Kəmərli: Redaktələr arasındakı fərq
Redaktənin izahı yoxdur Teqlər: Vizual redaktor Mobil redaktə Mobil veb redaktə |
Teqlər: Mobil redaktə Mobil veb redaktə |
||
Sətir 130: | Sətir 130: | ||
==Tanınmış Soyları == |
==Tanınmış Soyları == |
||
'''[[Orucov|Orucovlar]]''' [[Azərbaycan]] Xalqının tanınmış soylarından biri. [[Qazax rayonu|Qazax Rayonu]] [[Kəmərli]] kəndinə mənsub nəsildir. Ali Nümayəndələri- Qəhəd Orucov, Iqbal Orucov , Tural Orucov, Vüqar Orucov, Səməd və İbrahim Orucov. |
'''[[Orucov|Orucovlar]]''' [[Azərbaycan]] Xalqının tanınmış soylarından biri. [[Qazax rayonu|Qazax Rayonu]] [[Kəmərli]] kəndinə mənsub nəsildir. Ali Nümayəndələri- Qəhəd Orucov, Iqbal Orucov , Tural Orucov, Vüqar Orucov, Səməd və İbrahim Orucov,Anar Orucov. |
||
== Mənbələr == |
== Mənbələr == |
09:47, 9 fevral 2022 tarixinə olan versiya
Kənd | |
Kəmərli | |
---|---|
41°12′24″ şm. e. 45°04′55″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | Gəncə-Qazax iqtisadi rayonu |
Rayon | Qazax rayonu |
İcra nümayəndəsi | Orucov Səməd İbrahim oğlu |
Tarixi və coğrafiyası | |
Sahəsi | 39.59[1] |
Mərkəzin hündürlüyü | 550 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi | 3,155[1] nəfər |
Milli tərkibi | Azərbaycanlılar |
Etnoxronim | İncəlilər (Qazax) |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 22 29 |
Poçt indeksi | AZ 3521 |
Kəmərli — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. İncə dərəsinə aid üç kənddən biridir. Azərbaycanda qədim yaşayış məskənlərindən biri.
1982-ci ildə kənd ərazisinin bir hissəsi yəni Korbulağ ərazisinin 1,5 hissəsi SSRİ Mərkəzi komitəsinin qərarı ilə Ermənistana verilmişdir. Kəmərlilər o dövr üçün çox ciddi sayılacaq müqavimət göstərmişdir.[2]
Etimologiya
Kəndin adı Kimer (Kəmərli) tayfasının adından yaranmışdır. Mənbələrin verdiyi məlumata görə kimmerlər Şimali Qara dəniz hövzəsindən köç edərək Azərbaycanda və Şərqi Anadoluda məskunlaşmşdılar. Herodotun yazdığına görə, e.ə. VIII əsrdə Şərqdən Qara dənizin Şimal çöllərinə-kimmerlərin ölkəsinə skiflər gəlmişdilər.Kimmerlər onlarla toqquşmaqdan çəkkinmiş, yığışıb Cənubi Qafqaza, oradan da Kiçik Asiyaya köç etmişdilər. Q. Qeybullayev qeyd edir ki, bu məlumatda skif deyildikdə, konkret hansı etnosun nəzərdə tutulduğu bəlli deyil. Çünki, antik müəlliflərin əsərlərində skif konkret bir etnosun adı deyildi. Herodotun kimmerlər ("kimmer" sözün qədim yunan dilinə uyğunlaşdırılmış formasıdır) adlandırdığı bu türk etnosunun əsil adı isə Kəmər yaxud da Qəmər kimi bərpa edilə bilər. İlk dəfə qədim yunan şairi Homer bu adı kimmer kimi işlətmiş,sonrakı müəlliflər də bu ənənəyə sadiq qalmışdır.Deməli qədim yunan tarixçiləri kəmər yaxud da qəmər etnonimini kimmer kimi tələffüz edirdilər.
