Vikipediya:Kənd meydanı

Vikipediya, azad ensiklopediya
NKOzi (müzakirə | töhfələr) (Blok) tərəfindən edilmiş 06:42, 15 aprel 2011 tarixli redaktə

Ən son rəy:13 il öncə, Vugar 1981 tərəfindən "Blok" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç

Şablon:Kənd Meydanı Şablon:TOCsağ

Translatewiki.net update

Yaraşarmı ?

Xahiş edirəm, polemika [1] ilə tanış olun :

Bura bax, məni dolayırsan? Təklif veriləndə onunla ya konsensusa gəlirlər ya da səsvermə keçirirlər. Bu məsələdə aydındır ki, konsensusa gəlinməlidir. Sən dəstəkləyirsən, böyük şey olub. Bəlkə mən və ya başqası dəstəkləmir? Arbitrajsan sən? Ya məqalə üzrə xüsusi komissiyanın üzvüsən? Təklif verilib, gözlənməlidir ki, konsensusa gəlinsin. Padşah sayırsan özünü burada? Bir padşahımız var. O birisinin nəyinki gəlməyinə qoymarıq, bu birisini də təpikləyib qocağaıq. Bizə padşah zad lazım deyil. Görmüşük. --Proger danış 10:19, 2 mart 2011 (UTC)

Bu ismarıcı sən mi yazdın? Это большая политическая ошибка! Yadıvda saxla, laboratoriyada olan məqalə mühafizə olunmamalıdır! Mənim Səfərin təklifini dəstəkləmək hüququm var! Hansıdır o biri padşah? Onu təpikləyib qovacaqsız? Siz kimsiniz? :))) --Cek Li Taran 10:29, 2 mart 2011 (UTC)

Hə mən yazdım. Nə edəcəksən? )) Siyasi xəta imiş. Ölürəm qorxumdan. O qədər "tarixçələrimiz var ki". )) Get dəstəklə. Bu nazla oynamaqdan day. Dəstəkləyən kimi hərəkət etməzlər. Məqaləni mən mühafizə etmişəm, məsələnin də içindəyəm. Reaksiya olmadan dəstəkləyirsən deyə gedib açmaq olmaz. Vikicəmiyyətin tam dəstəyi olmadan da məqalə mühafizə altında qalacaq. Tək təpikləyən deyiləm. Başqaları da getgedə qoşulacaq. --Proger danış 10:35, 2 mart 2011 (UTC)

Nə etməyimi istəyirsən ki? Mən kimisə qorxutmağa çalışmıram, nə də kimdənsə qorxmuram! Hələ səndən heç qorxmuram! Sənin etdiyin hərəkət səhv idi! Yadıvda saxla, laboratoriyada olan məqalə mühafizə olunmamalıdır! Mənim təcrübəm sərbəst qərar qəbul etməyimə kifayət edir! --Cek Li Taran 10:39, 2 mart 2011 (UTC)

Bizlərə belə münasibət yaraşarmı ? Mən hər iki istifadəçini( onlar eyni zamanda idarəçidirlər ) ciddi düşünməyə çağırıram. --Acategory 10:49, 2 mart 2011 (UTC)Cavabla

Vallah bilmirəm bu AzVikidə nə adətdir digərlərinin münasibətlərini Kədn Meydanında belə elan etmək. Bilirsiniz bu dəhşətdir.. Siz digər vikilərdə görmüsünüz inzibatçılar bir-biri ilə necə danışır? Biz toya gedəsiyik. Emosional yerdir bura. Normaldır. Cekli də edir, mən də, başqası da. Təkcə bu hərəkətlər mənəvi qanunlara ziddir. Yəni bu ensiklopediyada hamı özünü Arbitraj məhkəməsi sayır? Mənə biri başa salsın. --Proger danış 10:53, 2 mart 2011 (UTC)Cavabla

Məni hiddətləndirəm bu ismarıcdakı "dolamaq", "padşah", "təpikləmək", "qovmaq", "zad" sözləri oldu:((((( Çox təəssüf ki, hələ də o padşahın kimliyini öyrənə bilməmişəm:))))) --Cek Li Taran 11:11, 2 mart 2011 (UTC)Cavabla

Başa düşmək üçün diqqətlə oxumaq lazımdır. İkincisi də mən burada münasibətlərə aydınlıq gətirən deyiləm. Kənd Meydanı belə yerlər üçün nəzərdə tutulmayıb. Amma deyim ki, məni də özümdən çıxaran heç kimin rəyinə, məsləhətinə fikir vermədən həmişəki kimi özfəaliyyətdir. Orada da aydın yazmışam ki, padşah kimi özünü sən aparırsan. Pahşahların da axırını görmüşük. Tarixə müraciət etmək kifayətdir. Midiya kimi mübahisəli məsələlərdə ehtiyatlı olmaq lazımdır. Məsələdən bixəbər olmanın bir sübut da budur. Məsələ Səfərlə Məlikin öhdəsinə düz 3 dəfə buraxılıb. Amma onlar həll edə bilməyiblər. Özünün də iddia etdiyi təcrübəli idarəçimiz də deyri ki, məsələni onların öhdəsinə buracaq. Hə buraxaq sonra da dördüncü redaktə mühribəsi başlasın? Bir sözlə, mən burada nə məsələyə münasibət bildirəsi nə də müzakirə edəsiyəm. Hər şeyi öz yerində danışmaq lazımdır. Onu da edirəm. --Proger danış 11:19, 2 mart 2011 (UTC)Cavabla

Mövzudan tam xəbərdar deyiləm. Amma məsələdən xəbərdaram. Kimdir o padşah? --Cek Li Taran 11:24, 2 mart 2011 (UTC)Cavabla

Biz azərbaycan dilli Vikipediyada fəaliyyət göstərdiyimizə görə münasibətlərimiz də azərbaycan xalqının etika adətlərinə uyğun olmalıdır. Hesab etmirəm ki, kəskinləşən münasibətlərə laqeyd olmaq lazımdır. Bu cür münasibətlər iş keyfiyyəti əmsalını aşağı salır.--Acategory 11:23, 2 mart 2011 (UTC)Cavabla

Belə yerdə heç sülh mükafatı da işə yaramır deyəsən ))) "Sənin həqiqi qardaşın xətandan keçən, ehtiyacını təmin edən, üzrünü qəbul edən, eyblərinin üstünü örtən, qorxunu səndən uzaqlaşdıran və arzunu yerinə yetirən kəsdir."VagoMüzakirə 11:30, 2 mart 2011 (UTC)Cavabla
Təəssüf ki, mübahisəni gec gördüm. Ancaq öz fikrimi bildirmək istəyirəm. Birincisi məqaləni mühafizə altına almaq ən son tədbir olmalıdır, Midiya məqaləsində isə olan mübahisə elə böyük də deyil, Vikipediyalarda bundan betər də mübahisələr olur. AzVikidə bu mübahisənin əsas səbəbi "etibarlı mənbə" nədir, "ilkin mənbə" nədir, mübahisələr necə həll olunmalıdır və s. bu kimi şeylərin olmamasıdır. Yəni ya qəbul olmuş qayda yoxdur, ya da bu qaydalara əhəmiyyət verilmir. İndi İradə xanım Vikipediya:Etibarlı mənbələr üzərində işləyir, mən digər idarəçilərə də müraciət edirəm, Siz də bu işə qoşulun, məsələn, əgər bilinsə ki, "etibarlı mənbə" nədir, "ensiklopedik məqalə" necə olmalıdır, heç mübahisəyə də yer qalmaz, hamı qaydaya əməl edər, qaydanı da pozanlar uyğun cəzalandırılar. Əks təqdirdə heç cürə bilmək olmaz ki, kim haqlıdır, kim yox və bu cürə hallar tez-tez təkrarlanacaq--Melikov Memmedemail 13:18, 2 mart 2011 (UTC)Cavabla

