Müqəddəs Nikola dənizçi kafedralı
Şablon:Məbəd Müqəddəs Nikola dənizçi kafedralı (rus. Никольский морской собор, tam adı Müqəddəs Nikolay şərəfinə kafedral kilsə) – Peterburqun mərkəzində, Nikola meydanında yerləşən böyük pravoslav kafedral kilsə, məbəd Rus pravoslav kilsəsinin Sankt-Peterburq yeparxiyasının tabeliyindədir. Kilsənin başçısı - protoierey Boqdan Soykodur.
Tarix
Əraziyə bitişik yerlərdə o zaman bir mərtəbəli qışlaq binalarla tikilmişdi. Burada Hərbi-Dəniz təsisatın xidmətçiləri yaşayırdı. Bu haqqda yaxınlıqda yerləşən Kanoner küçəsinin və Kanoner döngəsinin adları deyilir («kanonir» və ya «kanoner» topçu deməkdir). Günümüzə qədər 1788—1789-cu illərə aid Nikola bazarının daş binaları mühafizə edilmişdi. Kafedralın tikinti yeri uğurla bir tərəfdən cənubi Alay həyəti, bir tərəfdən isə su yollarının yaxınlığı ilə - Fontanka, Qriboyedov və Krükov kanallarla müəyyən edilmişdi.
Nikola dənizçi kafedralı əvvəlki taxtadan inşa olunmuş kiçik məbədin yerində «dəniz alay kilsəsi» kimi 1753-cü ildən 1762-ci ilə qədər, Admirallıq-kolleqiyasının baş memarı Savva Çevakinskinin layihəsi əsasında inşa olunmuşdu. Kafedral kilsə eyni anda təxminən 5 min adamı yerləşdirə bilir. Ayrıca kənarda duran dördyaruslu və hündür şpillə tamamlanan zəng gülləsi 1755—1758-ci ildə tikilmişdi. Planda xaçvari olan Nikola dənizçi kafedralı dəstələrə toplanan korinf sütunları, geniş antamblement, yapma haşiyələr və qızıl suyuna çəkilmiş beş qübbə ilə bəzədilmişdi. Fasadın zəngin plastikasını döymə məhəccərli balkonlar bəzəyir.
Ayrıca tilikmiş üçapsidli Nikola kafedralı ənənəvi olaraq üzgüçü və səyahətçilərin himayədarı hesab edilən ecazkar Nikolayın şərəfinə təqdis olunmuşdu. Kilsədə İqnatiy Kanayev və Nikulin tərəfindən hazırlanan XVIII əsrə aid ikonalar mühafizə olunmuşdu. Yuxarı kilsənin ərşini İmperatriça II Yekaterinanın iştirakı ilə 20 iyul 1762-ci ildə təqdis olunmuşdu. İmperatriça Rus donanmasının qələbələrini qeyd etmək üçün kilsəni "kafedral" adlandırmağı tələb etmişdi. Kilsənin ən müqəddəs yeri - yunanıstanlı ecazkar Nikolayın XVII əsrə aid ikonası və qurumuş cəsədinin qalıqlarıdır.
Məbədin qarşısında olan bağda Tsusima döyüşünə bir xatirə olaraq 1908-ci ildə dəniz zabiti knyaz Yevfimiy Putyatin tərəfindən tərtib olunmuş layihə əsasında obelisk ucaldılmışdı. 1870-ci ildən kilsədə xeyriyyəçilik cəmiyyətinə daxil olan məktəb, xəstəxana və uşaq evi fəaliyyət göstərirdi. 1917-ci il Oktyabr İnqilabından sonra kilsə bağlanılmır və 1941—1999-cu illərdə kafedral statusunu qoruyub saxlaya bilir. Leninqradın blokadası zamanı kafedralın xor zalında Leninqrad mitropoliti Aleksiy (Simanski) yaşayırdı.
2000-ci ildə zəng gülləsinin aşağı yarusunda kiçik ibadətgah təqdis edilmişdi. Bundan başqa, 19 aprel 2008-ci ildə Sankt-Peterburq və Ladoqa mitropoliti Vladimir (Kotlyarov) yuarı kilsəni də təqdis edir. Məbədə Kolokolnikov rəssamlarının qədim bizans üslublu müqəddəs ikonaları və müqəddəslərin qalıqları saxlanılan mücrüsü qeri qaytarılmışdı[1].
-
Müqəddəs Nikola dənizçi kafedralının ümumi görünüşü.
-
Kafedralın zəng gülləsi.