Tədqiqatçılara görə, kimmerlər Qara dənizin Qərb sahili tərəfdən, ya da Dəryal keçidindən Cənubi Qafqaza, Kür-Araz vadisinin Qərb hissəsinə, Azərbaycan-Gürcüstan sərhəd zonasına gəlmiş, lakin burada çox dayanmayaraq Qərbi Azərbaycan (indiki Ermənistan) zonasına getmişlər. Qədim gürcülər kimmerləri "pəhləvanlar" adlandırırdılar.(İ.M.Dyakonov,Midiya tarixi,səh.123) O zamanlar Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində haylar (erməni bu xalqa kənardan vermə addır və əslində ərmənlər də bir türk elidir) yaşamırdılar və bu ərazinin əsas sakinləri türk mənşəli və Qafqaz dilli xalqlar idilər. Lakin bu ərazinin böyük bir hissəsi Urartu dövlətinin (e.ə. IX–VII əsrlər) nəzarəti altında idi. E.ə. 715-ci ildə kimmerlər Urartu ordusu ilə toqquşurlar. Qanlı döyüş nəticəsində kimmerlər qalib gəlirlər.
Kimmerlərin bir qismi Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisindən köç edərək Kiçik Asiyada məskunlaşır. Çünki onları Şimali Qara dəniz çöllərindən qovan skiflər (Q. Qeybullayev antik tarixçilərin burada skif adı altında sakları nəzərdə tutduğunu qeyd edir) ardlarınca Cənubi Qafaza gəlmişdilər. Kiçik Asiyaya köç edən kimmerlər burada Frigiya dövlətinin varlığına son qoyurlar.(Bəzi tədqiqatçılara görə haylar məhz frig tayfalarından biri idilər) Bu dövlətin tabeliyində olan və Hayasa adlı vilayətin sakinləri olan haylar (indiki ermənilər) qaçmağa üz qoyurlar və bütün Kiçik Asiyaya səpələnirlər.
Kimerlərin bir hissəsi isə Kiçik Asiya ərazisindən Manna dövləti ərazisinə keçir. Sonrakı əsrlərdə isə kimmerlər yerli türklər-mannalar və madaylarla qaynayıb qarışırlar. Onların adları isə Kəmər,Kəmərli və Qəmərli kimi toponimlərdə qorunub saxlanır.
İlkin tədqiqatlar dövründə kimmerlər İrandilli etnos sayılırdı. İ.M.Dyakonov qeyd edirdi ki,"kimmer" adı bu etnosa kənardan verilmiş adıır və İran dillərində "həmişə hərəkətdə olan" anlamındadır. Belə çxır ki, bu etnosun əsl adı məlum deyil. Q. Qeybullayev isə qeyd edir ki,kənardan verilmə olduğu halda kimmer adı toponimlərdə əks oluna və qoruna bilməzdi. Sonrakıı araşdırmalar kimmerlərin həqiqətən də türk etnosu olduğunu sübut etdi.Kimmerlərin türk mənşəli olduğunu sübut edən bir neçə dəlil var:
1)"Kəmər" etnonimi qədim türkcə kam (qam) –şaman və bir sıra türk tayfa adları üçün (avar,bolqar,qacar,sabar,xəzər və s) üçün səciyyəvi olan "ər" – kişi,ər,döyüşçü sözlərindəndir.Bu fikir ilk dəfə F.Cəlilov tərəfindən irəli sürülmüşdür.Qeyd etmək lazımdır ki,kəmər etnoniminin birinci komponenti olan "kəm","qam" sözü başqa türk tayfa adlarının da kökünü təşkil edir:Kamak (Azərbaycanda Qaymaqlı kəndlərinin adlarında qalmışdır),kaman,yaxud kuman (rus ənbələrində poloves adlandırılırlar),kamat (kumat) və s.
