Miçiqan Universiteti: Redaktələr arasındakı fərq
→Mənbə: crosswiki standartlaşdırma |
|||
Sətir 127: | Sətir 127: | ||
{{İstinad siyahısı|3}} |
{{İstinad siyahısı|3}} |
||
{{Xarici keçidlər}} |
|||
{{Vikianbar kateqoriyası|University of Michigan}} |
|||
*{{rəsmi saytı|umich.edu}} |
|||
[[Kateqoriya:Miçiqan Universiteti]] |
[[Kateqoriya:Miçiqan Universiteti]] |
||
[[Kateqoriya:Miçiqan ştatının universitetləri]] |
[[Kateqoriya:Miçiqan ştatının universitetləri]] |
Səhifəsinin 13:22, 17 sentyabr 2024 tarixinə olan son versiyası
Miçiqan Universiteti | |
---|---|
University of Michigan | |
42°16′37″ şm. e. 83°44′17″ q. u.HGYO | |
Əsası qoyulub | 1817 |
Tip | Dövlət universiteti |
Tələbə sayı | 56000 |
Şəhər | Enn Arbor şəhəri, Miçiqan ştatı |
Ölkə | |
Sayt | umich.edu |
Vikianbarda əlaqəli mediafayllar |
Miçiqan Universiteti (ing. University of Michigan) — ABŞ-nin ən nüfuzlu və tanınmış dövlət ali məktəblərindən biri; Miçiqan ştatının Enn Arbor şəhərində yerləşir. Dünyanın ən nüfuzlu elmi-tədqiqat mərkəzlərindən biridir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Miçiqan Universiteti 1817-ci ildə Detroyt şəhərində Miçiqan ştatının qubernatoru və hakimləri tərəfindən yaradılıb. Universitetin banilərindən olmuş Con Monteyt təhsil ocağının ilk prezidenti kimi tarixə düşüb. 1837-ci ildə Miçiqan ştatının I qubernatoru Stivens Mason universitetin Enn Arbor şəhərinə köçürülməsinə nail olur. Burada universitetə 40 akrlıq (16 hektar) ərazi ayrılır. Enn Arbor şəhərində fəaliyyətə başlayan universitetdə ilk dərslər 1841-ci ildə keçirilir və burada çalışan iki professor yeddi tələbəyə dərs keçir. 1845-ci ildə Miçiqan Universitetini 11 məzun bitirir. 1871–1909-cu illərdə universitetə rəhbərlik etmiş Ceyms Encl xüsusi səy göstərərək stomatologiya, memarlıq, mühəndislik, idarəetmə və tibb fakültələrini yaradır. Miçiqan Universiteti seminar məşğələsini tətbiq etmiş ilk Amerika universitetidir.
1900–1920-ci illərdə universitetin kampusunda stomatologiya və əczaçılıq, kimya, təbiət elmləri üçün binalar, Hill auditoriyası, böyük hospital və kitabxana kompleksləri, iki yataqxana tikilir.
İkinci Dünya müharibəsi zamanı Miçiqan Universitetində torpeda gəmiləri hazırlanır, hərbi dəniz qüvvələri, hava və quruda müdafiə, radiolokasiya qurğuları yaradılır. 1950-ci ildə burada təhsil alan tələbələrin sayı 21000 nəfərə çatır. 1959-cu ildə "Ford Motor" şirkəti Miçiqan ştatının cənub-şərq hissəsində müvafiq tələbatı nəzərə alaraq ali təhsil müəssisəsinə 196 akrlıq ərazi bağışlayır. Həmin ərazidə universitetin Derborn kampusu salınır. Soyuq müharibə və kosmik rəqabət dövründə strateji tədqiqatlar məqsədilə Miçiqan Universiteti əsas dövlət subsidiyası alan tədqiqat mərkəzinə çevrilir və nüvə enerjisinin istifadəsində dövlətə köməklik göstərir.
14 oktyabr 1960-cı ildə ABŞ prezidentliyinə namizəd Con Kennedi "Miçiqan İttifaqı" adlı tələbə klubunun binasında hazırda Sülh Korpusu (ABŞ-də müstəqil federal agentlik) adlanan konsepsiyanı irəli sürür. 1965-ci ildə Miçiqan Universitetinin 3000 tələbə və müəllimi ABŞ-nin Cənub-Şərqi Asiyadakı siyasətinə qarşı aksiya keçirir. Universitetə ilk qız tələbələr 1871-ci ildə qəbul olunur. 1980-ci illərdə universitetdə ictimai və dəqiq elmlər üzrə tədqiqatların aparılması üçün yardımın məbləği artırılır. 1980–1990-cı illərdə Miçiqan Universitetində xəstəxana kompleksi, inzibati binalar tikilir, kompüter və informasiya texnologiyaları sürətlə inkişaf edir.