Mübahisə edən bütün tərəflərə hörmətim var. Belə ki, onların hər birinin AzVikidə böyük əməyi var. Amma xatırlatmaq istəyirəm ki, bütün mübahisələr Vikipediyanın qaydaları əsasında (çoxları hələ rəsmi qəbul edilməsə də) həll edilməlidir. Mübahisə mövzusu o qədər mürəkkəbdir ki, şəxsən mən konsensusa gəlmək üçün heç bir təklif irəli sürmək istəmirəm. Amma hesab edirəm ki, Vikipediya:Nəzakət və istifadəçi Melikov Memmedin xatırlatdığı Vikipediya:Etibarlı mənbələr səhifələrində göstərilən təkliflərdən istifadə edərək mübahisəni həll etmək olar. Məsələn [Vikipediya:Nəzakət]] qaydasında göstərilir ki, "Konsensus əldə edilmədikdə apponentlər arasında mübahisələrə fasilə verilməsi təklif edilməlidir (fasilə hər iki tərəfə təklif olunmalıdır)" və ya "Münaqişə "zonasından" müvəqqəti ayrılın, fəaliyyətinizi Vikipediyanın digər məqalələrinə, layihələrinə yönəldin". Başqa heç bir təklifim hələ ki, yoxdur. Hamıya hörmətlə, --Irada 16:35, 3 mart 2011 (UTC)Cavabla

✅Y --Cek Li Taran 05:17, 4 mart 2011 (UTC)Cavabla

Tam razıyam, Vikipediyada təhqir olmaz, düzü heç Səfər təhqir yazmayıb da, mənim də konkret onun adını göstərib faktları saxtalaşdırma haqqında yazmağımı Səfər təhqir hesab edib, mən də bunu düzü təhqir hesab etməsəm də yenə də onun haqlı olduğunu qəbul edib, sonrakı mübahisələrdə konkret ad çəkməkdən istifadə etməmişəm. Ancaq İradə xanım Konsensus əldə edilmədikdə apponentlər arasında mübahisələrə fasilə verilməsi təklif edir və mən də bir şeyi bildirmək istəyirəm, Qafqaz Albaniyası məqaləsini də mən ancaq seçilmiş məqalə namizədi olanda gördüm, düzü Səfər elə bir material hazırlamışdır ki, bu bütün dillərdə olan "Qafqaz Albaniyası" haqqında ən yaxşı məqalə ola bilərdi, sadəcə "albanların türk olması" iddiasını sübut olunmuş fakt kimi deyil Vikipediya qaydalarına uyğun olaraq bəzi müəlliflərin iddiası kimi vermək və ensiklopedik qaydada qısa yazmaq, nəzər salsanız bu məqalədən çox sayda mütəqil Vikipediya məqaləsi yaratmaq olar. Lakin buna imkan verilmədi, sonra da mənim Vikipediyaya vaxt ayırmağa vaxtım olmadı və məqalə seçilmiş məqalə oldu. İndiyə kimi mən hər dəfə bu məqaləyə təəssüflə baxıram, Qafqaz Albaniyası haqqında olan gözəl faktlar uzun-uzadı söz yığnağının içində itib-batıb. Midiya məqaləsi də bu cürdür. Haqqında heç nə məlum olmadığı üçün "Kabus imperiya" adlanan bu dövlət haqqında məqalədə "bir kitab" Din , Politeizm, Zərdüştülük, Midiya mədəniyyəti , Etnoqrafik xüsusiyyətlər, İncəsənət , Dekorativ sənətlər, Heykəltəraşlıq, Memarlıq bölmələri var, bu necə olur. Sadəcə oxuyun görərsiniz, ümumi söz yığnağı. İndi bu məqalə də tezliklə səsverməyə çıxardılacaq və seçilmiş məqalə olacaq. --Melikov Memmedemail 08:12, 4 mart 2011 (UTC)Cavabla

Vikigörüş

Mart ayında Xəzər Universitetində Vikigörüş keçirmək təklif olunub. 16 mart saat 12:00-da görüşün keçirilməsinə mən razıyam. Bütün istifadəçilərimizin də fikrini bilmək istərdim. --Cek Li Taran 10:13, 4 mart 2011 (UTC)Cavabla

16 mart saat 12:00-da görüşün keçirilməsinə mən də razıyam. --Sultan11 13:19, 4 mart 2011 (UTC)Cavabla

8 mart münasibətilə...

Bütün xanım istifadəçilərimizi 8 mart Beynəlxalq qadınlar günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Onlara ailə səadəti, can sağlığı, xoşbəxtlik arzu edirəm! --Cek Li Taran 07:16, 7 mart 2011 (UTC)Cavabla

Mən də təbrikə qoşulub, Allahdan bütün qadınların layiqli övladlar yetişdirib tərbiyə edən ANA olmasını diləyirəm.→VagoMüzakirə 07:30, 7 mart 2011 (UTC)Cavabla

Təşəkkürlər! Hörmətlə--E-citizen 08:21, 7 mart 2011 (UTC)Cavabla

Mən də təbriklərə qoşulur və bütün xanım vikipediyaçıları bayram münasibəti ilə təbrik edirəm. --Sortilegus 17:02, 7 mart 2011 (UTC)Cavabla

Bütün qadınları Beynəlxalq Qadınlatr Günü münasibəti ilə təbrik edir, can sağlığı və ailə səadəti arzulayıram.--Acategory 18:40, 7 mart 2011 (UTC)Cavabla

Bütün qadınlarla bahəm tanıdığım bütün qadın vikipediyaçıları təbrik edirəm, xüsusilə İradə xanım, E-citizen, Günel xanım, Mehri və digərləri (kimi unutdumsa üzrlü hesab etsin)

Vusal1981

Təşəkkür edirəm. Hörmətlə,--Irada 06:54, 8 mart 2011 (UTC)Cavabla
Mən də təbriklərə qoşulur və bütün xanım vikipediyaçıların simasında qadınları bayram münasibəti ilə təbrik edirəm. --Sultan11 07:46, 8 mart 2011 (UTC)Cavabla

Mən də bütün Azərbaycan xanımlarını bu bayram münasibətilə təbrik edirəm.--Eмϊn >> 07:49, 8 mart 2011 (UTC)Cavabla

Xanım istifadəçilərimizi mən də 8 mart münasibətilə təbrik edirəm!--Bakuemil 10:17, 8 mart 2011 (UTC)Cavabla
Mən də AzVikinin bütün qadın istifadəçilərini 8 mart qadınlar bayramı münasibətilə təbrik edirəm!--Babək Akifoğlu 11:32, 8 mart 2011 (UTC)Cavabla

Hər bir kəsə mən də təşəkkürümü bildirirəm. --Şahzadə 13:30, 8 mart 2011 (UTC)Cavabla

Təbriklər -- Pərviz  17:54, 8 mart 2011 (UTC)Cavabla

Təbriklərə qoşuluram --JameS RamireZ 17:59, 8 mart 2011 (UTC)Cavabla

Görüşün vaxtını dəqiqləşdirək

Xahiş edirəm dəqiq vaxtı müəyyənləşdirək. Bu çox önəmlidir.