2)Q.A.Melikişvili yazır ki,kimmerlər Qafqaz Albaniyasının Qərbində də yaşamışlar.(Q.A.Meliişvili,Qədim Şərq mənbələri Cənubi Qafqaz xalqlarının tarixi haqqında,Tiflis,1954) Q.Qeybullayev isə qeyd edir ki,Cənubi Qafqaza gələn kimmerlərin bir hissəsi Azərbaycan respublikasının Qərb bölgəsində,Gürcüstanda və indiki Ermənistan respublikası ərazisində daimi məskunlaşmışdılar.Qazax – Borçalı bölgəsində Böyük və Kiçik Kəmərli,Kəmərqaya,Qəmərli kəndlərinin adları da bu tayfa ilə bağlıdır.XIX əsrin sonlarında Qafqazda Kəmərli adlı yeddi kənd məlum idi.Kimmerlər Qərbi Azərbaycan (indiki Ermənistan) toponimikasında da öz izlərini qoymuşlar.İrəvan yaxınlığında orta əsrlərdə Qumri,Qəmri adlı türk kəndləri məlumdur.Hay mənbələrində bu toponim Kumayr kimi xatırlanır.Erməni tarixçisi Y.A.Manandyan yazır ki,"kumar" toponimi ("y" səsi erməni dilində əlavə olunmadır,kumar isə kamarın fonetik formasıdır.) kimmer etnonimini əks etdirir.Türkiyə ərazisində də Kəmərli toponimləri məlumdur.Güney Azərbaycanda Qaşqay tayfasının bir qolu Qəmər adlanır.Bütün bunlar sübut edir ki,antik müəlliflərin kimmer kimi işlətdikləri qəmər və ya kəmər etnonimi kənardan verilmə ad deyil,özünüadlandırmadır.Bu etnonimin kəmər yaxud da qəmər formasında olmasını onun Assur mənbələrində Qamer kimi yazılması da sübut edir.(İ.M.Dyakonov,Assur-Babil mənbələri Urartu tarixi haqqında,1951)
3)Kimmerlərin çar adları da (çar sözü qədim türkcədə "sər" – hökmdar sözündəndir və slavyanlar da bu sözü qıpçaqlardan mənimsəmişlər) türk mənşəlidir:
Güney Azərbaycan ərazisində kimmer etnonimi kamar,komar,kəmər və qomar formalarında iki Komar, Kəmər, Kəmərdaran, iki Kamara, Kamarabad,Qemar, Qamarabad, Kamare,Kəmər-binə, Kamare-pain, Kamare-siyah, Kamaran və b. Yaşayış məntəqələrinin adlarında qalmışdır.Göstərilən kəndlərin hamısının əhalisi Azərbaycan türkləridir.
İ.M.Artamanovun fikrincə,kimmerlər sonra Ön Asiyadan geriyə-Şimali Qara dəniz hövzəsinə də köç etmişlər.Lakin Güney Qafqazda və Güney Azərbaycanda kimmer etnonimini əks etdirən toponimlərin mövcudluğu göstərir ki,kimmerlərin bir hissəsi burada daimi məskunlaşmışdı.
Qeyd etmək lazımdır ki,Ön Asiyanın və Cənubi Qafqazın qədim xalqları haqqında e.ə. VII əsrdə tərtib olunmuş və Bibliyada da əksini tapmış şəcərə cədvəlində kəmərlərin adı Qomer kimi çəkilir.Bu göstərir ki,kimmerlər e.ə. VII əsrdə Ön Asiyada nüfuzlu etnos sayılırdı.Qafqaz albanlarından olan tarixçi Moisey Kalankatlının qədim xalqlara aid şəcərə cədvəlində də Maday və Aşkenaz (Sak) etnosları Qəmər etnosu ilə əlaqəli verilmişdir:"Yafətin oğlu Qəmər,onun oğlu Maday,onun oğlu Aşkenaz,onun oğlu Sarmat."(Alban ölkəsinin tarixi,I kitab,II fəsil)
Kimmerlərin bir hissəsi isə Krımın dağlıq ərazisində (bəzi tədqiqatçılara görə əsasən Kerç yarımadasında) yaşamışdır.Herodotdan başlayaraq antik mənbələrdə onlar tavrlar,onların ərazisi isə Tavrida adlanmışdır.Həmin mənbələrdə tavrlar yaylaq maldarlığı ilə məşğul olan xalq kimi səciyyələndirilir.Onlarda Foanta adlı hökmdar adı da məlumdur ki,bu da qədim türklərdə Tuvantay adının qədim yunan dilində təhrif edilmiş formasıdır.
