Ənvər Rüstəmov (jurnalist)

Vikipediya, azad ensiklopediya
By erdo can (müzakirə | töhfələr) (tənzimləmə using AWB) tərəfindən edilmiş 15:27, 11 yanvar 2017 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Ənvər Rüstəmov
Doğum tarixi 1 sentyabr 1936(1936-09-01) (88 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti jurnalist

Ənvər Rüstəmov (tam adı:Ənvər Cavad oğlu Rüstəmov d. 1 sentyabr, 1936. Şişqaya, Basarkeçər, Göyçə) — SSRİ Jurnalistlər İttifaqının üzvü, müəllim, jurnalist, mühəndis.

Həyatı

Ənvər Rüstəmov 1936-cı il sentyabrın 1-də Göyçə mahalının Basarkeçər rayonunun Şişqaya kəndində anadan olub. 1944-1954-cü illərdə Şişqaya kənd orta məktəbində oxuyub. 1954-cü ildə Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olub və 1959-cu ildə mexanika-riyaziyyat fakültəsini bitirib.

1974-cü ildə Bakı Ali Partiya Məktəbini bitirib. SSRİ Jurnalistlər İttifaqının üzvü olub.

1959-cu ildə Bakı Dövlət Universitetini bitirdikdən sonra doğma kəndinə qayıdıb və Şişqaya kənd orta məktəbində riyaziyyat müəllimi kimi fəaliyyətə başlayıb. Daha sonra müəllimliklə yanaşı tikinti sektorunda çalışıb, rayonlararası tikinti idarəsində iş icraçısı, plan-texniki şöbənin müdiri olub.

1980-ci illərdə bir neçə il Göysu kolxozunun sədri olub.

1989-cu ildən Azərbaycanın Şəmkir rayonunun Çənlibel kəndində yaşayır. 1990-cı illərdə bir neçə il 1 saylı Çənlibel kənd orta məktəbinin direktoru olub. Hazırda Çənlibel kəndində yaşayır.

Yaradıcılığı

Ənvər Rüstəmov gəncliyindən şeirlər yazır. Həmçinin tar və saz ifaçısıdır. Tələbəlik illərində Bakı Dövlət Universitetinin özfəaliyyət xalq çalğı alətləri ansamblının üzvü olub.

1970-ci ildən Basarkeçərdə çıxan “Bolluq uğrunda” qəzetində məsul katib kimi fəaliyyətə başlayıb. Daha sonra Bakı Ali Partiya Məktəbində təhsil alıb və təhsilini bitirdikdən sonra adı “Vardenis”ə dəyişilmiş rayon qəzetində yenidən fəaliyyətini davam etdirir. Arada müəyyən fasilə olsa da 1988-ci ildə azərbaycanlılar Ermənistan SSR-dən deportasiya edilənə kimi həmin qəzetdə məsul katib, redaktor müavini kimi vəzifələrdə çalışıb.

2011-ci ildə Bakıda "Şişqaya" seirlər kitabı çapdan çıxıb.

Ailəsi

Qardaşı Salman Cavad oğlu İbrahimov 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində həlak olmuşdur. Qardaşı İbrahimov Əziz Cavad oğlu 1941-1945-ci illərdə İkinci Dünya müharibəsinin iştirakçısı olub və 1988-ci ilin dekabr ayında Göyçədən deportasiya zamanı həlak olmuşdur.

İstinadlar