2000-ci ilin əvvəllərində universitetə dövlət tərəfindən edilən yardımların məbləği xeyli aşağı düşür, bu da universitet administrasiyası və həmkarlar ittifaqları arasında qarşıdurmaya gətirib çıxarır. 2009-cu ildə universitet daha 30 böyük bina, kosmik laboratoriya istifadəyə verir. Hazırda universitetdə 2,5 milyard dollar dəyərində olan tikinti layihəsi həyata keçirilir.
Elmi nailiyyətləri
[redaktə | mənbəni redaktə et]Miçiqan Universiteti kompüter şəbəkəsi (ing. Merit Network) yaradan ilk elmi-tədqiqat mərkəzlərindən biridir. Universitetin məzunu olmuş Klod Şenon riyaziyyatda mövcud olan informasiya nəzəriyyəsinə önəmli yeniliklər gətirib, Conas Solk poliomielit xəstəliyinə qarşı vaksin kəşf edib. Miçiqan ştatının Nortern Louer yarımadasında yerləşən Bioloji stansiya ABŞ-dəki 47 biosfer qoruqlarından biridir. Universitet optika, virtual yaddaş modeli, simsiz kompleksli mikrosistem və sosial elmlər sahəsində böyük uğurlar əldə edib. Miçiqan Universitetində müharibə, silahlı qüvvələr sahəsi xüsusi öyrənilir və bu məqsədlə yeni-yeni qurğular yaradılır. Ali təhsil müəssisəsinin nəzdində Qrup dinamikası, Siyasi tədqiqatlar, Əhalinin məskunlaşması tədqiqatları mərkəzləri, Siyasi və sosial tədqiqatlar konsorsiumu fəaliyyət göstərir.
2006-cı ildə Miçiqan Universiteti Miçiqan Ştat Universiteti və Veyn Ştat Universiteti ilə birgə tədqiqatlar koridoru yaradıb. Nəticədə bu universitetlər və Miçiqan ABŞ-nin yüksək sürətli kompüter şəbəkə infrastrukturu olan LambdaRaillə elektron şəbəkə yaradılıb. Miçiqan Universiteti, Miçiqan Ştat Universiteti və Veyn Ştat Universiteti ilə Moskva Dövlət Universiteti arasında saniyədə 10 milyard bit verilənlərin ötürülməsi həyata keçirilir, bu da adi İnternetdən 1000–10000 dəfə sürətlidir.
Müasir vəziyyəti
[redaktə | mənbəni redaktə et]Miçiqan Universiteti üç tələbə şəhərciyindən ibarətdir: Enn Arbor, Derborn və Flint. Universitetin bu ərazilərdə 524-dən çox inzibati binası var. Enn Arbor şəhərində Miçiqan Universitetinin 4 kampusu yerləşir — Şimali, Mərkəzi, Tibbi və Cənubi kampuslar. Plimut Yolu adlanan ərazidə universitetin Tibb şəhərciyi salınıb. Burada tibbi məktəblər, ambulator qayğı və diaqnostika mərkəzləri, bir neçə cərrahiyyə binaları və s. mövcuddur. Universitet ilk dəfə 1837-ci ildə Mərkəzi kampusda yerləşib. Kampusun binaları çox qədimdir və qotik, klassik üslubda inşa edilib. Şimali kampus 1952-ci ildə istifadəyə verilib. Burada müasir üslubda tikilmiş binalar, universitetin ən böyük yataqxanası olan Bursli Holl və çoxlu sayda kompüter laboratoriyaları, videostudiyaları, 3D virtual otaqları özündə birləşdirən Duderstadt mərkəzi yerləşir.
Miçiqan Universitetinin nəzdində Memarlıq və şəhərsalma (1906), İncəsənət və Dizayn (1974), Ross biznes (1924), Təhsil (1921), Mühəndislik (1854), Rekhem ali (1912), İnformasiya (1969), Kineziologiya (1984), Hüquq (1859), Ədəbiyyat, elm və mədəniyyət (1841), Musiqi, teatr və rəqs (1880), Tibb (1850), Tibb bacısı (1893), Səhiyyə (1941), Stomatologiya (1875), Əczaçılıq (1876), Təbii resurslar və ətraf mühitin mühafizəsi (1927), İctimai siyasət (1914), Sosial fəaliyyət (1951) məktəbləri vardır. Ümumilikdə, universitetdə 3000 fakültə mövcuddur. Miçiqan Universitetinin Tibbi kampusunda məktəblərdən başqa üç xəstəxana, onlarla ambulator poliklinika, tibbi yardım və tədqiqat mərkəzləri yerləşir.