Ruhanilər
Tarix boyu Kafedralın bütün başçıları [2] | |
---|---|
Tarix | Kafedralın başçısı |
22 sentyabr (3 oktyabr) 1732 — 4 (15) oktyabr 1734 | keşiş İoann İoannov |
4 (15) oktyabr 1734 — 25 dekabr 1747 (5 yanvar 1748) | keşiş Pyotr Pavloviç Kozitski (…—1755) |
25 dekabr 1747 (5 yanvar 1748) — 1 (12) iyul 1752 | keşiş Qavriil Simeonoviç Verşnetski |
1 (12) iyul 1752 — 25 fevral (7 mart) 1770 | protoierey İvan Panfilov (1720—1794) |
20 (31) mart 1770 — 14 (25) iyun 1772 | protoierey Vasili Aleksandroviç Alekseyev |
16 (27) iyul 1772 — 24 dekabr 1799 (4 yanvar 1800) | protoierey Timofey Vasilyeviç Lüsitsinski (…—1799/1800) |
21 aprel (2 may) 1800 — 15 (27) avqust 1805 | protoierey Mitrofan İoannoviç Okin (Krasnopevkov) (1742—1805) |
5 (17) sentyabr 1805 — 9 (21) iyul 1831 | protoierey İoann Stefanoviç Veselovski (1759—1831) |
iyul — dekabr 1831 | protoierey Timofey Alekseyeviç Veşşezerov (…—1832) |
7 (19) dekabr 1831 — mart 1846 | protoierey Timofey Ferapontoviç Nikolski (…—1848) |
17 (29) mart 1846 — 24 dekabr 1860 (5 yanvar 1861) | protoierey İoann Dimitriyeviç Kolokolov (…—1869) |
26 dekabr 1860 (7 yanvar 1861) — 15 (27) dekabr 1873 | protoierey Sila Stefanoviç Topilski (…—1873) |
1874 — 1888 | protoierey İoann Konstantinoviç Yaxontov (1819—1888) |
1888 ? — 1900 | protoierey Qriqori Yefqrafoviç Romanovski (1828—1900) |
17 (29) aprel 1900 — 2 (15) dekabr 1914 | protoierey Nikolay Nikanoroviç Kondratov |
1914—1918 | protoierey Aleksandr İoannoviç Preobrajenski |
1919 — 10 fevral 1923 | protoierey Aleksandr Nikolayeviç Belyayev (1866—1928) |
fevral 1923 — 22 iyul 1923 | protoierey Nikolay Nikolayeviç Rusanov[3] |
iyul 1923 — sentyabr 1923 | protoierey İoann Dimitriyeviç Dmitriyevski |
21 sentyabr 1923 — 17 yanvar 1924 | protoierey Nikolay Nikolayeviç Rusanov[3] |
yanvar 1924 — 11 mart 1924 | protoierey İoann Dimitriyeviç Dmitriyevski |
29 mart 1924 — 11 iyun 1930 | protoierey Qriqori Çukov (1870—1955) |
iyun 1930 — 11 yanvar 1933 | protoierey Vasili Mixayloviç Yablonski (1867 — 1933 sonra) |
yanvar 1933 — mart 1935 | protoierey Nikolay Kirilloviç Çukov (1870—1955) |
17 mart 1935 — iyul 1935 | protoierey Михаил Арсеньевич Смирнов |
iyul 1935 — 14 noyabr 1936 | protoierey Aleksandr Vikentyeviç Paklyar (1873—1938) |
14 noyabr 1936 — 5 fevral 1937 | protoierey Lev Aleksandroviç Muller (1887—1952) |
5 fevral 1937 — 4 mart 1938 | protoierey Pavel Petroviç Tarasov (1899—1971) |
4 mart 1938 — 19 may 1939 | arxiyepiskop Nikolay (Yaruşeviç) (1892—1961) |
19 may 1939 — 30 iyun 1942 | protoierey Pavel Petroviç Tarasov (1899—1971) |
30 iyun 1942 — 21 noyabr 1945 | protoierey Vladimir Aleksandroviç Rumyantsev (1877—1947) |
21 noyabr 1945 — 1 dekabr 1948 | protoierey Pavel Petroviç Tarasov (1899—1971) |
5 dekabr 1948 — 23 fevral 1953 | protoierey Yevgeni Pavloviç Lukin (1885—1967) |
23 fevral 1953 — 9 yanvar 1972 | protoierey Aleksandr Vasilyeviç Medvedski (1890—1973) |
9 yanvar 1972 — 12 sentyabr 1975 | protoierey İqor Simeonoviç Ranne (1927—1982) |
12 sentyabr 1975 — 25 may 1977 | protoierey Boris Mixayloviç Qlebov (doğ. 1936) |
25 may 1977 — 10 iyul 1981 | protoierey İakov İosifoviç İlyiç (1931—1981) |
10 iyul 1981 — avqust 1987 | protoierey Vladimir İustinoviç Sorokin (doğ. 1939) |
25 avqust 1987 — bu günə kimi | protoierey Boqdan İqoreviç Soyko (doğ. 1938) |
Xarici keçidlər
- Официальный сайт Николо-Богоявленского морского собора
- Собор свт. НИКОЛАЯ ЧУДОТВОРЦА (Морской Николо-Богоявленский) в энциклопедии Санкт-Петербург
- Никольский Морской Собор на сайте «Бродячая Камера»
- Панорама «Никольский собор» на проекте Виртуальный Санкт-Петербург
İstinadlar
- ↑ Сайт московской патриархии. "После реставрации открылся верхний храм Николо-Богоявленского морского собора Санкт-Петербурга". 2012-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 апреля 2008.
- ↑ Беляков А. П. История флотского духовенства России
- ↑ 1 2 Примыкал к обновленцам