Tehran Əlişanoğlu

Vikipediya, azad ensiklopediya
Nur89 (müzakirə | töhfələr) (Yeni səhifə: '''Tehran Əlişan oğlu Mustafayev -''' Ədəbiyyatşünas, filologiya elmləri doktoru, ədəbiyyat tarixçisi, tənqidçi və publisist. Bakı Slavyan Universitetinin professoru...) tərəfindən edilmiş 00:03, 8 iyul 2016 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Tehran Əlişan oğlu Mustafayev - Ədəbiyyatşünas, filologiya elmləri doktoru, ədəbiyyat tarixçisi, tənqidçi və publisist. Bakı Slavyan Universitetinin professoru.

Mündəricat

Həyatı

Tehran Mustafayev 1960-cı il yanvar 16-da Bakı şəhərində dünyaya gəlmişdir. 1978-1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU-nun) filoloji fakültəsini bitirmişdir. 1983-1989-cu illərdə orta məktəb müəllimi, 1989-2006-cı illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi, 1994-1996-cı illərdə Futurologiya İnstitutunun, 2001-dən bugünəcən Bakı Slavyan Universitetinin filoloji fakültəsində ali məktəb müəllimi kimi çalışır. Azərbaycan ədəbiyyatı kafedrasının əməkdaşıdır. 1993-1995-ci illərdə AMEA-nın «Elm» qəzetində, 1996-2004-cü illərdə Azərbaycan Yazıçılar Birliyinin «Ədəbiyyat qəzeti»ndə baş redaktor müavini vəzifəsində çalışmışdır. Heç bir partiyaya üzv olmamışdır; 1998-ci ildə Azərbaycan Yazıçılar Birliyinə daxil olmuş, 2004-cü ildə öz ərizəsi ilə oranı tərk etmişdir.

Elmi fəaliyyəti

1985-1989-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil almışdır. «Azərbaycan sovet ədəbi tənqidinin üslubları (1960-1980-ci illər)» mövzusunda namizədlik (1990), «XX əsr Azərbaycan nəsrinin poetikası» mövzusunda doktorluq (2005) dissertasiyaları müdafiə etmişdir.Filologiya elmləri doktoru, professordur. Mətbuatda 1981-ci ildən çıxış etməyə başlamış, ədəbi-tənqidi və publisist yazıları ilə «Ədəbiyyat və incəsənət», «Elm», «Qala», «Mübarizə», «Yeni müsavat» qəzetlərində görünmüşdür. 1995-ci ildən başlayaraq ədəbi köşə yazıları ilə ardıcıl «Press-fakt» (1995-1997, 2000), «Ədəbiyyat qəzeti» (1996-2004), «Rezonans» (1998-1999), «Ekspress» (1999), «Bizim əsr» (1999, 2001-2002), «Yeni Azərbaycan» (2003) qəzetlərində çıxış etmiş, çağdaş ədəbi-tənqidi prosesin ən fəal fiqurlarından biri kimi tanınmışdır. Azərbaycan ədəbi internetinin əsasını qoyan «YeniSi» www.yenisi.net saytının (2002) yaradıcılarından biridir.Marağını ilk növbədə çağdaş ədəbiyyat, onun nəzəriyyəsi və praktikası məşğul edir. «Tənqid.net» jurnalını (2006) təsis etmişdir. 8-dən çox kitab, yüzlərlə məqalə müəllifidir.  Ədəbi imzaları: T.Mustafayev, Tehran Mustafayev, Əlişanoğlu, T.Mustafayi, Tehran Əlişanoğlu, T.Alişan, Tehran, Neqə, Sadiq Vəli və s.

Kitabları

  1. Yaşar Qarayev. Şəxsiyyəti və ömür yolu - Monoqrafik oçerk. Sabah, Bakı, 1996 - 1,5 ç.v.
  2. Əsrdən doğan nəsr (XX əsr Azərbaycan nəsrinin təşəkkül poetikası) - Monoqrafiya. Elm, Bakı, 1999 - 6,3 ç.v.
  3. Azərbaycan nəsri sosializm realizmi çevrəsində - Monoqrafiya. Elm, Bakı, 1999 - 6,2 ç.v.
  4. Azərbaycan yeni nəsri - Monoqrafiya. Elm, Bakı, 1999 - 8 ç.v.
  5. Azərbaycan, Azərbaycan (elmi-publisistik oçerk) - Nurlan, Bakı, 2005 - 108 s.
  6. XX əsr Azərbaycan nəsrinin poetikası - Monoqrafiya. Elm, Bakı, 2006
  7. “Müasir Azərbaycan ədəbiyyatı” fənnindən Proqram – Jurnalistika və Azərbaycan ədəbiyyatı kafedrası üzrə proqramlar kitabında, Bakı, 2008
  8. Əjdər Olun könül savaşı. Monoqrafiya. – Bakı, 2008
  9. Konsepsion və ya Nizami Cəfərovun ədəbiyyat mücadiləsi. Monoqrafiya. – Bakı, 2009
  10. Müstəqillik illəri Azərbaycan ədəbiyyatı. Ali məktəblərin magistratura pilləsi üçün dərslik. – Bakı, 2013
  11. “Azərbaycan ədəbiyyatı” üzrə magistr hazırlığı üçün proqramlar (“Folklor və ədəbiyyat”; “Müasir Azərbaycan ədəbiyyatı”; “Müasir ədəbi proses”) – Bakı, 2013
  12. “Nəsrdə Qarabağ müharibəsinin aspektləri”. Monoqrafiya. - BQU nəşriyyyatı, Bakı, 2013
  13. “Müstəqillik körpüsünü keçənlər” . - Elm və təhsil nəşriyyyatı, Bakı, 2015

Məqalələri

Xarici keçidlər

İstinadlar