72° şm. e. 40° q. u.HGYO

Qrenlandiya adası

Vikipediya, azad ensiklopediya
Sortilegus (müzakirə | töhfələr) tərəfindən edilmiş 11:38, 24 may 2018 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Qrenlandiya adası
Kalaallit Nunaat
Ümumi məlumatlar
Sahəsi
  • 2.130.800 km²
Hündür nöqtəsi Qunbörn
Əhalisi
  • 76.186 nəf. (2018)
Yerləşməsi
72° şm. e. 40° q. u.HGYO
Ölkə  Danimarka
Akvatoriya
[[Fayl:|280px|Qrenlandiya adası xəritədə]]
Qrenlandiya adası
Qrenlandiya adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qrenlandiya — Dünyanın sahəsinə görə ən böyük adası Danimarkanın muxtar mahalıdır. Qrenlandiya həmdə sahəcə ən böyük inzibati ərazidir.Hərfi mənası "yaşıl ölkə" və ya "yaşıl yer" deməkdir. Adanın qərb və və cənub-qərbindən isti Qərbi Qrelandiya cərəyanı keçdiyinə görə sahilboyu ərazilərdə çəmənliklər əmələ gəlir. Ona görə də X əsrdə adaya gələn vikinqlər əraziyə belə ad vermişlər.[1]

Kəşf olunması və tədqiqatı

border=none Əsas məqalə: Qrenlandiya tarixi

Normanlar tərəfindən adanın kəşfi

Kürən Erik
Normanların Qrenlandiya və ona yaxın ərazilərə ehtimal olunan səfərləri

Qrenlandiyanın kəşfi ilə bağlı müxtəlif məlumatlar var. Əsaslı faktlardan biri,Qrenlandiyanın island mənşəli norman Qunbern tərəfindən kəşf olunmasıdır(875-ci il). Ancaq başqa mənbələrdə göstərilən məlumatlara inansaq, Qrenlandiya bu tarixdən daha əvvəl kəşf olunmuş. Tanınmış qütb tədqiqatçısı Vilyarmur Stefanson göstərir ki, Qrenlandiya ola bilsin qədim yunan dənizçisi Pifeyin gördüyü "buzlu Tule ölkəsidir". Hansı ki,e.ə 325-ci ildə Pifey Şimali Avropaya səyahəti zamanı bu ərazinin mövcudluğunu öz yazılarıda göstərmişdir. Sonralar Firtof Nansen Pifeyin materyallarını geniş tədqiq etdikdən sonra bu qənaətə gəlmişdir; Pifeyin səyahəti Danimarka və Norveç sahillərindən çoxda uzağa keçməyib. Onun gördüyü buzlar isə Barens dəniziNorveç dənizinin buzları olmuş. Stefansonun başqa ehtimalıda mövcuddur: Məlumdur ki,normanlara qədər İslandiya keltlər tərəfindən məskunlaşmışdır. Ola bilsin ki,onlar Danimark boğazına gədər üzmüş və Qrenlandiyanı görmüşdülər.[2]

Qunbern təfəindən Qrenlandiyanın kəşfi sonralar normanlar üçün adanın mənimsənilməsi üçün stimul oldu. Bu həmdə Amerikanın kəşfi üçündə bir təkan oldu. 981-ci ildə digər bir islandiyalı- Erik Torvaldensen (Kürən Erik) Qunbern gördüyü torpaqların axtarışı məqsədi ilə səfərə çıxdı. Erik adanın cənub hissəsinə gəlib çatdı. İslandların Kürən Erik və Eynare Sokkasone haqqında saqasında deyilir: «O sonda buzlarla üzbə-üz olan Blozerk adlı torpağa gəlib çatdı. Birinci qışı Erik adlı adada keçirdi. Növbəti yazda o Erik-fyorda daxil oldu. Həmin yay qərbə doğru üzməyə davam etdi. Növbəti qışı o Erik-Xolmsedə qışladı...»[3]

Ümumən üç qış keçirən Erik sonda İslandiyaya qayıtdı. Növbəti yay o artıq bu əraziləri koloniyalaşdırmaq məqsədi ilə səfərə çıxdı. Adanın Yaşıl torpaq adlandırması məqsədli idi. Erik düşünürdü ki,bu ad insanların ora can atmasına səbəb olacaq.[4]

Həmən yay 25 gəmi Breydi-fiyordundan Qrenlandiyaya səfərə çıxdı.Ancaq bunlardan 14 Qrenlandiyaya gəlib çata bildilər. Digərləri ya tələf oldu ya da geri qayıtdılar.Normanların o vaxtı adanın müxtəlif yerlərinə verdikləri adalar hal hazırda saxlanılmayıb.Ancaq arxeoloji tapıntılar əsasında müəyyən olunmuşdur ki,Erik-fyorduna o vaxtı normanlar Tunundlyarfik fyordu deyirdilər.Kürən Eriki birinci səfərində adanın qərbində 65°-59° ş.e ilə adanın şərqində 68°-59° ş.e arasında ki,ərazilər tədqiq etmişdir.İkinci səfəridə isə artıq ada haqqında yetərincə geniş məlumata malik idi. Atıq Qrenlandiyanın sərt iqlimi haqqında təsəvvür formalaşmışdır.

Normanlar tərəfindən formalaşdırılan bu kaloniya XV əsrın sona kimi mövcud olmuşdur.XI əsrdə,hansı ki,bu dövür koloniayanın çiçəklənmə dövürü idi,burda 10 000 əhali yaşayırdı.Onlar həm İslandiya ilə həmdə digər avropa ölkələri ilə ticarət əlaqələrin malik idilər. İl ərzində burya qida,geyim,silah gətirən beş-altı gəmi gəlirdi.Əvəzində isə morj dişi,xəz dəri və suiti yağı aparırdılar.

Normanlar tez-tez ov üçün Bafin dənizin şimal hissələrinə üzürdülər. Belə səfərlərin birində,Kürən Erikin oğlu Leyf Qrenlandiyaynın cənub-qərbdə yeni bir torpaq kəşf etdi.Böyük ehtimal ki,bura Şimali Amrikanın Labrador yarımadası idi. Leyf bu ərazini Vinlyandiya adlandırdı.

Norman mədəniyyətinin izlərinə həmdə Elsmir (ada)sında və Smit boğazı yaxınlığında rast gəlinir.Adanın mərəkəzi hissələri isə onlar üçün maraqsız idi.Səbəbdə ərazinin buz qatı ilə örtülməsi idi. Normanların XV əsrdən sonra tədricən məhf olmasınını ilk öncə Şimali Amerika və Avropanın iqlimin sərtləşməsi və Avropa ilə ticarət əlaqələrinin dayanması ilə əlaqələndirilər.[5]

XIV əsrin axırlarında avropalı dənizçilər Qrenlandiyanı il ərzində çox az ziyarət edirdilər.1410-cu ildən isə bu səfərlər dayandı.Sonra ki,dövürlərdə nomranlar haqqında çox az məlumat var. XVI əsrin ortalarında avropalı dənizçilər yenidən adanın cənub-qərb sahillərinə səfərlər etməyə başladılar.Ancaq artıq orda normanlara rast gəlmək mümkün deyildi. Danimarkalı arxeoloq P.Norlunq ehtimal edir ki,normanlar aclqdan məhf olmuşlar.V.Stefansson isə bildirir ki,ola bilsin normanlar eskimoslarla assimiliyasıya olunmuşlar.[6]

Danimarka müstəmləkəsi öncəsi tədqiqatlar

Orta əsrlərdə Qrenlandiyanın coğrafiyası haqqında çox az məlumat var idi. Hətta Qrenlandiyanı müstəqil ada hesab etmirdilər.Onu adətən Avropanın şimal-qərb hissəsinin yarımadası kimi xəritələrdə göstərirdilər.Balina ovçuluğunun inkişafı ilə əlaqədar yenidən adanın sahil suları diqqət mərkəzinə gəldi.XV-XVI əsrlərdə dəfələrlə bask,irland və digər avropalı balına ovçularının Qrenlandiya sahillərinə gəlməsi haqqında məlumat var. 1473-cü il də danimarkalı admirallar D.Pinninq və X.Potxorst Qrenlandiyanın şərq sahillərinə yaxınlaşdılar və sahildə ki,yüksək dağın ətəyində bu ərazinin kəşfi barədə məlumat lövhəsi qoydular.

