Samosa: Redaktələr arasındakı fərq
Sətir 37: | Sətir 37: | ||
=== Nepal === |
=== Nepal === |
||
Nepalın şərq zonasında samosalar " |
Nepalın şərq zonasında samosalar "singadas" kimi tanınır, ölkənin qalan hissəsində isə "samosa" adı ilə məşhurdur. Hindistanda olduğu kimi, Nepalda da bu yemək məşhur qəlyanaltıdır və satıcılar müxtəlif bazar və restoranlarda satırlar. |
||
=== Pakistan === |
=== Pakistan === |
07:32, 15 oktyabr 2024 tarixinə olan versiya
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu səhifədə iş davam etməkdədir. |
Samosa farsca Sambosag (سنبوسگ) sözündəndir. (üçbucaqlı xəmir mənasını verir) Cənubi Asiya və Qərbi Asiyanın qızardılmış qəlyanaltısıdır. Bu, əsasən tərəvəz, ədviyyatlı kartof, soğan, noxud, həmçinin vegetarian olmayan ət və ya balıqdan ibarət olan içlikli xəmirdir. Bölgədən asılı olaraq üçbucaq, konus və ya aypara kimi müxtəlif formalarda hazırlanır.
Etimologiya
İngilis dilindəki "samosa" sözü Hindustanın "samosa" (urdu سموسہ, hind समोसा) ifadəsindən yaranmışdır. Bu termin orta fars dilindəki "sanbosag" (سنبوسگ) sözündən götürülüb, mənası "üçbucaqlı xəmir"dir. Oxşar xəmirlər ərəb dilində "sambusak" adlanır, və orta əsr ərəb resept kitablarında bəzən "sambusaj" kimi də yazılır. Bu terminlərin hamısı farsca "sanbosaq" sözündən törəmişdir.
Tarix
Cənubi Asiya samosasının, Yaxın Şərqin orta əsrlər dövründə bişirilən və qızardılmayan sələfi olduğu düşünülür. Samosanın ən qədim qeydini Abbasilər dövrünün şairi İshaq əl-Mövsili "sanbusaj" adlandıraraq təsvir etmişdir. 10-13-cü əsrlərə aid ərəb mətbəxi kitablarında bu yeməyə "sanbusak", "sanbusaq" və "sanbusaj" kimi istinadlar tapılır ki, bunların hamısı farsca "sanbosag" sözündən götürülüb. Bu yemək İranda 16-cı əsrə qədər məşhur idi, lakin 20-ci əsrdə onun populyarlığı bəzi bölgələrlə, məsələn, Laristanda "sambusa" olaraq məhdudlaşdı. İran tarixçisi Əbülfəzl Beyhəqi (995-1077) özünün "Tarix-e Beyhaghi" əsərində bu yeməkdən bəhs etmişdir.
Orta Asiya samsası Hindistan yarımadasına 13-14-cü əsrlərdə Yaxın Şərq və Orta Asiyadan gələn aşpazlar tərəfindən gətirilmişdir. Bu aşpazlar Dehli Sultanlığı dövründə hökmdarların saray mətbəxlərində samosa bişirirdilər. Dehli Sultanlığının şairi və alim Əmir Xüsro (1253-1325) 1300-cü illərdə yazır ki, şahzadələr və zadəganlar "ətdən, yağdan və soğandan hazırlanmış samosaları" çox sevirdilər. 14-cü əsrin səyyahı İbn Battuta, Məhəmməd bin Tuğluqun sarayında badam, püstə, qoz və ədviyyatlarla doldurulmuş kiçik samuşakların (sambusak) təqdim edildiyini təsvir etmişdir. Mərkəzi Hindistanda Malva Sultanlığının hökmdarı Ghiyath Şah üçün başlayan orta əsr hind mətbəxi kitabı "Nimətnamə-i-Nasiruddin-Şahi" samosa hazırlamaq sənətini izah edir. 16-cı əsr Muğal sənədi "Ain-i-Akbari" isə qottab reseptindən bəhs edir və qeyd edir ki, "Hindistan xalqı bu yeməyə sanbúsah deyir".