Tarixi
- Kəmərli kəndi İncə çayının vadisində, dağlıq ərazidə yerləşir. Qazax tayfa ittifaqına daxil olan kəmərli tayfasının məskunlaşması nəticəsində yaranmışdır.[3]
Toponimikası
Kəmərli oyk., sadə. Qazax r-nunun eyniadlı i.ə.v.-də kənd. İncəçayın sahilində, dağlıq ərazidədir. Yaşayış məntəqəsi Qazax tayfa ittifaqına daxil olan kəmərli tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Mənşəcə qıpçaq tayfalarından olan kəmərlilərin adına İrandakı qaşqayların tərkibində, Ermənistan, Türkiyə toponimiyasında da rast gəlmək mümkündür. Tədqiqatçılar kəmərli etnonimini mənşəcə e.ə. VII əsrdə Cənubi Qafqaza gəlmiş kimmerilərlə də əlaqələndirirlər.[4]
Coğrafiyası və iqlimi
Kəmərli kəndi Qazax rayonunun qərbində, İncə dərəsində, İncəsu çayının (Kürün qolu) sağ sahilində, Gəncə-Qazax düzənliyində yerləşir.
Kəmərli kəndi qərbdən Ermənistan Respublikasının Barana rayonunun (Noyemberyan) mərkəzi olan Barana şəhəri ilə, şərqdən Qazaxın Qaymaqlı kəndiylə, çöllük ərazilərdən şimaldan Qazaxın İkinci Şıxlı, cənub-qərbdən Qərbi Azərbaycanın Barana rayonunun (Noyemberyan) Balakənd, cənubdan isə Qurumsu kəndi ilə sərhəddir.
İqlimi mülayim qış və isti yayla xarakterizə olunur. Qışı quraq keçir. 1984-cü ildə Ermənistan rəhbərliyi Azərbaycanın Qazax rayonunun Kəmərli kəndinin 1675 ha torpaq sahəsinə iddia irəli sürmüşdü. Bu ərazi Ermənistan SSR Noyemberyan rayonunun Dovex kəndi ilə Qazax rayonunun Kəmərli kəndi arasında yerləşir. Kəmərli əhalisi erməni iddialarını dayandırmaq üçün rayon rəhbərliy və Azərbaycan hökumətinə dəfələrlə müraciət etmişdir. Hətta Sov.İKP Mərkəzi Komitəsinə müraciətlər belə nəticələr vermədi. 24 oktyabr 1984-cü il tarixində Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini Ş.Rasizadə, Azərbaycan KP MK Qazax rayon partiya komitəsinin birinci katibi A.Süleymanov, rayon İcraiyyə Komitəsinin sədri B.Eyyubov və digər rəsmi şəxslər Kəmərli kəndindən 6 km aralıda yerləşən Bataqlı bulaq deyilən yerə gəlmişlər. Onların Ermənistanın əsassız iddia etdiyi meşə massivinə baxmaq istəyi kənd əhalisini hiddətləndirmişdi. Həyati mənafelərinə toxunan məsələnin qoyuluşundan narazı olan kənd sakinləri gələnləri daşa basıb, Ş.Rasizadənin maşınını aşırmışdılar. Yaranmış vəziyyət Azərbaycan KP MK bürosunun 1984-cü il 12 noyabr tarixli iclasında "Qazax rayonunun Kəmərli kəndində münaqişə haqqında" adı altında müzakirə edildi. İclası açan MK-nın birinci katibi Kamran Bağırov bu məsələ ilə bağlı Moskvadan göstəriş verildiyini də etiraf etdi. Müzakirələrdən sonra MK bürosu müvafiq qərar qəbul etdi və Moskvanın təzyiqi ilə Ermənistanın əsassız ərazi iddiasını təmin etdi.