Hörmətlə,

Gunel Mustafayeva 08:17, 7 mart 2011 (UTC)Cavabla

Salam Gunel Mustafayeva. Bəlkə görüşdə Vikipediyanın hansı problemləri ilə bağlı hansı məsələlər müzakirə olunacaq onlar haqqında informasiya verilərdi.Hörmətlə --E-citizen 08:24, 7 mart 2011 (UTC)Cavabla

Görüş təxirə salınır

Təklif edirəm ki, 16 mart görüşünü təxirə salaq. Bu qərarı qəbul etməyimə AzVikiçilərin həm burada və həm də Facebookda müsbət rəy bildirməmələri əsas səbəb olmuşdur. --Cek Li Taran 12:01, 10 mart 2011 (UTC)Cavabla

İdarəçilərin və bürokratların seçilməsi qaydaları

Hörmətli vikipediyaçılar! İdarəçilərin və bürokratların seçilməsi qaydaları ilə əlaqədar səsvermə 10 mart tarixində sona çatır. Xahiş edirəm səsvermədə aktiv olun. --Irada 09:42, 9 mart 2011 (UTC)Cavabla

Növbəti qaydaların səsverməsi

Hörmətli vikipediyaçılar!

Vikipediyanın növbəti qaydalarını səsverməyə çıxarıram:

Qaydalarla əlaqədar təkliflərinizi məqalələrin müzakirə səhifəsində yaza bilərsiniz. Məqalələrə əlavələrinizi və redaktələrinizi də edin. Xahiş edirəm fəal olun. Unutmayın ki, 10 səs "dəstək" olmasa qayda qəbul olunmayacaq. Hörmətlə, --Irada 09:02, 10 mart 2011 (UTC)Cavabla

Səsvermə artıq bu qayda üzrə keçirildiyindən, səsvermənin baş tutması üçün 10 səsin etibarlı olması, nəticənin müsbət olması üçünsə, sadə səs çoxluğu (50%+1 ) kifayətdir ) →VagoMüzakirə 09:55, 10 mart 2011 (UTC)Cavabla

Bu qaydada yazılıb: "Səsvermənin baş tutmuş sayılması üçün ən azı 10 istifadəçi bu səsvermədə iştirak etməlidir." 10 səs yığılmasa qəbul olunması düzgün olmaz ) --Irada 10:00, 10 mart 2011 (UTC)Cavabla

Yəni, 6 lehinə, 4 əleyhinə olarsa belə, qayda qəbul olunur. --Cek Li Taran 10:11, 10 mart 2011 (UTC)Cavabla

Elədir. --Irada 10:18, 10 mart 2011 (UTC)Cavabla

İlaxır çərşənbə

Bayram münasibətilə hamınızı təbrik edirəm! →VagoMüzakirə 06:46, 15 mart 2011 (UTC)Cavabla

Təbrikə mən də qoşuluram! --Cek Li Taran 07:05, 15 mart 2011 (UTC)Cavabla

Hamını təbrik edirəm! İlləriniz şəkərbura-paxlava kimi şirin, yumurta kimi bərəkətli, şorqoğalı kimi duzlu olsun! --Irada 07:33, 15 mart 2011 (UTC)Cavabla

Təbrik edirəm! --N KOzi 07:55, 15 mart 2011 (UTC)Cavabla

Təbriklərə mən də qoşuluram. --Şahzadə 14:07, 15 mart 2011 (UTC)Cavabla

Təbrik edir və hər bir kəsə xöşbəxtlik və sağlamlıq arzulayıram.--Acategory 15:27, 15 mart 2011 (UTC)Cavabla

Gunel Mustafayeva 08:22, 15 mart 2011 (UTC)Cavabla

Şeirlə təbrik orijinal təbrikdir, amma qorxuram ki, bu bir tendensiya halını ala bilər, hər bayram istifadəçilərimiz Kənd Meydanında bir-birini şeir-poema ilə təbrik etməyə başlayar. VikiMənbənin idarəçilərinin "çörəyini əlindən alarıq":)

P.S. Əvvəlcə istədim yazım ki, "şeir VikiMənbəyə köçürülməlidir":)--Sortilegus 21:28, 16 mart 2011 (UTC)Cavabla

Bəlkə bu şeiri yığışdıraq? --Proger danış 23:55, 17 mart 2011 (UTC)Cavabla

Novruz Bayramınız mübarək

Azərbaycan Novruz xonçası
  • Hər bir kəsi azərbaycan xalqının qədim el bayramı olan Novruz Bayramı münasibətilə təbrik edir, xoşbəxtlik, ailə səadəti və uğurlar arzu edirəm.--Acategory 09:18, 20 mart 2011 (UTC)Cavabla
  • Bayramınız mübarək hörmətli həmkarlar. Mən də bu Novruz bayramı münasibətilə sizlərin simasında bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Sizlərin hər birinə işlərində və fəaliyyətində müvəffəqiyyətlər arzulayıram. --Sultan11 20:47, 20 mart 2011 (UTC)Cavabla

Bir problem

Salam. Mən wikipedianın tatar bölməsində bir neçə kiçik redaktələr etmişdim (Ачык Төргәк Проекты (ODP)). İstinadlar (snoskalar) qoymuşdum: | Bax: İndi isitifadəçi kimi həmin məqaləyə baxdıqda, etdiyim dəyişikliklər görünür, amma adi ziyarətçi kimi o məqaləni açdıqda mənim redaktə etdiyim variant yox, əski variant görünür, yəni elə bil mən heç bir dəyişiklik etməmişəm. Bu nə ilə ləaqədar ola bilər? Mümkünsə bu problemi aradan qaldırmaq üçün məsləhət verəsiniz. --Aydın Məmmədov 17:25, 21 mart 2011 (UTC)Cavabla

Bot ile madde açmak

Merhabalar. Ben Türkçe Vikipedi'den Khutuck. Şu an tr.wiki'de "botlarla madde açılsın mı" diye bir tartışma yürütüyoruz. Elimde 7800 NGC gökcisminin maddesini açacak bir bot mevcut. Burada bir test maddesi görebilirsiniz. Vikipediya için de bu tarz maddeler hazırlayabilirim veya bir bot kullanıcısına kaynaklarımı sunabilirim. İlgilenirseniz lütfen bana haber verin :) Khutuckmsj 16:11, 24 mart 2011 (UTC)

Xoş gördük. Biz türkçə vikipediyada gedən (qızğın) müzakirələri görmüşük. Əslində bot tərəfindən məqalələrin (maddələrin) açılmasında (yalnız göstərilmiş test formasında) məncə biz də maraqlı olardıq. Ancaq əsas məsələlərdən biri dil və yazı formasıdır. Bu necə həll olunacaq? Sonradan olunan redaktələrləmi? --Proger danış 20:34, 24 mart 2011 (UTC)Cavabla
Elimdeki maddeler .xls (Excel) dosyası halinde. İhtiyaç duyduğum tek tercüme tr.wiki'deki Gökada Bilgi Kutusu'nun ve birkaç cümlenin Azericeye çevrilmesi, yani tr:Kullanıcı:Fırtına Bot/test sayfasını aynen alıp Azericesini yazmanız yeter. Oradan gereken kelimeleri alır, bota veririm. Khutuckmsj 15:55, 25 mart 2011 (UTC)
Çox yaxşı olar. --Cek Li Taran 06:53, 28 mart 2011 (UTC)Cavabla
İstifadəçi Khutuckmsj-un bu təklifi üzərində müzakirələrə başlamağı təklif edirəm. Bizə 8000 yeni məqalə yəqin ki artıqlıq eləməz. Kimin imkanı varsa, bu haqda fikirlərini bildirsin. ----N KOziMüzakirə 13:46, 12 aprel 2011 (UTC)Cavabla
Mən razı. AzVikidə 8000 yeni məqalənin yaranmasına etiraz etmirəm. ----Cek Li Taranmesaj 13:50, 12 aprel 2011 (UTC)Cavabla
Kimsə bu qədər məqlaənin əleyhinə olsa, bildirim ki, bu yöndə biz ilk deyilik. Məsələnin bu səhifədə görəcəyiniz kimi,

~7000 NGC objects - originally at sk:, copied into ru: and eo:

Növbəti qaydaların səsverməsi

Hörmətli vikipediyaçılar!

