Arif Hacılı

Vikipediya, azad ensiklopediya
Rubinbot (müzakirə | töhfələr) (r2.7.3) (Bot redaktəsi əlavə edir: ru:Гаджилы, Ариф Мустафаевич) tərəfindən edilmiş 10:31, 3 mart 2013 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Arif Hacılı
Doğum tarixi 22 yanvar 1962(1962-01-22) (62 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti jurnalist
Partiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hacılı Arif Mustafa oğlu — Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri.

Həyatı

Arif Hacılı 1962-ci ildə Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir. 1983-1988-ci illərdə Zaqatala rayon radiosunun redaktoru işləmişdir. 1990-1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuşdur. Azərbaycanın istiqlalçı deputatlarından, Azərbaycan milli azadlıq hərəkatının liderlərindən biridir. 1992-1993-cü illərdə Azərbaycan Respublikasının Dövlət Müşaviri olmuşdur. Azərbaycan Xalq Cəbhəsinin yaradılmasında fəal iştirak etmiş, 1991-1992-ci illərdə AXC Ali Məclisinin sədri olmuşdur. 1992-ci ildə Müsavat Partiyasının Bərpa Mərkəzinin üzvü olmuşdur. Müxtəlif dövrlərdə Müsavat Partiyası başqanının təşkilati məsələlər üzrə müavini işləmişdir. 2000-ci ilin parlament seçkilərində Müsavat partiyasının, 2003-cü ilin prezident seçkilərində prezidentliyə namizəd İsa Qəmbərin seçki qərargahlarının rəhbəri olmuş, 2009-cu ildə keçirilən ümumrespublika referendumunda "Respublikaçılar" referendum qrupuna rəhbərlik etmişdir. 2006-cı ildən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, partiya yaranandan onun ali orqanı olan Divanın üzvüdür. Siyasi fəaliyyətinə görə dəfələrlə həbs olunmuş, AŞ PA tərəfindən siyasi məhbus, Amnesty İnternational təşkilatı tərəfindən "Vicdan məhbusu" elan edilmişdir. Avropa İnsan Haqları Məhkəməsində iki dəfə Azərbaycan hökumətinə məhkəmə çəkişməsində qalib gəlmişdir. Müxalif İctimai Palatanın 2011-ci il aprelin 2-də Bakıda keçirdiyi sanksiyalaşdırılmamış etiraz aksiyasına görə tutulan Arif Hacılı 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. O, 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılırdı. 22 iyun 2012-ci ildə azadlığa buraxılmışdır[1].

İstinadlar

  1. Arif Hacılı azadlığa buraxıldı