuqluqanadlılar dəstəsinin baramasarıyanlar fəsiləsinə aid olan növ.
Xarici quruluşu
Yemişan kəpənəyinin qanadları ağ, onun damarları isə qonur-qəhvəyi rənglidir. Yumurtaları qırmızı-sarı rəngli, saplaqlı, 1,5 mm uzunluqda olur. Tırtılın bədəni uzun tüklü olmaqla qaramtıldır. Bel hissəsində narıncı-qəhvəyi rəngli üç qara zolaq uzanır.
Həyat tərzi
2 və 3-cü yaş tırtılları sapla bir- birinə bağlanan, yarpaqlardan düzəldilmiş yuvalarda qışlayırlar. Belə yuvalar ağacın kiçik budaqlarından sapla asılmış olur. Hər yuvada 25-30 ədəd tırtıl qışlayır. Yazın əvvəllərində, qış yuvasından çıxan tırtıllar, ağacların tumurcuqlarının içərisini, sonra isə çiçək, qönçə və yarpaqları ilə qidalanırlar. Bəzi illərdə kütləvi çoxalma dövründə, olduqca ciddi ziyan vururlar (70-75%). Hətta bəzək ağacları tamam çılpaqlaşır. Dekorativ meyvə ağaclarının çiçəklənməsi qurtarana yaxın və meyvə başlanğıcı əmələ gəldiyi dövrdə tırtıllar ağacların gövdə və budaqları üzərində pup halına keçirlər. 10-12 gündən sonra puplardan kəpənəklər çıxır.
15-18 gün keçdikdən sonra kəpənəklər cütləşir və yumurta qoymağa başlayırlar. Dişilər yumurtalarını yarpağın üst tərəfinə, topa halında yerləşdirirlər və hər topada 25-30 yumurta olur. Hər dişi fərd 200-300-dək yumurta qoyur. 10-15 gündən sonra yumurtalardan tırtıllar çıxmağa başlayır. Yemişan kəpənəyi ildə bir nəsil verir.
Yayılması
Rusiya, Azərbaycan, Qafqaz, Moldova, Ukrayna, Yaponiya, Koreya, Şərqi Avropa.
Ədəbiyyat
- E.F.Səfərova. Abşeronda bəzək bitkilərinə zərərverən cücülər, onların biotənzimlənməsində entomofaqların rolu (Dissertasiya). Bakı, 2013