Vikipediyanın növbəti qaydalarını səsverməyə çıxarıram:

Qaydalarla əlaqədar təkliflərinizi məqalələrin müzakirə səhifəsində yaza bilərsiniz. Məqalələrə əlavələrinizi və redaktələrinizi də edin. Xahiş edirəm fəal olun. Unutmayın ki, 10 səs "yığılmasa" prinsip qəbul olunmayacaq. Hörmətlə, --Irada 13:50, 25 mart 2011 (UTC)Cavabla

ÇAĞIRIŞ!

Bütün rus dilini bilən AzViki istifadəçilərinin nəzərinə hamınızı rus vikipediyasında aktivliyə çağırıram! Ru Vikidəki iki istifadəçi əsasən bular divot və şextman ermənilərdən pul almaqlarını və adminlərə rüşvət verməylərini elədə gizlətmirlər! Doğrunun pula qalib gəlməsinə köməy olun! Hörmətlə --JameS RamireZ 18:31, 28 mart 2011 (UTC)Cavabla

1 il

Hörmətli dostlar. Bu gün mənim Azərbaycan Vikipediyasında fəaliyyət göstərməyimin düz 1 ilidir. Eyni zamanda məhz bu gün 4 mininci dəyişikliyi etdim.--Acategory 10:57, 29 mart 2011 (UTC)Cavabla

Hörmətli Acategory salam. Bu münasibətlə Sizi ürəkdən təbrik edirəm! Sizin fəaliyyətiniz Vikidə öz dəsti xətti ilə seçilir. Sizə həyatınızın bütün sferalarında uğurlar arzulayıram. Hörmətlə tələbəniz --E-citizen 11:03, 29 mart 2011 (UTC)Cavabla

E-citizenin təbrikinə mən də qoşuluram. İnşallah uğurlarınız davamlı olar! ----Cek Li Taranmesaj 11:09, 29 mart 2011 (UTC)Cavabla

Təbriklər --JameS RamireZ 14:35, 29 mart 2011 (UTC)Cavabla

VagoMüzakirə 14:59, 29 mart 2011 (UTC)Cavabla

Təbriklərə mən də qolşuluram. --Sultan11 17:06, 29 mart 2011 (UTC)Cavabla

1 il üçün Vikipediyada əldə etdiyiniz nailiyyətlər heç də pis deyil :) - seçilmiş məqalələr, idarəçi adı, çoxlu-çoxlu dostlar .... Sizin həm virtual dünyada, həm də fiziki dünyada uğurlarınıza çox şadam! "Sükanı belə saxla!!!" --Irada 05:06, 30 mart 2011 (UTC)Cavabla

Xoş sözlərə görə hamıya təşəkkür edirəm, xüsusi təşəkkürlər E-citizenə və İradə xanıma, məni Vikipediyaya dəvət etdiklərinə görə. Burada məsuliyyətli və elmli ensiklopediyaçılar ailəsi gördüm. Çox istərdim ki, digər dostlar da özlərinin hansısa xoş günlərini və Vikipediya ilə bağlı günlərini məlum edəydilər. Hamıya xoş arzularla--Acategory 16:50, 30 mart 2011 (UTC)Cavabla

Hörmətli Acategory! Deyəsən mən bir qədər gecikmişəm. Amma gec də olsa mən də bütün təbriklərə qoşuluram. Sizə AzViki fəaliyyətinizdə uğurlar arzulayıram. Hörmətlə--Babək Akifoğlu 18:14, 30 mart 2011 (UTC)Cavabla

Vikimənbədə Azərbaycan dilində olmayan mətnlər

Vikimənbədə Azərbaycan dilində olmayan mətnlər var. Mənə elə gəlir ki, Xocalı haqqında olmayan mətnlər silinməlidir. Sizin də fikrinizi bilmək istərdim..--Eмϊn >> 09:18, 6 aprel 2011 (UTC)Cavabla

Müzakirələr Vikimənbədə olarsa çox yaxşı olar. Təklif edirəm ki, Siz iki idarəçi bu problemlə bağlı ilk əvvəl ortaq məxrəcə gəlin. ----Cek Li Taranmesaj 09:23, 6 aprel 2011 (UTC)Cavabla

Bu haqda bir dəfə əməlli-başlı mübahisəsi gedib.→VagoMüzakirə 09:40, 6 aprel 2011 (UTC)Cavabla

Vikimənbədə müzakirə aparanda az istifadəçi iştirak edir. Vago, o müzakirələrdə elə bir nəticə olmadı. Qalmaqaldan başqa)--Eмϊn >> 09:42, 6 aprel 2011 (UTC)Cavabla

Hələ ki etiraz edən yoxdur, qalsın da )
O "qalmaqal"ın iştirakçılarından biri kimi hesab edirəm ki, Vikipediyada bu məsələnin yenidən müzakirəsinə ehtiyac yoxdur, əslində elə o vaxt belə qərara da gəldik ki, belə yazılar məhz Vikimənbəyə köçürülsün. Etiraz edən yoxdur, qalsın--Melikov Memmedemail 09:57, 6 aprel 2011 (UTC)Cavabla

O vaxt qərara alınmışdı ki, Xocalı haqqında mətnlər silinməsin. Həmin vaxt belə digər mətnlər yox idi.--Eмϊn >> 10:11, 6 aprel 2011 (UTC)Cavabla

Azərbaycan haqqında və Azərbaycanlı müəlliflər tərəfindən yazılıbsa qalmalıdır. Həmin mətnləri Azərbaycan dilində olmayan VikiMənbələrə daxil etmək çox zaman mümkün deyil. Bu məsələ ilə bağlı mübahisələrə qayıtmaq istəməzdim! Azərbaycan haqqında deyilsə silinə bilər. --Irada 10:13, 6 aprel 2011 (UTC)Cavabla

OK. Vugar 1981 türk şairinin türkcə şeirlərini silib. Digərləri qaldı.--Eмϊn >> 10:22, 6 aprel 2011 (UTC)Cavabla

Türk şairinin türkcə şeirlərinin silinməsi məncə düzgündür. Təşəkkür edirəm!--Irada 10:28, 6 aprel 2011 (UTC)Cavabla

Dəyməz! --N KOziMüzakirə 10:29, 6 aprel 2011 (UTC)Cavabla

Ana səhifənin seçilmiş şəkilləri barədə

Tez-tez azərbaycan vikipediyasının ana səhifəsi üçün seçilmiş şəkil səsverməsi keçirilir. Hər kəs səsvermədə iştirak etməklə növbəti şəklə öz münasibətini bildirə bilir. Bir məsələ diqqətimi cəlb edir ki, bir qayda olaraq orada səsverməyə xarici ölkələri tanıdan şəkillər yerləşdirilir. Təklif edirəm ki, bir dəfə xarici , bir dəfə isə Azərbaycanla bağlı şəkillər səsverməyə çıxarılsın.--Acategory 15:09, 7 aprel 2011 (UTC)Cavabla

Növbəti yalan

Bu şəklin silinməsinə kömək edin, təbliğat xarakterlidir, Azərbaycanda Kürdistan muxtar bölgəsi heç vaxt olmamışdır, şəkildəki yer adlarının bir çoxu o vaxt heç ola bilməzdi.--Melikov Memmedemail 05:05, 8 aprel 2011 (UTC)Cavabla

Getdim səs verdim. İnşallah yaxşı olar. --N KOziMüzakirə 05:37, 8 aprel 2011 (UTC)Cavabla

Bəs o şəklin yerləşdirildiyi məqalələr necə olsun. Onlar da silinməlidir!? ----Cek Li Taranmesaj 05:35, 8 aprel 2011 (UTC)Cavabla

Şəkil sadəcə dünən qoyulub, saxtadır, səkil özü silindikdən sonra məqalələrdə avtomatiki bu göstəriləcək. Bu bizim problem deyil--Melikov Memmedemail 05:39, 8 aprel 2011 (UTC)Cavabla
Şəkilin silinməsi ilə razıyam, bəs məqalələr silinməlidir, ya yox? ----Cek Li Taranmesaj 05:44, 8 aprel 2011 (UTC)Cavabla

Səs verdim, müzakirə səhifəsinə də yazdım. Azərbaycan torpaqlarının işğalına haqq qazandırmaq üçün növbəti oyundur --Irada 05:47, 8 aprel 2011 (UTC)Cavabla

Məqalələri necə silə bilərsən və nə üçün. Rus və turk variantlarda yalanları silmək üçün günlərlə çalışmışam, ingilis variantı neytiraldır, qalanlarını bilmirəm. Yəni söhbət yalnış şəkildən gedir, məqaləni nədir, az qala "heç bir cümləni" silə bilmərsiniz. Şəkili saxta olduğu üçün silinə bilər--Melikov Memmedemail 05:50, 8 aprel 2011 (UTC)Cavabla

Etibarlı səslər yetərincə olsa şəkil silinəcək.--Irada 05:55, 8 aprel 2011 (UTC)Cavabla

Şəkilin silinməsinə burada münasibət bildirə bilərsiniz.→VagoMüzakirə 06:55, 8 aprel 2011 (UTC)Cavabla
Həmin səhifəni buraya da əlavə etdim. ----Cek Li Taranmesaj 07:08, 8 aprel 2011 (UTC)Cavabla
Aşağıda nəsə düz görsənmir axı, başqa şəkil alınıb...→VagoMüzakirə 07:13, 8 aprel 2011 (UTC)Cavabla
Məncə mən səhv etməmişəm. Yəqin texniki problemdir. ----Cek Li Taranmesaj 07:18, 8 aprel 2011 (UTC)Cavabla

Bir xahişim var, çox keçid verməyin, mən hətta müzakirə səhifəllrinə qoyduğum şablonda qəsdən keçid düz deyildi.--Melikov Memmedemail 07:25, 8 aprel 2011 (UTC)Cavabla

Niyə? ----Cek Li Taranmesaj 07:30, 8 aprel 2011 (UTC)Cavabla
Çox asanlıqla bunun AzVikidə müzakirə olduğunu bilən "dostlarımız" tökləcəklər, onda səsvermənin nəticəsi necə olacaq indidən aydındır. İndiki saya baxmayın, bəzi istifadəçilərin səsi etibarsız sayılacaq. --Melikov Memmedemail 07:35, 8 aprel 2011 (UTC)Cavabla
Mənim səsim etibarlıdır. ----Cek Li Taranmesaj 07:36, 8 aprel 2011 (UTC)Cavabla
Səs verdim inşallah silinər. Məlikov Məmmədə təşəkkür. --sefer 17:29, 8 April 2011 (UTC)
Cənab Vera Bekova:) Çox güman ki, Sizin səsiniz sayılmayacaq. Redaktələriniz çox azdır. ----Cek Li Taranmesaj 13:08, 8 aprel 2011 (UTC)Cavabla

Məndə səs verdim redaktə az olduqundan bəlkə sayılmadı --JameS RamireZ 15:47, 8 aprel 2011 (UTC)Cavabla

Well, I uploaded now new version of "Red kurdistan 1923 1929.png" image and I want to know is that version acceptable for users here. I really do not understand why you dislike this presentation of Kurdish history when Kurds even do not live in that region any more and they are not intending to "take" any part of your country from you. What exactly is problem with this? PANONIAN 212.69.18.149 20:59, 9 aprel 2011 (UTC)Cavabla

Yaxşı, mən "Red kurdistan 1923 1929.png" image hazırda yeni versiyası daşıyanlar və Bilmək istəyirəm ki, burada versiyası istifadəçilər üçün məqbul. Mən, həqiqətən, sizin kürdlər hətta ki, regionda daha çox yaşayır olmayan zaman onlar sizdən sizin ölkənin istənilən hissəsi "etmək" niyyətində deyil kürd tarixinin bu təqdimat sevmeme nə başa düşmürəm. Nə ilə məhz bu problem? PANONIAN 212.69.18.149 20:59, 9 aprel 2011 (UTC)Cavabla

Hörmətli PANONIAN. Nəyə görə 9 aprel 2011-ci il tarixində Azərbaycanla bağlı çox dəyərli şəkillərə Sil şablonunu yerləşdirmisiniz? Sizin məqsədiniz nədir? ----Cek Li Taranmesaj 05:54, 11 aprel 2011 (UTC)Cavabla

File:Xınalıq kəndi XX əsrin əvvəllərində. Kişilər milli geyimdə.png

PANONIAN Commonsa yüklədiyim şəkilin silinməsini istəyir:) Mən isə o şəkilin Commonsda qalmasını istəyirəm. ----Cek Li Taranmesaj 05:27, 11 aprel 2011 (UTC)Cavabla

Commons:Administrators' noticeboard/User problems

Hörmətli AzVikiçilər. Bu səhifə ilə də tanış olun. ----Cek Li Taranmesaj 05:51, 11 aprel 2011 (UTC)Cavabla

Şəkl

Yazcaqlarım bılarəkdən sehv yazıramkı tarcume olunmasın. Manim internetım zeifdi. Axrinci hadisalerden sonra ustdeki istfadeçi tariximizla alaqadar şakillere silmak taklifiverir. Bazilerinin shablonları ya heqiqten sahvdir ya da heqiqten muallif huquklarini zidtir. Manim yukladigim shekillerın shablonuna baxarag bazilerinin silinmasinin qarshisini alin. Bılınkı bızımqanunlara gora muallifi bilinmayan asarlar yetmısh ill sonrə azəd olur. Yeniki shekli çakilan adəm heçolmasa yetmısh ıl avval ölmalidir.--Bakuemil 14:08, 10 aprel 2011 (UTC)Cavabla