Regional çeşidlər
Hindistan
Samosa əsasənundan (yerli dildə "mayida" kimi tanınır) hazırlanır və içlik kimi tez-tez doğranmış və ya püresi qaynadılmış kartof, soğan, yaşıl noxud, mərcimək, zəncəfil, ədviyyatlar və yaşıl çili ilə doldurulur. İçliyin tərkibindən asılı olaraq samosa həm vegetarian, həm də qeyri-vegetarian ola bilər. Xəmiri bitki yağında və ya nadir hallarda kərə yağında qızılı qəhvəyi rəngə qədər qızardılır. Samosa adətən isti verilir və yanında tez-tez nanə və ya keşniş çutni, həmçinin tamarind çutni kimi təzə yaşıl çutnilər verilir. Şirin versiyası da mövcuddur. Samosalar tez-tez çaat (küçə yeməyi növü) ilə birlikdə təqdim olunur, noxud və ya ağ noxudun müşayiəti ilə verilir, üzərinə qatıq, tamarind çutni, yaşıl çutni səpilir və doğranmış soğan, keşniş və chaat masala ilə bəzədilir.
Assam, Odisha, Qərbi Benqal, Bihar və Cxarkand kimi Hindistan ştatlarında singara və ya shingra (çingra) adlanan samosa versiyası geniş yayılıb. Bu samosalar Hindistanın digər bölgələrindəkilərdən bir qədər kiçikdir və əsasən bişmiş kartof, yer fıstığı və bəzən kişmiş ilə doldurulur. Shingra nazik xəmirdən (adi undan hazırlanmış) bükülür və qızardılır. Yaxşı singra xırda-xırda xırtıldayan bir xəmir ilə fərqlənir, dadı isə piroqların qabığına bənzəyir.
Singralar çay vaxtı qəlyanaltısı kimi yeyilə bilər və həm də şirin formada hazırlanır. Benqal singraları üçbucaqlı olur, kartof, noxud, soğan, doğranmış badam və ya digər tərəvəzlər ilə doldurulur və digər singra və samosalarla müqayisədə daha çox qızardılıb xırtıldayan olur. Gül kələmi içlikli singra məşhur bir variantdır. Qeyri-vegetarian versiyaları arasında qoyun ətindən hazırlanan singra və balıq singrası da var. Şirin versiyalarına isə hindqozu ilə doldurulmuş singralar və xoya ilə doldurulub şəkər şərbətinə batırılmış Mishti Shingara kimi növlər daxildir.
Hindistanın Haydarabad şəhərində isə daha qalın xəmirli, qiymə ət ilə doldurulmuş kiçik bir samosa versiyası olan lukhmi məşhurdur. Bundan əlavə, soğan içlikli başqa bir variasiyası da mövcuddur.
Andhra Pradeş, Karnataka, Kerala və Tamil Nadu ştatlarında samosalar digər bölgələrdən fərqli olaraq bir qədər fərqli hazırlanır. Bu samosalar Portuqaliya chamucasına bənzəyir və xəmir tərzi də fərqlənir. İçliyi adətən kartof püresi, ədviyyatlar, qızardılmış soğan, noxud, yerkökü, kələm, köri yarpaqları və yaşıl çili ilə doldurulur. Cənubi Hindistan samosaları, ümumiyyətlə, çutneysiz yeyilir və ölçüləri də müxtəlif olur. İçliklər yerli yemək vərdişlərinə görə dəyişir və ət də içliklər arasında ola bilər.
-
Samosa qızardılmadan əvvəl, Kolkatadakı bir şirniyyat mağazasında.
-
Hindistanda Samosa
-
Keraladakı hindxanalarında pomidor ketçuplu samosa
-
Tərəvəz samosası
-
Tərəvəz samosası
Banqladeş
Banqladeşdə həm yastı (üçbucaqlı), həm də tam formalı (tetraedr, üçbucaq piramida) samosalar məşhurdur. Tam formalı samosa, yəni Bengal versiyası "shingara" adlanır və adətən digər növlərdən kiçik olur. Shingara adətən doğranmış kartof, tərəvəz və qoz-fındıq ilə doldurulur, lakin bəzi bölgələrdə mal əti ilə doldurulmuş versiyalar da məşhurdur. Yastı formalı samosaya isə somosa və ya somucha deyilir və əsasən soğan və qiymə ət ilə doldurulur.
Nepal
Nepalın şərq zonasında samosalar "singadas" kimi tanınır, ölkənin qalan hissəsində isə "samosa" adı ilə məşhurdur. Hindistanda olduğu kimi, Nepalda da bu yemək məşhur qəlyanaltıdır və satıcılar müxtəlif bazar və restoranlarda satırlar.