Yataqxana sistemi
[redaktə | mənbəni redaktə et]Miçiqan Universiteti yataqxana sisteminin böyüklüyünə görə ABŞ-də altıncı yerdə durur. Yataqxanalar üç ərazidə cəmlənib — Mərkəzi (Betsi, Kembric, Şərqi, Qərbi, Cənubi, Şimali Dördbucaq, Fletçer, Helen Nyuberi, Marta Kuk rezidensiyaları) Şimali (Beyts I və II, Bursli, Nortvud yataqxanaları) kampuslar və Hill Ərazisi (Kouzens, Alisa Loyd, Meri Markli, Moşer-İordaniya, Stokvell və Oksford yataqxanaları). Universitetin yataqxana sisteminə, eyni zamanda Henderson Haus, Hüquqşünaslar Klubu da daxildir. Elmi mərkəzlər Miçiqan Universitetinin yataqxanalarında da mövcuddur. Moşer-İordaniya Holl rezidensiyasında elmi-tədqiqat cəmiyyəti, Rezidensiya Kollecində ədəbiyyat, elm və incəsənət, şərqşünaslıq bölmələri fəaliyyət göstərir. 2006-cı ildə universitet Mərkəzi kampusun şimal hissəsində yeni yataqxana kompleksinin tikintisinə başlayır və hazırda bu iş davam etdirilir.
Kitabxana sistemi
[redaktə | mənbəni redaktə et]Miçiqan Universitetinin kitabxana sisteminə 8 milyondan çox kitab daxildir. Bu rəqəm hər il 177000 artır. Universitetdə 19 kitabxana vardır. Kitabxanalar, həmçinin təhsil müəssisəsi kimi fəaliyyət göstərərək tələbə, müəllim və tədqiqatçılara kurslar, proqramlar təklif edir. "JSTOR" adlanan verilənlər bazasında 75000 rəqəmsal səhifə yerləşdirilib. Universitet bu yaxınlarda kitablarını şəbəkəyə qoşmaq üçün "Google" axtarış sistemi ilə birgə razılaşma imzalayıb. 31 avqust 2006-cı ildə universitet, ilk mərhələ kimi, kitabların bir hissəsini artıq bu şəbəkədə yayımlayıb. Miçiqan Universitetinin nəşriyyatı və mətbuatı bu təhsil müəssisəsinin kitabxana sisteminin bir hissəsini təşkil edir.
Muzeyləri
[redaktə | mənbəni redaktə et]Miçiqan Universitetinin muzeyləri Enn Arbor şəhərciyində cəmlənib. Mərkəzi kampusda Təbii tarix (eləcə də Paleontologiya), Kelsi arxeologiya və Təsviri incəsənət muzeyləri, Şimali kampusda isə Uorren Robbins və Slasser qalereyaları yerləşir. Təbii tarix muzeyinin Rutven binasında geologiya, paleontologiya, antropologiya sahəsinə, hindu mədəniyyətinə aid eksponatlar saxlanılır. Eləcə də burada quşların, həşəratların, suda-quruda yaşayan, sürünən canlıların əksər nümunələri, Miçiqanda tapılmış dinozavr qalıqları saxlanılan Zoologiya muzeyi mövcuddur.
Rəhbərlik
[redaktə | mənbəni redaktə et]2002-ci ildən Miçiqan Universitetinə ixtisasca həkim olan Meri Syu Koulman rəhbərlik edir. O, universitetin sayca 13-cü prezidentidir. M.S.Koulmanın ofisi Enn Arbor şəhərciyində qədim binada yerləşir. ümumilikdə, universitetdə 6200-dən çox akademik heyət, 38000 inzibati işçi çalışır. Onların əksəriyyəti ABŞ Milli Akademiyasının üzvləri, Nobel, Pulitser mükafatları laureatlarıdır. Hazırda Miçiqan Universitetində 56000 tələbə təhsil alır. Onların 65%-i ədəbiyyat, elm və mədəniyyət, 20%-i Mühəndislik məktəblərində təhsil alır. Magistrların əksəriyyəti Biznes, doktorantların çoxu isə Ədəbiyyat, elm və mədəniyyət məktəblərində təhsil alır.