Bakuemil, nə baş verdiyi mənə aydın olmadı axı?!. →VagoMüzakirə 11:21, 12 aprel 2011 (UTC)Cavabla
Burda aydın olmayacaq nə var ki, Commons qapını göstərdi. ----N KOziMüzakirə 11:25, 12 aprel 2011 (UTC)Cavabla
Səs verdiyimiz şəkil saxlandı, üstəlik bir sıra şəkillərə sil şablonu qoydular, həm də bir sıra istifadəçilərimizi çekyuzer yoxlamasından keçirəcəklər. ----N KOziMüzakirə 11:30, 12 aprel 2011 (UTC)Cavabla
Aydın oldu...→VagoMüzakirə 11:59, 12 aprel 2011 (UTC)Cavabla

Məncə hər şeyi bu cür qara göstərmək lazım deyil. Şəkli saxladılar ancaq həm dəyişiklik etdilər, həm də biz də çox şey öyrəndik, commons üçün neytral fikir vacib deyil, səsvermədə mütləq öz fikrini də yazmalısan, bizim bir çox şəkillər üçün düz şablon yerləçdirildi, indiyə qədər hətta özünə istifadəçi səhifəsi yaratmayan istifadəçilər Commonsun "tam hüquqlu üzvü" oldular və təcrübə yığdılar. Hər işi düz olan üçün çekyuzer yoxlaması da boş şeydir. --Melikov Memmedemail 07:38, 13 aprel 2011 (UTC)Cavabla

Mən də Melikov Memmed ilə razıyam. Bizim istifadəçilər commonsda aktivlik göstərməlidirlər qaydalara tam yiyələnməlidirlər. Əsas problemlər xarici dili bilməməkdən, kordinasiyasız fəaliyyətlərdən irəli gəlir. Mütləq təcrübə toplamaq lazımdır ki bu cür xoşagəlməz hallara sinə gələ bilək, alternativlər ortaya qoya bilək. Yaxşı olardı ki commosun bütün qayda qanunları azərbaycan dilinə çevrilsin. Az commosun tərtibi bu işləri xeyli asandlaşdırardı. Bir şəkil yükləmək üçün məcburuq ya ingilis, ya rus , ya alman versiyalara müraciyyət edək. tam az commos versiyası hazırlansa xarici dili bilməyən də commos xidmətindən rahat istifadə edə bilərdi.

P.S o ki qaldı şəkilə boynumuza almalıyıq ki, içi mən qarışıq tutarlı arqument ortaya qoya bilmədik. həməşə demişəm indi də təkrar edirəm bizə xarici dillərdə arqumentləri, faktları səlis ifadə edə bilən 1-2 yox çoxlu istifadəçilər lazımdır. özümüz deyib özümüz eşitməyimiz məsələ həl etmir. Birimiz dili bilirik əlində material yoxdur o birisində material var dili bilmir - bunlar kordinasiya olunmalıdırlar. faktı olan dili bilənə müraciət etməlidir ki tərcümə edib həmin adama versinki o da öz adından təqdim etsin. Burada kütləvilik lazımdır. Düzdür mən görüşlərdə iştirak edə bilmirəm, amma wiki görüşlərdə bunlar ciddi müzakirə olunsa pis olmazdı. Uğurlar. --MrArifnajafov 09:11, 13 aprel 2011 (UTC)Cavabla

Sözün düzü məlum məsələdə tam istədiyimi, rəsmi dəyişikliyi əldə edə bilmədim. Onsuz Commons-dan obyektiv nəticə də gözləmirdim. Çünki ingilis vikisində gülməli nəticələr çıxaran adminlər görməyim mənə bəs edir. Arif həkim sənədi qarşılarına qoydum. Yenə öz bildiklərini etdilər. Hər kəs görmək istədiyini görür. Neytral olmayan saytlardan istinad onlara bəs elədi. Melikov Memmed ilə mən də razıyam. Düzdür məsələdən qalib kimi çıxmasaq da, məsələni bərabər hesabla bitirdik. O istifadəçinin acığının bizə belə bir xeyri oldu ki, bir çox şəklin şablonu düzgün hala gətirildi. Həm də Azviki ailəsinin bir hissəsi commonsda fəaliyyətə başladı və yəqin ki düzgün lisenziyaları öyrənmiş oldular. Mən şəxsən əvvəl bildiklərimdən əlavə Osmanlıya aid şəkillərin lisenziyasının yerləşdirilməsini öyrəndim :). Sizlərə bir sir də vermək istəyirəm. Commonsdakı adminlərin bizim qanun dəyişikliklərindən xəbərləri yoxdur. Bunu bilməsələr daha yaxşıdır. Bu haqda əlavə məlumat əldə etmək istəyənlər maillə mənə yaza bilərlər.--Bakuemil 09:40, 13 aprel 2011 (UTC)Cavabla
Məndə bir kitabşanın surəti var. Deyəsən 1932-ci ildə çap olunub. İnşallah onu bura yerləşdirərəm. Orada qeyd olunur ki, həmin uyezdin yaradılması üçün müraciət olunub, yoxlama gəlib və yoxlamanın nəticəsi bu olub ki, uezdin yaradılması tələblərə cavab vermir.→VagoMüzakirə 09:54, 13 aprel 2011 (UTC)Cavabla
Amma maraqlıdı bu nədir? ----N KOziMüzakirə 09:57, 13 aprel 2011 (UTC)Cavabla
Ən maraqlısı isə Qubadlı məqaləsində yazılıb:) ----Cek Li Taranmesaj 10:03, 13 aprel 2011 (UTC)Cavabla
Bir zad anlamadım. --N KOziMüzakirə 10:04, 13 aprel 2011 (UTC)Cavabla
Vago mən SSRİ DİN-ə (NKVD) aid 26-cı ilin kitabını istinad olaraq vermişdim. Təzə gördüm, dünən istifadəçi şəxsən özü (bizə bir az minnət qoyaraq :) ) əvvəlki ifadəni dəyişib rəsmi adı yazıb. Yenə də insaflı adamdır. O istifadəçinin məqsədini provakasiya olduğuna inanmadım. Sadəcə azlıqların, müqəddəratı təyinetmə hüquqlarına və s.yə inanan romantik bir insandır. Biz də belə bir problem var bizim dövlətə aid köhnə sənədlərin sürəti onlayn olaraq xalqa açıq deyil. Birbaşa da əldə edə biləcəyim yer bilmirəm. Məsəlçin bildiyim qədər Sovet dövrünə aid bəzi sənədlərin ola biləcəyi MM-in kitabxanası sadəcə işçilərinə və millət vəkillərinə açıqdır. Ya da bu sənədləri pul verib ala biləcəyin şirkətlər var.--Bakuemil 10:07, 13 aprel 2011 (UTC)Cavabla

Qısa arayış. Belə bir qəza olub. Siyasi səbəblərdən 23-cü ildə yaradılıb, qonşu dövlətlərdəki milli azlıqları cəlb etmək üçün. 26-ci ildə keçrilən sorğuda yerli əhalinin 84% ana dilim türk dilidir desə də, 73% özünü "Kürd" adlandırıb. Azərbaycanda çoxu bilir ki, bu bölgədə olan türklər də özünü fəxr ilə "dağ adamı" mənasında hər zaman belə adlandırıb. 29-cu ildə isə ləğv edilib, 30-cu illərdən rayonlar yaradılıb. Yəni 6 il bölgə belə adlandırılıb.--Melikov Memmedemail 10:42, 13 aprel 2011 (UTC)Cavabla

Deməli belə bir bölgənin olması faktı mövcuddur. ----Cek Li Taranmesaj 10:46, 13 aprel 2011 (UTC)Cavabla