Pakistan
Pakistanda müxtəlif samosa növləri mövcuddur. Sind əyaləti və Pəncab şərq bölgəsində satılan samosalar adətən daha ədviyyatlı olur və kartof və tərəvəzlə doldurulur. Ölkənin qərb və şimal bölgələrində satılan samosalar isə əsasən qiymə ət ilə doldurulur və daha az ədviyyatlıdır. Ətli samosalar (quzu, mal əti və ya toyuq ilə doldurulur) Pakistanda xüsusilə məşhur qəlyanaltıdır.
Kəraçi şəhərində satılan samosalar ədviyyatı ilə məşhurdur, Feysəlabadda isə qeyri-adi böyüklüyü ilə fərqlənir. Kəraçidə daha nazik və xırtıldayan "kağız samosa" (kaghazi samosa - Urdu: کاغذی سموسہ; ) adlı xüsusi bir samosa növü də mövcuddur. Pəncabda başqa bir məşhur samosa növü isə ədviyyatlı noxud, soğan və keşniş yarpaqları ilə birlikdə verilir, üzərinə çatni səpilir.
Pakistanda şirin samosalar da var, xüsusilə Pişəvər kimi şəhərlərdə. Bu samosalar heç bir içliklə doldurulmur və qalın şəkər şərbətinə batırılır.
Pəncabda məşhur olan başqa bir qəlyanaltı növü "samosa chaat"dır. Bu yemək doğranmış samosanın qatıq, çatni və ədviyyatlı noxudla birləşdirilməsindən ibarətdir. Samosa tək halda və ya yanına çatni ilə də yeyilə bilər.
Pakistanda Ramazan ayı ərzində samosa bir çox ailələrin iftar süfrəsinin ayrılmaz hissəsidir.
Maldiv adaları
Maldiv mətbəxində samosa növləri "bajiyaa" adı ilə tanınır. Bu samosalar adətən tuna balığı və soğan kimi içliklərlə doldurulur.
Oxşar qəlyanaltılar
Bir çox digər ölkələrdə də samosaya bənzər qəlyanaltılar və variantlar mövcuddur. Bu yeməklər ya Cənubi Asiya samosasından, ya da Yaxın Şərqin orta əsr sələflərindən təsirlənərək hazırlanır.
Orta Asiya
Cənub-Şərqi Asiya
Myanma (Birma)
Birmada samosa "samuza" (စမူဆာ) adlanır və geniş yayılmış məşhur küçə yeməyidir. Birmada samosa həmçinin "samuza thoke" (စမူဆာသုပ်) adlı ənənəvi salatda istifadə olunur, bu salat soğan, kələm, nanə, kartof və noxud şorbası, qaram masala, çili bibər tozu, duz və laym ilə qarışdırılmış samosadan ibarətdir.
İndoneziya
İndoneziyada "samosa" adı ilə tanınır və kartof, pendir, karri, rousong[1] və ya əriştə ilə doldurulur. Bu yemək adətən sambal ilə birlikdə qəlyanaltı kimi verilir. İndoneziyada samosa, pastel[2], panada[3] və epok-epok ilə oxşardır.
Afrika
Şərqi Afrika
Şərqi Afrika ölkələrində, o cümlədən Somali, Tanzaniya, Keniya, Uqanda, Burundi, Eritreya, Efiopiya və Ruandada da samosa əsasən yerli mətbəxin ayrılmaz hissəsidir.
Somali
Somali mətbəxində samosa "sambusa" və ya "sambuus" adlanır və adətən Somali ədviyyatları ilə qarışdırılaraq qiymə mal əti və ya tərəvəz ilə doldurulur. Xüsusilə Ramazan ayında sambusa çox populyardır.
Afrika buynuzunda, o cümlədən Cibuti və Efiopiyada, samosa "sambuuse" kimi tanınır və yerli mətbəxdə mühüm yer tutur. Küçə yeməkləri kimi çox məşhurdur.
Cənubi Afrika
Cənubi Afrikada "samusa" kimi tanınan samosalar, hind variantlarına nisbətən daha kiçikdir və Cənubi Afrika Hindistan və Keyp Malaylari[4] mətbəxinin tərkib hissəsidir.
Qərbi Afrika
Samosalar Qərbi Afrika ölkələrində, o cümlədən Qana və Nigeriyada da əsasən küçə yeməyi kimi populyardır. Nigeriyada samosalar, adətən, bayramlar vaxtı toyuq və ya mal əti ilə, puf puf[5], təzə göyərti və bağayarpağı, bişirmə banan ilə birlikdə təqdim edilir və "kiçik qəlyanaltı" adlanır.
