Yəhya Kərimov: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Teqlər: Mobil redaktə Mobil veb redaktə
Redaktənin izahı yoxdur
Teqlər: Mobil redaktə Mobil veb redaktə
Sətir 8: Sətir 8:
|piktoqram =
|piktoqram =
|doğum tarixi = 1927
|doğum tarixi = 1927
|vəfat tarixi = 13.08.2021
|doğum yeri = [[İlisu]],[[Qax]]

{{USSR}}
|doğum yeri = [[İlisu]],[[Qax]]

{{USSR}}
|vəfat tarixi = 13.08.2021
|vəfat tarixi = 13.08.2021

08:54, 13 avqust 2021 tarixinə olan versiya

Yəhya Kərimov
Yəhya Şəfi oğlu Kərimov
Doğum tarixi
Doğum yeri İlisu,Qax

SSRİ SSRİ
Vəfat tarixi
Dəfn yeri
Vətəndaşlığı

Azərbaycan Azərbaycan
Elm sahəsi Pedaqogika
Elmi adı professor
İş yerləri Təhsil Problemləri İnstitutu direktorunun elmi tədqiqat bölümü üzrə müavin,"İbtidai məktəb və məktəbəqədər tərbiyə" jurnalının redaktoru
Mükafatları "Şöhrət" ordeni

Yəhya Şəfi oğlu Kərimov — pedaqoji elmləri doktoru, professor. Beynəlxalq Pedaqogika Akademiyasının həqiqi üzvü[1]

Həyatı

Yəhya Kərimov 1927-ci ildə, Qax rayonun İlisu kəndində anadan olmuşdur. Qax orta məktəbini bitirərək Şəki Pedaqoji Texnikumuna daxil olmuş və bitirdikdən sonra Qaxda pioner baş dəstə rəhbəri və müəllim işləmişdir. 1950-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnistitutunu bitirmişdir.

Elmi fəaliyyəti

1955-ci ildənElmi Pedaqoji İnistitunun aspiranturasında təhsil almış, 1958-ci ildən həmin inistitutda kiçik elmi işçi,1961-ci ildən şöbə müdiri işləmişdir.1962-ci ildə namizədlik, 1975-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1976-cı ildən Elmi-Tədqiqat Pedaqoji Elmlər İnistitutunda elmi işlər üzrə direktor müavini, hazırda Təhsil Problemləri İnstitutu direktorunun elmi tədqiqat bölümü üzrə müavindir. Uzun illər Elmi-Tədqiqat Pedaqoji Elmlər institutunun müdafiə şurasının sədr müavini və sədri işləmişdir.40-dan artıq elmlər namizədi,3 elmlər doktoru yetişdirmişdir.

Əsas elmi naliyyətləri

Yəhya Kərimov yüzlərcə əsərin,o cümlədən "Savad təlimi", "İbtidai siniflərdə inşalar", "Altıyaşlıların məktəbə hazırlanmasının nəzəri və praktiki problemləri","Əlifba dərsliyinin tətbiqi prinsipləri", "Uşaq məktəbə gedir", "Ana dilinin tədrisi metodikası" və s. monoqrafiyaların müəllifidir.

1959-cu ildən indiyədək ibtidai siniflər üçün ana dili proqramlarının tərtibçisi,bütün proqramların redaktorudur. 1963-cü ildən "Əlifba" dərsliyinin müəllifidir. Hazırda onun tərtib etdiyi 6 dərslik və 5 dərs vəsaitindən istifadə olunur.

1970-ci ildən "İbtidai məktəb və məktəbəqədər tərbiyə" jurnalının redaktorudur.

Təltif və mükafatlar

• "Şöhrət ordeni" (26 dekabr 2006)
• "Qabaqcıl maarif xadimi".
• "SSRİ maarif əlaçısı".
• "Azərbaycanın Əməkdar Müəllimi"

Həmçinin bax

1. http://edu.gov.az/view.php?lang=az&menu=9&id=254[ölü keçid]
2. http://yayim.org/?p=913 Arxivləşdirilib 2013-12-08 at the Wayback Machine
3. http://yayim.org/?p=2417 Arxivləşdirilib 2013-12-08 at the Wayback Machine

İstinadlar

1. İlisu ensiklopedik məlumat kitabı. Vətən nəşriyyatı. Bakı-2012, səh. 101

Mənbə

• "Qiymətli xəzinə sahibi". Fərrux Rüstəmov. Pedaqoji oçerklər: Sələflərim və müasirlərim. Bakı: Elm və təhsil, 2010. - səh. 165.
• "70 yaşın işığında...". Vidadi Xəlilov. Ömür yollarında. Bakı: Nərgiz, 2012. - səh. 53.