Büdcəsi
[redaktə | mənbəni redaktə et]2008-ci ildə Miçiqan Universitetinin illik gəlirləri 4 milyard 104 milyon 608 min ABŞ dolları təşkil edib. Universitetin büdcəsi əsasən qrantlar, donorların ödəniş və yardımları sayəsində formalaşır. ötən il tələbə və müdavimlərin təhsil haqlarından gələn gəlirlər 791 milyon 221 min, Federal Hökumət tərəfindən verilmiş qrantlar 712 milyon 963 min, Yerli Ştatın verdiyi qrantlar 9 milyon 649 min ABŞ dolları təşkil edib. İanə (yardım) fondu isə 7 milyard 570 milyona çatıb. Universitetin ianə fondu ABŞ-nin yeddinci, ABŞ dövlət universitetləri arasında isə üçüncü ən böyük fondudur. Lakin son zamanlar universitetin xərcləri də az olmayıb.
Təhsil haqqı
[redaktə | mənbəni redaktə et]2008–2009-cu tədris ilində Miçiqan Universitetində illik təhsil haqqı, orta hesabla, Miçiqan ştatının sakinləri üçün 11037, başqa yerlərdən gələnlər üçün 33069 ABŞ dolları təşkil edib. ümumiyyətlə, bu məktəbdə tələbələrə bir cox güzəştlər olunur — maliyyə yardımları, qrantlar, iş yerləri, kreditlər və s.
Xarici əlaqələri
[redaktə | mənbəni redaktə et]Bu ali təhsil müəssisəsi Amerika Universitetləri Assosiasiyasının ilk üzvlərindən biridir.
Reytinqi
[redaktə | mənbəni redaktə et]2003[4] | 2004[5] | 2005[6] | 2006[7] | 2007[8] | 2008[9] | 2009[10] | 2010[11] | 2011[12] | 2012[13] | 2013[14] | 2014[15] | 2015[16] |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
21 | 19 | 21 | 21 | 21 | 21 | 22 | 22 | 22 | 22 | 23 | 22 | 22 |
2015/16[17] | 2014/15[18] | 2013/14[19] | 2012/13[20] | 2011/12[21] | 2010/11[22] |
---|---|---|---|---|---|
30 | 23 | 22 | 17 | 14 | 15 |
2015/16[23] | 2014/15[24] | 2013/14[25] | 2012/13[26] | 2011/12[27] | 2010/11[28] |
---|---|---|---|---|---|
21 | 17 | 18 | 20 | 18 | 15 |
Məşhur məzunları
[redaktə | mənbəni redaktə et]Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:
- Cerald Ford — ABŞ-nin 38-ci prezidenti
- Henri Ho — Tayvanın maliyyə naziri
- Marvan Qassem — İordaniyanın xarici işlər naziri
- Xalid Toukan — İordaniyanın təhsil naziri
- Kamal Əhməd Qənzouri — Misirin sabiq baş naziri
- Lamberto Dini — İtaliyanın sabiq baş naziri
- Culio Frenk — Meksikanın səhiyyə naziri
- Raul Vallenberq — məşhur İsveçrə diplomatı (II Dünya müharibəsi dövründə minlərlə yəhudini xilas edib)
- Lerri Peyc — "Google" axtarış sisteminin yaradıcısı
- Mozes Homberq — Amerika alimi, "radikallar kimyasının atası"
- Stenli Koen — tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı
- Marşall Nirenberq — tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı
- Tomas Ueller — tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı
- Devid Pulitzer — fizika üzrə Nobel mükafatı laureatı
- Tinq — fizika üzrə Nobel mükafatı laureatı
- Cerom Karl — fizika və kimya üzrə Nobel mükafatı laureatı
- Riçard Smolli — kimya üzrə Nobel mükafatı laureatı
Mənbə
[redaktə | mənbəni redaktə et]- Lamiyə Əliyeva, Dünya universitetləri: Miçiqan Universiteti Arxivləşdirilib 2010-10-12 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 08.01.2010, № 01. (az.)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Global Research Identifier Database (ing.). 2015.
- ↑ 1 2 Global LEI index.
- ↑ "ARWU - University of Michigan". Shanghai Ranking Consultancy. 2014. 2016-12-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2015.
- ↑ "Academic Ranking of World Universities 2003". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2004". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2005". 2015-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2006". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2007". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2008". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2009". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2010". 2015-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2011". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2012". 2013-04-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2013". 2019-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2014". 2015-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2015". 2015-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-25.
- ↑ "QS World University Rankings (2015)". 2016-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-16.
- ↑ "QS World University Rankings (2014)". 2016-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "QS World University Rankings (2013)". 2016-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "QS World University Rankings (2012)". 2019-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "QS World University Rankings (2011)". 2011-10-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "QS World University Rankings (2010)". 2011-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "THE World University Rankings (2015-2016)". Times Higher Education. 2016-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 mart 2016. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2014-2015)". Times Higher Education. 2015-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2013-2014)". Times Higher Education. 2013-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2012-2013)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2011-2012)". Times Higher Education. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2010-2011)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)