Maskarenlər
Reünyon və Mavriki adalarında [6] da "samoussas" adı ilə tanınan samosalar geniş yayılıb. Bu adalar Hindistan yarımadasından əmək miqrantlarının böyük axını ilə üzləşib və samosalar burada toyuq, pendir, xərçəng və ya kartofla doldurulur. Şokolad, banan və ya pizza növləri də mövcuddur.
Yaxın Şərq
İsrail
Səfərad və Mizrahi mətbəxinə aid olan sambusak bir neçə formada hazırlanır. Sefarad sambusakı adətən daha qalın olur, bişirilir və pendir və ya mal əti ilə doldurulur, üzərinə küncüt və ya Hind küncütü toxumu əlavə olunur. Mizrahi sambusakı isə daha nazik, iri, qızardılmış olur və içlik olaraq ədviyyatlı qoyunnoxudu və soğan istifadə olunur, adətən toxumlar əlavə edilmir.
Ərəb ölkələri
Əsas məqalə Ərəb mətbəxi
Ərəb mətbəxində "sambousek" adlanan bu yemək, adətən ət, soğan, fıstıq, Adi qaraqınıq, ispanaq və ya pendirlə doldurulur və Ramazan ayında geniş şəkildə istifadə edilir.
İran
İran mətbəxində "sambuse" (farsca سمبوسه) xüsusən cənub bölgələrində yaygındır. Ənənəvi olaraq qoz, şəkər, ətirli otlar və ya ədviyyatlarla doldurulmuş qottab şəklində hazırlanır və yağda qızardılır. Şirin qottab versiyası geniş yayılmışdır, lakin ətdən istifadə edildikdə ona qottab deyilmir. Hazırda, İran sambusasi tez-tez kolbasa və pizza pendiri ilə doldurulur, həmçinin tərəvəzli variantlar da mövcuddur.
Portuqal dilli bölgələr
Qoa, Portuqaliya və Anqolada isə samosalar "çamuças" kimi tanınır və adətən toyuq, mal əti, donuz əti, quzu və ya tərəvəz ilə doldurulur, isti verilir. Çamuças, Qoa və Portuqaliya mətbəxinin ayrılmaz bir hissəsidir və geniş yayılmış qəlyanaltıdır.
İngilis dilli bölgələr
Samosalar Böyük Britaniyada, Avstraliya, Yeni Zelandiya, Trinidad və Tobaqo, Barbados, Qayana, Uqanda, Cənubi Afrika, Ruanda, Keniya, Tanzaniya, Kanada və Amerika Birləşmiş Ştatlarında da məşhurdur. Onlar bəzi yerlərdə "samboosa" və ya "sambusak" adlanır, lakin Cənubi Afrikada tez-tez "samusa" kimi tanınır. Dondurulmuş samosalar Avstraliya, Kanada, ABŞ və Böyük Britaniyada ərzaq mağazalarında asanlıqla tapıla bilər və bəzən Hindistan və Pakistan küçə bazarı satıcıları tərəfindən təzə olaraq satılır.
Kövrək və ya un tortilla [7] bu yeməyin bir variantıdır.
Əş-Şəbabın samosa qadağanı
Somalidə bəzi bölgələrdə nəzarət edən ekstremist qrup Əş-Şəbab, 2011-ci ildə samosaların içliyində çürük ət istifadə edilməsi ilə bağlı narahatlıqlar səbəbindən samosanı qadağan etmişdi.[8]
İstinadlar
- ↑ ing. Meat floss - Çin mənşəli, pambığa bənzər qurudulmuş ət məhsuludur
- ↑ bir sıra Latın Amerikası və Karib hövzəsi ölkələrində ənənəvi yemək.
- ↑ qızardılmış çörəkdən hazırlanmış qalın qabıqlı, ədviyyatlı balığ ilə doldurulur
- ↑ Keyp Malaylari, həmçinin Keyp müsəlmanları və ya Malaylar kimi tanınan, Cənubi Afrikadakı müsəlman icması etnik qrupu.
- ↑ Puff-puff, qızardılmış xəmirdən hazırlanmış və Afrikada, xüsusən də qitənin qərbində yeyilən ənənəvi qəlyanaltıdır.
- ↑ Mascarene Adaları
- ↑ Tortilla və ya Tortilya əvvəlcə qarğıdalı unundan hazırlanmış, indi də buğda unundan hazırlanan Mezoamerikan nazik, dairəvi mayasız yastı çörəkdir.
- ↑ "Samosas Banned: Islamist Group Calls The Pastry 'Offensive' - Islamist Group Bans Samosas". [[1]]. 29-09-2011. İstifadə tarixi: 15-10-2024.