Barsillər

Vikipediya, azad ensiklopediya
Rubinbot (müzakirə | töhfələr) (r2.7.3) (Bot redaktəsi əlavə edir: hu:Berszilek) tərəfindən edilmiş 06:57, 28 fevral 2013 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Barsillər — V əsrlə VIII əsr arasında yaşamış yarıköçəri Avrasiya tayfası olan bulqar boyu.

Tarixi

IV əsrin 50-60-cı illərində hunlarla Qərbə köçməyərək Qafqazda qalan bulqarlara burcalılar deyilirdi. Onlar da öz növbəsində barsillərə, savirlərə və barıncalara bölünürdülər. Bəzi müəlliflər bars sözünün qədim türk dillərində "qaplan" mənasını verdiyini qeyd edirlər. Onların masqutlar (massagetlər) tərəfindən Qafqaza köçürülmüş şumer döyüşçülərinin törəmələri olduqları güman olunur. Yaşadıqları ərazilər isə Bersiliya adlanırdı. Cənubi Qafqazdan başqa, həm də Şimali Qafqazda məskunlaşan barsillər Sulak çayı ilə Terek çayının mənsəbindən İdil (Volqa) çayına qədər uzanan ərazilərdə yaşayırdılar. Şimali Qafqazda yaşayan barsillərin ən böyük şəhərləri Bulker şəhəri idi. Barsil başbuğu Mixtar titulunu daşıyırdı. 706-cı ildən başlayan və 30 il davam edən ərəb-barsil müharibələrindən sonra onların 20 mini islamı qəbul etdi, qalanları isə İdil (Volqa) çayının mənsəbindəki adaya çəkildilər.

Alban tarixçisi Musa Kağanqatlı «Ağvan tarixi» əsərində Cənub Qafqazda bulqar tayfalarından birinin - barsillərin aramsız hücumlarından bəhs edir.[1]

VIII-X əsrlərdə mövcud olan Xəzər xaqanlığının qurulmasında suvarlarla yanaşı barsillər də aktiv iştirak etmişlər.

İstinadlar

  1. Azərbaycan tarixi. Bakı 1996

Həmçinin bax