İnzibati ərazi vahidi kimi əlbəttə mövcüd olmuşdur, ancaq heç bir muxtar statusu olmamışdır, fərq bundadır--Melikov Memmedemail 10:56, 13 aprel 2011 (UTC)Cavabla
Məncə qəza mövcud olmayıb, sadəcə qəzanın yaradılması üçün müraciət olub. Rus dilində yaxşı bilən varsa, bir azdan yerləşdirərəm, baxarsınız.→VagoMüzakirə 11:01, 13 aprel 2011 (UTC)Cavabla
səh.1-2, səh.3-4, səh.5-6, səh.7-8, səh.9-10, səh.11-12, səh.13-14 Deyəsən doğru deyirmiş ) →VagoMüzakirə 11:17, 13 aprel 2011 (UTC)Cavabla

ویکی پئدیا: یازماق اوصولو

Salamlar. Biz Ərəb xətli vikiçilər çeşidli yazı qaydalarıla üzbəüzük. Bunlarl çözmək üçün ötəri olaraq ویکی‌پئدیا:یازماق اوصولو səhifəsin yaradmıçıq. İstəyirdik sayir vikidaşlarında nəzərin bu barədə bilək. Bunların üstündə tavafüq ələ gəlirsə Ərəb əlifbalı vikiçilərə bir qayda yaratmaq nəzərimizdədir. Hörmətlə--Ebrahimi-amir 15:38, 11 aprel 2011 (UTC)Cavabla

سالاملار. بیز عرب خطلی ویکیچیلر چئشیدلی یازی قایدالارلا اوزبه اوزوک. بونلاری چوزمک اوچون اوتری اولاراق ویکی‌پئدیا:یازماق اوصولو صحیفه سین یارادمیشیق. ایسته ییریک ساییر ویکیداشلارین نظرین بو باره ده بیلک. بونلارین اوستونده توافوق اله گلیرسه عرب الیفبالی ویکیچیلره بیر قایدا یاراتماق نظریمیزده دیر. حورمتله --Ebrahimi-amir 15:38, 11 aprel 2011 (UTC)Cavabla

Artımaliyam səhifə taza açılıb və hələlik üç sadə qaydası var. Neçə gün ərzində bu qaydalar təkmilləşməlidirlər. Hörmətlə --Ebrahimi-amir 15:43, 11 aprel 2011 (UTC)Cavabla

Əla fikirdir, məncə İran mətbuatında istifadə olumuş qaydalar əsas tutulmalıdır ki, gələcəkdə hamı üçün vahid qaydalar yaransın. Ərəb əlifbası ilə yazıda ərəb-fars dilini bilməyənlər üçün ən çətin olan yazılış şəkli çox olan səslərin hansı ərəb hərfi ilə yazılmasıdır, təklif edərdim belə bir qayda yaradın, bir hərf əsas götürülür (məsələn, س), digər həriflər ilə (ث ص ) yazılan sözlər üçün isə bir səhifə yaradın, hər kəs oradan o sözlərin yazılışını öyrənsin. --Melikov Memmedemail 04:41, 12 aprel 2011 (UTC)Cavabla

Təşəkkürlər. Buyurduğunuz kimi Ərəb əlifbasinda bizim bir hərfimizin qabağında neçə hərf var. Türk köklü kəlimələrdə onları curlamaq olar, örnək üçün "آذربايجان" əvəzinə "آزربايجان" yazmaq olar və biz bunu etmişik. Ancaq çoxlu sözlərdə bu iş imkansız nəzərə gəlir, örnək üçün "صحيفه" kəliməsin dəyişmək olmaz. Bucur kəlimələr əlifbamızda kök salıblar. Bunları dəyişmək uzun zaman aparar. Hörmətlə --Ebrahimi-amir 09:53, 12 aprel 2011 (UTC)Cavabla

Elə ona görə də latın əlifbasından istifadə etmək daha əlverişlidir. ----Cek Li Taranmesaj 09:57, 12 aprel 2011 (UTC)Cavabla

Əlbətdə! Ancaq bir məsələ var؛ Güney Azərbaycanlılar öz ana dillərində öyrətim almaqdan məhrumdurlar və oxullarda Ərəb əlifbasilə farscanı öyrənmək məcburiyyətindədirlər. Bu böyük bir məsələdir. Bizlər (Güneylilər) umumiyyətdə Latin əlifbada yazmağı başarmırıq yani heç çoxlarımız Ərəb əlifbasında yazmağı da başarmırıq bu çox dəhşətli bir məsələdir. Şayəd bu bəzilərə gülməli gəlsin ancaq bizlərə böyük dərddir.

Mən bilirəm "latın əlifbasından istifadə etmək daha əlverişlidir" ancq ondan önəmlisi milləti fars dilində yox Türk dilində yazmağa çağırmaqdır. Biz Güneylilər dilimiz ola-ola dilsiz yaşayırıq. Bundan qurtaqmaq üçün millət anlayan surətdə yazmalıyıq. Hörmətlə--Ebrahimi-amir 10:12, 12 aprel 2011 (UTC)Cavabla

Sizin təşəbbüsünüzü alqışlayıram, hörmətli Ebrahimi-amir. Fəaliyyətinizdə uğurlar arzulayıram. Daim arxanızdayıq. ----N KOziMüzakirə 10:14, 12 aprel 2011 (UTC)Cavabla

Ona görə də Azərbaycan Respublikasının zəngin ənənələrindən istifadə etmək çox faydalı olar. ----Cek Li Taranmesaj 10:15, 12 aprel 2011 (UTC)Cavabla

Yəni? ----N KOziMüzakirə 10:16, 12 aprel 2011 (UTC)Cavabla

Bir xalqın minillik ənənəsini dəyişmək olmaz. 1922-ci ilədək burda da hamı ərəb əlifbasından istifadə edirdi. ----N KOziMüzakirə 10:18, 12 aprel 2011 (UTC)Cavabla

Bir xalqın 1 əlifbası! Bax budur o xalqın rahatlığı! ----Cek Li Taranmesaj 10:22, 12 aprel 2011 (UTC)Cavabla

Biz burda xəyallardan danışmırıq. O çox uzaq gələcəyin işidi. ----N KOziMüzakirə 10:23, 12 aprel 2011 (UTC)Cavabla
Ümumiyyətlə 20 il əvvəl biz kirll əlifbasını işlədirdik. Hələ bilmək olmaz, 20 ildən sonra nolacaq. ----N KOziMüzakirə 10:24, 12 aprel 2011 (UTC)Cavabla
Xəyalları gerçəkləşdirmək üçün gələcəyin bünövrəsini indidən qoymaq lazımdır. ----Cek Li Taranmesaj 10:38, 12 aprel 2011 (UTC)Cavabla

Hörmətli Ebrahimi-amir, müvəffəqiyyətlər arzulayıram!→VagoMüzakirə 10:49, 12 aprel 2011 (UTC)Cavabla

Təşəkkürlər bəy. İnşalah günü-gündən vikimiz uğurlu olsun. Dərin hörmətlə--Ebrahimi-amir 10:53, 12 aprel 2011 (UTC)Cavabla