Hazırda bu ərazi hər iki tərəfdən minalanıb və nə ermənilər, nə azərbaycanlılar əraziyə daxil ola bilmirlər. Beləliklə Kəmərli kəndi Daş bulaq, Almalı bulaq, Məsçidin bulağı, Tutlu dərə, Fındıqlı bulağı, Hayvalı bulağı, Birinci Dərəbəyli, İkinci Dərəbəyli, Bala Cövüzlü, Böyük Cövüzlü, Soyuq bulaq, Kömürxana, Battaqlı, Xanımın yurdu, Qara qaya və s. dədə-baba meşəliklərindən məhrum oldu.
Əhalisi
- Kənddə 3155[1] nəfər əhali yaşayır. Kənd əhalisi Azərbaycan türklərindən ibarətdir.
Görkəmli şəxsləri
- Rafiq Alıcanov – (1965–1993) Azərbaycanın Milli Qəhrəmanı.
- Aşıq Cəlal Qəhrəmanov (d. 1928 – ö. 1978) — Azərbaycan aşığı.
- Aslan Kəmərli (1942–1992) — şair, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1975). "Azərbaycan" qəzetinin bölgə müxbiri olub.
- Ələddin İncəli (d.) 1930 — Şair, publisist, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Redaksiyada işlədiyi illərdə " Əməkdə fərqlənməyə görə", " Rəşadətli əməyə görə", "Əmək veteranı" medalları ilə təltif olunmuşdur. Qazax rayon kino birliyinin direktoru kimi də fəaliyyət göstərib.
- Vəli Ləzgiyev (1909–1968) — Şair, Partizan.
- Qafar Sarıvəlli (1956) — Məşhur rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü.
- Mürsəl Həkimov (d. 1929) — ədəbiyyatşünas, pedaqoq, filologiya elmləri doktoru (1986), professor (1989).
- Mahmud Allahmanlı (1960) — filologiya elmləri doktoru (2008), professor (2009), fоlklоrşünas alim, tənqidçi, publisist.
- Sevinc Qiyasbəyli — (1966) Həkim onkoloq, tibb elmləri doktoru, professor, Milli Onkologiya Mərkəzi I kimyaterapiya şöbəsinin böyük elmi əməkdaşı.
Maddi-mədəni irsi
- Alban məbədinin qalıqları (Kəmərli) — Qazax rayonunun Kəmərli kəndində yerləşir. Orta əsrlərə aiddir. Ölkə əhəmiyyətli arxeoloji abidədir.
Xalça mədəniyyəti
Kənd təsərrüfatı
- Kənd təsərrüfatının əsasını əkinçilik, heyvandarlıq, taxılçılıq, tərəvəzçilik, bağçılıq, üzümçülük və narçılıq təşkil edir. Əsas kənd-təsərrüfat bitkiləri taxıl, kartof və başqalarıdır.
Tanınmış Soyları
Orucovlar Azərbaycan Xalqının tanınmış soylarından biri. Qazax Rayonu Kəmərli kəndinə mənsub nəsildir. Ali Nümayəndələri- Qəhəd Orucov, Iqbal Orucov , Tural Orucov, Vüqar Orucov, Səməd və İbrahim Orucov,Anar Orucov.
Mənbələr
- Jump up↑ Qeybullayev Q. Qədim türklər və Ermənistan. B. : Azərnəşr, 1992, 140 səh.
- Q.Ə.Qeybullayev-Azərbaycan türklərinin təşəkkülü taxindən,Bakı,1994
- Q.Ə.Qeybullayev-Qədim türklər və Ermənistan,Bakı,1993
- İ.M.Dyakonov-Midiya tarixi,Moskva-Leninqrad,1956
- M. Kalankatlı-Alban ölkəsinin tarixi,Bakı,2007
- Ə.Ələkbərli-Qədim türk-oğuz yurdu Ermənistan,Bakı,1994
- İ.M.Dyakonov-Moskva,1981
İstinadlar
- ↑ 1 2 3 "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Qazax rayonunda hərbi təcavüzün nəticələri barədə MƏLUMAT". Qazax Rayon İcra Hakimiyyəti. İstifadə tarixi: 29 noyabr 2016.
- ↑ "Erməni işğalının nəticələri" (PDF). 2010-07-03 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2010-06-21.
- ↑ http://www.qazax.net/az/vilages.htm
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Qazax rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |