Dəyirmi qurdlar

Vikipediya, azad ensiklopediya
Dadaşova ,L (müzakirə | töhfələr) (Yeni səhifə: {{Takson | adı = Dəyirmi qurdlar | aləmi = Heyvanlar | şəkil = Bağırsaq nematodu.jpg|thumb|nematoda | şəkil məlumat = Nematoda...) tərəfindən edilmiş 17:49, 22 aprel 2017 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Dəyirmi qurdlar
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
???:
Dəyirmi qurdlar
Beynəlxalq elmi adı
  • Nemathelminthes

Ümumi xarakteristikası

Dəyirmi qurdların bədəni silindrik uzunsov, buğumsuz və kirpiksiz olur. Bu orqanizmlərin 80.000-ə qədər növü var. Onlar demək olar ki, bütün ekoloji mühitlərə uyğunlaşmışdır. Bədənin uzunluğu 0.01 mm-dən (bəzi fırlanğıclar) 8.5 m-ə qədər (kaşalotun ciftində parazitlik edən Placentonema gigantissima) dəyişir. Bir çoxu insan, heyvan və bitki orqanizmlərində parazitlik edir. Dəyirmi qurdların bədəni bilateral simmetriyaya malikdir. Dəyirmi qurdlara güclü inkişaf etmiş əzələ, həzm, ifrazat, sinir və cinsiyyət sistemi xarakterikdir. Qan-damar və tənəffüs sistemi yoxdur. Əksəriyyətiayrıcinslidir. Bəzi növlər bitki, heyvan və insanlarda təhlükəli parazitlik edir. Dəyirmi qurdlar arasında həm sərbəstyaşayan, həm də parazitlik edən formalar mövcuddur. Bəzi formaların inkişafı sahibdəyişmə ilə gedir. Dəyirmi qurdlar tipi bir neçə sinfə ayrılır. Bəzi nematodlar biometodda istifadə edilir (Steinernema carpocapsae). Bəziləri sestodlarda parazitlik (hiperparazitizm) edir. Tipin daxilində 2 sinif - Chromadorea sinfi və Enoplea sinfi mövcuddur. Parazit həyat sürən nematodlar arasında ən çox insan askaridi (Ascaris lumbricoides), bağırsaq nematodu (Strongyloides stercoralis), əyribaş qurd (Ancylostoma duodenale), trixinella (Trichinella spiralis) və s. yayılmışdır. Azərbaycanda dəyirmi qurdlardan 843 növ nematod tapılıb.