1576-1580-cı illərdə ingilis dənizçiləri dəfələrlə bu əraziyə səfər etmişlər.Əsas məqsədlərdən biridə Simal-Qərb dəniz yolunun kəşfi idi. İngilislərin bu fəallığı danimarkalıları narahat etməyə başladı və əraziyə bir neçə ekspedisiya göndərilidi ki,məqsədlərdən biridə burda norman koloniyasını axtarışı idi. 1605-ci ildə D.Xoll adanın cənub ucaqar nöqtəsinə gəlib çatdı,ən uzun və dərin Lindenov fyordunu kəşf etdi. Növbəti il isə adanın qərb sahillərinin 68°55’ ş.enliyinə kimi kartoqrafik təsvirini yaratdılar. Bundan sonra demək olar ki,qərbi avropa ölkələri Danimarkanın adaya olan hüququnu qəbul etməyə başladılar.

Ancaq ümumən adanın tədqiqatında ingilislər daha öndə olmuşlar.Henri HudzonUlyam Baffinin Qrenlandiyanın tədqqiqatında böyük əməyi olmuşdur. Baffin normanlardan sonra ilk avropalı idi ki,Baffin dənizinin şimal hissəsinə gəlib çatırdı.O həmdə Smit boğazınıda kəşf etdi.

1670-ci illərdə artıq danimarkalılar adanın qərbində 78°30’ ş.enliyinə kimi üzə bildilər. Artıq adanın ümumi forması haqqında ətrafli məlumat formalaşmışdır. Bundan başqa məlum oldu ki.ada sahilləri zəngin balına,su iti və dəniz heyvanları ilə zəngindir.və bu səbəbdə adanın növbəti illərdə yenidən tədqiqatına maraq yaratdı və danimarkallılar tərəfindən müstəmləkə elan olunması ilə nəticələndi.

3 iyun 1721-ci ildə danimarkalı misyoner X.Eqede adanın qərb sahillərində məskunlaşdı. Tezliklə burda Qotxob şəhərinin əsasını qoydu.Bu şəhər sonradan Qrenlandiyanın paytaxtı olan Nuuk idi.Eqede burda həmdə yerli əhali olan eskimosların sayı,mədəniyyəti,məyşəti və dəniz ovçuluğu metodları barəsində geniş məlumat topladı.

Artıq XVIII əsrdə adanın qərb sahillərində danimarkanın ona yaxın ticarət məntəqəsi mövcud idi. 1776-cı ildən Danimarka adada olan ticarətin monopoliyaşdırılmasına qərar verdi.[7][8]

XIX və XX əsrin əvvələrində ki, tədqiqatlar

Nuuk qəsəbəsi.1878-ci il.

Qrenladiyada danimarkalılar tərəfindən salınmış qəsəbələr burada balına ovçuluq sənayesinin inkişafına səbəb oldu.XVIII əsrdə Baffin dənizində nəyin ki,danimarka gəmilərinə,həmdə digər avropa ölkələrinin gəmilərinədə tez-tez rast gəlinirdi. Buna baxmayaraq yenədə adanın şimal ucqar əraziləri naməlum olaraq qalırdı.

1818-ci ildə ingilis D.Rossa şərqdən adanın buzlarla dolu şimal sahillərini dövr edərək Smit körfəzinə gəlib çatdı.Bununlada adanın qərb sahillərinin kəşfi yekunlaşmış oldu. Ancaq yenədə adanın şərq sahillərinin tədqiqatı ləngiyirdi. Səbəbdə il boyu bu sahillərinin qalın buz qatı ilə örtülməsi idi.Bura ancaq yayın sonunda yaxınlaşmaq mümkün olurdu. İlk belə yaxınlaşan dənizçilərdən biridə rus Pavkov olmuşdur.Hansı ki,1797-ci ildə adanın şərq sahillərinə yaxınlaşmışdır.

Danimarkalı tədqiqatçılar adanın daxilinın,onun buz örtüyünün öyrənilməsinə az diqqət ayırırdılar.Baxmayar ki,adanın tədqiqatın ilə məşğul olan geoloji və coğrafi kommisiyanın bu bir nömrəli vəzifəsi idi.Qrenlandiyanın buz örtüyünün tədqiqatı ilə ilk məşğul olan isveç səyyahı O.Nordenşeld olmuşdur. 1883-cü ildə o adanın qərb sahillinə yan almış və 120 km məsafəyə yaxın adanın daxilinə hərəkət etymişdir. Bu zaman o müşahidə etmişdir ki,ərazi 1510 m yüksəkliyə qalxır. Bu ərazidə düşərgə yaratdıqdan sondar daha 230 km irəlləmiş.Hündürlük artıq 1947 m çatmışdır. Nordenşeld sonda bu fikirə gəlmişdir ki,ərazi buz qatı ilə bütünlüklə örtülüdür və quru ərazi heç bir yerdə üzə çıxmır.