Ərəb əlifbası ilə yazan vikipediyaçı dostlarımızdan 1-2 ricam var. Lütfən ərəb əlifbası ilə məqalə yaradanda onun {{Latın}} şablonundan istifadə edib onun latın qarşılığının adını da qeyd edin. Bu iki əlifbada yazılan məqalələri bir-birinə bağlamaq üçün çox vacibdir. İkinci bir ricam odur ki, ərəb əlifbası ilə hələlik kateqoriyalar yaratmayın və bu əlifba ilə olan məqalələri latın əlifbası ilə olan kateqoriyalara əlavə edin. 3-cü xahişim odur ki, ərəb əlifbası iləolanməqalələrə intervikilər əlavə etməyin. Çox böyük ehtimal ki, iyunun sonundan biz də iki əlifbalı vikiyə keçəcəyik. Bununla bağlı mən mütəxəssislərlə əlaqə saxlayıram və burada məlumat verəcəm sizə. Köçürgə və Dilmanc proqramının yaradıcıları bizə bu işdə köməklik etməyə söz veriblər. --Sortilegus 09:56, 13 aprel 2011 (UTC)Cavabla

Mən buyurduğuzun əvvəlkisin başa düşdüm ancaq ikincisilə üçüncüsün yaxşı başa düşmədim. Yaradılan kateqoriyalar sonlarında bir latin əlifbasıla olan kateqoriyaya vəsl olublar. "İntervikilər" dən mənzur ayridilli vikilərə keçid verməkdir ya ərəb əlifbalı məqalələrdən latin əlifbalı məqalələrə keçid verməkdir?

Bir də bu iki əlifbalı viki nəcur olacaq? İki ayrı-ayrı vikipedia?--Ebrahimi-amir 10:41, 13 aprel 2011 (UTC)Cavabla

Birini mən deyim interviki başqa dillərdə olan keçiddir. Bir də onu deyim ki AzViki ərəb-latın deyə ayrılmayacaq. --N KOziMüzakirə 10:49, 13 aprel 2011 (UTC)Cavabla

Ərəb əlifbası ilə olan məqalələrə intervikilər (başqa vikilərə keçidlər) əlavə etdikdə sonra həmin ərəb əlifbası ilə olan məqalənin latın qarşılığı yaradılanda qarışıqlıq yaranır. O biri vikilərdə bir məqalədə Azərbaycan vikisinə keçid verən 2 interviki yaranır. Ona görə də intervikiləri ancaq latınla yazılan məqalələrə qoyuruq. 2 əlifbalı vikipediya təxminən tacik vikisi kimi olacaq (bir neçə başqa belə vikidə var). Məsələn, АфғонистонAfƣoniston. Eyni məqalədir, bir əlifbada yazılıb və avtomatik o birinə keçirilib. Amma intervikilərdə 1 cür göstərilir (Афғонистон). Taciklər intervikilərdə latınla müqayisədə kirili əsas götürür. Biz isə ərəblə müqayisədə latını üstün götürəcəyik. --Sortilegus 10:58, 13 aprel 2011 (UTC)Cavabla

Bucur çox gözəl olar.--Ebrahimi-amir 11:05, 13 aprel 2011 (UTC)Cavabla

Azerbaijani people

Salamlar. Mən burada Azerbaijani people yardıma ehtiacim var. Zoru çatan varmı? --Ebrahimi-amir 11:28, 13 aprel 2011 (UTC)Cavabla

Yaşa bəy--Ebrahimi-amir 11:32, 13 aprel 2011 (UTC)Cavabla

Hansı bəy? ----Cek Li Taranmesaj 11:35, 13 aprel 2011 (UTC)Cavabla

Hörmətli Cekli Taran bəy! --Ebrahimi-amir 11:37, 13 aprel 2011 (UTC)Cavabla

Təşəkkürlər! Yaşadım! :)))----Cek Li Taranmesaj 11:38, 13 aprel 2011 (UTC)Cavabla

ADR və AR inzibati-ərazi vahidləri

Fayl:ADRveAR 1414.jpg

Azərbaycan Xalq Cumhuriyyəti və müasir Azərbaycan Respublikasının inzibati-ərazi vahidlərin müqayisəli göstərmək istəyirəm. Xahiş edirəm nə düzəliş və fikirləriniz var burada yazın son variantı birlikdə hazırlayaq.--Melikov Memmedemail 05:48, 14 aprel 2011 (UTC)Cavabla

Şəklin yuxarı hissəsində mörtərizədə olan sözdə (torpaqlar) səhv var. Xəritədə olan adlara da fikir vermək lazımdır.

Hörmətlə,

Gunel Mustafayeva 05:59, 14 aprel 2011 (UTC)Cavabla

Bunlar üçün narahat olmayın, mən istər səhvləri, istərsə də dil məsələsin özüm həll edərəm və 3 dildə hazırlayacam. Əsas sərhədlər təqribən uyğun olsun--Melikov Memmedemail 06:11, 14 aprel 2011 (UTC)Cavabla

Mən kömək edəcəyimizə söz verirəm

Gunel Mustafayeva 06:14, 14 aprel 2011 (UTC)Cavabla

Çox sağ olun!--Melikov Memmedemail 06:19, 14 aprel 2011 (UTC)Cavabla

Görəsən bura Dərbənd də daxil olunmalıdır?--MrArifnajafov 11:16, 14 aprel 2011 (UTC)Cavabla
Yəqin ki, yox. ----N KOziMüzakirə 11:18, 14 aprel 2011 (UTC)Cavabla
Dəqiq, daxil deyildi. Mənə ən çox Ərəş (Ağdaş) qəzasının sahəsi az görünür--Melikov Memmedemail 11:29, 14 aprel 2011 (UTC)Cavabla
Burada yazıldığına görə, sahəsi 3212 kvadrat kilometrdi. ----N KOziMüzakirə 11:32, 14 aprel 2011 (UTC)Cavabla

Blok

Kimsə başa sala bilməz, məni envikidə niyə bloklayıblar? ----N KOziMüzakirə 05:06, 15 aprel 2011 (UTC)Cavabla

Sizi "Növbəti yalan" və məni "Azerbaijani people" bölmələrin yaradmaq üçün!--Ebrahimi-amir 05:34, 15 aprel 2011 (UTC)Cavabla

Çox qəribə bir situasiya alınıb. Mən kuklayam ki, bloklanmışam, özü də müddətsiz. ----N KOziMüzakirə 05:37, 15 aprel 2011 (UTC)Cavabla

[1] --Elmju 05:44, 15 aprel 2011 (UTC)Cavabla

Anladığım qədər [2] Sizi və Ebrahimi-amiri meatpuppet hesab edir, yəni belə demək olar "müəyyən bir konkret məqsədi həyata keçirnək üçün birgə fəaliyyət göstərən istifadəçilər" --Melikov Memmedemail 06:04, 15 aprel 2011 (UTC)Cavabla
Hər nə isə yəni ki kukla, çox qəribədi, mənə anlaşılmaz qaldı. Hər halda mən blokumun açılması üçün fəaliyyətlərimə başlamışam. ----N KOziMüzakirə 06:07, 15 aprel 2011 (UTC)Cavabla

Mən nə etməlliəm?--Ebrahimi-amir 06:16, 15 aprel 2011 (UTC)Cavabla

EnVikinin Adminlərinə müraciət edin. ----N KOziMüzakirə 06:21, 15 aprel 2011 (UTC)Cavabla

Mən ingiliscəni yaxşı başarmıram. --Ebrahimi-amir 06:27, 15 aprel 2011 (UTC)Cavabla

EnVikidə başqa dilləri bilən adminlər var. Onlara müraciət edin. ----N KOziMüzakirə 06:42, 15 aprel 2011 (UTC)Cavabla