3 il sonra amerikan səyyahı R.Piri də adanın daxilınə doğru 180 km hərəkət etmişdir. Bu səfərlərdən sonra F.Nansen adanı qərbdən şərqə kəsib keçməyə qərar verir. 1888-ci ilə çox çətin keçən səyahət nəticəsində o Qotxoba(Nuuk) gəlib çatır və ordanda Norveçə qayıdır.

Müasir dövr

Alfred Vegener(sağda) və ekspedisiya yoldaşı.1930.

XX əsrin 20-ci və 30-cu illərindən sonra Qrenlandiya daha çox əhəmiyyət kəsb etməyə başladı. Şimalı Atlantika üzərindən həyata keçirilən hava marşurutları nəticəsində Qrenlandiyanın iki materika arasına əlverişli dayanacaq nöqtəsi olduğu üzə çıxdı.

1932-1937-ci illər arası Qrenlandiyanın Arktika sektoruna düşən hissəsində 130 ekspedisiya fəaliyyət göstərmiş,bunlardan 32 danimaraka,20 ingilis,16 amerika və 5 alman ekspedisiyası idi.Bu dövürlərdə ada da tədqiqat aparan ekspedisiyalardan diqqət çəkən alman Alfred Vegener idi. Vegener 3 dəfə ada da geniş miqyaslı tədqiqat aparmış,ilk dəfə sünü partalayışlar yaradaraq seysimik dalğaların köməyi ilə buz qatının qalınlığını təyin etmişdır. Hansı ki,əldə olunan nəticələr müasir rəqəmlərə çox yaxın olmuşdur. Bundan başqa adanın iqlimi və üst frin qatının strukturu,temperaturu haqqında dəyərli məlumat toplanmşdır. Təssüf ki,3-cü tədqiqat zamanı Vegener və bir qrup ekspedisiya üzvüləri faciyəvi şəkildə həyatlarını itirmişlər.[9]

İkinci dünya müharibəsi illərində adaya olan maraq azalsada yenədə bəzi tədqiqatlar aparılmışdır. 1942-1943-cü illərdə daha çox amerika tədqiqaçıları adada metroloji araşdırmalar aparmışdılar.

Müharibədən sonra,1948-ci ildə Danimarka adanın ən şimal hissəsi olan Piri torpağı yarımadasının tədqiqatına başladı. Həmən illər artıq adanın aerofoto çəkilişləri aparlmış,1:250 000 miqayaslı xəritələri hazırlanmşdır.1948-1951-ci illərdə adada diqqət çəkən tədqiqatlarda fransız P.E.Viktorun rəhbərliyi ilə həyata keçirilmişdir.

1953-cü ildə artıq Qrenlandiya Danimarkanın ayrılmaz hissəsi hesab olunmağa başlandı. 1979-cü ildən isə danimarka parlamentinin qərarı ilə özünüidarə etmə statusu aldı.[10]

Coğrafi mövqeyi

Arktika və Qrenlandiya

Qrenlandiya Şimali Amerikanın şimal-şərq hissəsində yerləşir. Materikdən və Kanada Arktik arxipelaqında adanı şimaldan Smit boğazı, qərbdən Baffin dəniziDevis boğazı ayırır. Cənubdnan adanı Labrador dənizinin suları Labrador yarımadasından ayırır. Şərqdən Qrenlandiya İslandiya ilə Danimark boğazı ilə sərhədlənir. Ada şimaldan cənuba doğru 2690 km uzanır. Ən enli yeri isə 1300 km-dir.[11][12]. Adada yerləşən Morris Cesup burnu şimal qütbünə ən yaxın quru sahəsi hesab edilirdi.

Geoloji quruluşu

Geoloji baxımdan Qrenlandiyanın böyük hissəsi kristallik qalxandan təşkil olunub.L.Koxa görə bu qalxan KanadaSkandinaviya qalxanı ilə eynilik təşkil edir. Ehtimal olunur ki,ada bütün geoloji tarixi boyunca platforma strukturuna malik olmuşdur. Qrenlandiyanın geoloji formalaşması tarix 6 dövürə bölünür:

  1. Qrenlandiyanın kristallik piltəsinin formalaşması dövrü(Arxey erası-Proterozoy erası)
  2. Kaledon öncəsi çökmə dövrü(Proterozoy erası-Silur dövrü)
  3. Kaledon qırışıqlığı dövrü(Silur dövrü-Devon dövrü)
  4. Üst palezoy və mezozoy strukturu formalaşması dövrü(Devon dövrü-Yura dövrü)
  5. Mezozoy sonu formalaşan struktur(Təbaşir dövrü-Dördüncü dövür)
  6. Buzlaşma dövrü mərhələsi(Dördüncü dövür)[13].

Faydalı qazıntıları

Qrenlandiyanın faydalı qazıntıları tam öyrənilməsədə,yenədə əminliklı demək olar ki,ada müxtəlif faydalı qazıntılarla zəngindir. Qədim kristallik suxurlardan tutmuş cavan vulkanik suxurlaradan təşkil olunmuş gioloji strukturda bir çox qiymətli mineral resurslara rast gəlinir. Adanın əsas faydalı qazıntılarından biri kriolit mineralıdır. Kriolit adanın cənub hissəsindədir.Bundan başqa qərbdə böyük mərmər yataqları və adanı əsas energetik resursu olan qonur kömür ehtiyatı var.[14]

Relyefi

Qrenlandiyanın buz altı relyefi.

Dördüncü dövrün əvvəllərində Qrenlandiyanın böyük hissəsi alcaq dağlıq relyefə malik idi. Buna səbəb də ərəzidə gedən güclü su erroziyası və tektonik proseslərin zəifləməsi idi. Adanın kaledon qırışıqlığına məruz qalmış şərq hissəsi nisbətən yüksək relyefə malik idi.

Buzlaşma dövrünün başlanması ilə demək olar ki,bütün skulptur və akkumulyativ relyef formaları tədricən məhf oldular. Buzlaq örtüyünün güclü relyef yaratma fəaliyyəti olsada adada buzlaq-akkumuliyatif relyef formalarına az rast gəlinir. Buna səbəbdə Qrenlandiyanın büsbütün buz örtüyü altında uzun müddət qalmasıdır. Moren relyef formalarına daha çox adanın buzlaq sərhədlərində təsadüf olunur. Əsasəndə Piri torpağında.

Skorsbi fiordu

Ada da geniş yayılmış relyef formalarından biri sahill terraslarıdır. Şimali-şərqi Qrenlandiyada 500–700 m hündürlüyə malik terraslar müşahidə olunur. Ancaq ümumilikdə adada daha alcaq hündürlüyə malik trraslar geniş yayılıb.(40–50 m). Terrasların əmələ gəlməsinin əsas səbəblərindən biri Dünya okeanının dördüncü dövürdə səviyyəsinin dəyişməsidir.

Hər Qrenlandiyaya yaxınlaşan kəs ilk növbədə sahil boyu uzanan Şxer tipli sahil görür. Eskimoslar bu tip əraziləri "umanaki" (Suiti ürəyi) adlandırırlar. Eni 20 km-dən çox olan bu zolaq adanın daha çox cənubi-qərb və cənubi-şərq hissələrini əhatə edir. Şxer zolağında formalaşan adaların hündürlüyü 100 m-dən yüksək olmur.

Qrenlandiyanın qərbində,şimalında və şərq sahillərində üstünlük təşkil edən relyef formalarından biridə fiordlardı.Eni 2–3 km-dən 10–20 km-dək olan fyordlar forma baxımdan dünyada olan digər fiordlardan fərqlənmirlər. Dərinliyi 700–800 m arasında dəyişir. Nadir hallarda daha dərin fiordlara rast gəlinir (1400 m). Adanın şərqində isə dünyanın ən uzun fiordu Skorsbi yerləşir [15]. Uzunluğu 350 km olan firdun dərinliyidə böyükdür: 1450 m.

Çayların Qrenlandiyada ancaq sahil boyunda meydana gəlməsini qeyde etmək olar. Bu səbəbdəndə çayların yaratdığı relyef formalarına bu ərazilərdə rast gəlmək olar. Buzlağın sərhəddindən okeana kimi bu çaylar qum çöküntüləri gətirdiyindən onların yataqları böyük bir deltanı xatırladır. İ.İensen hesablamışdır ki, İstok fyorduna tökülən çayın 1 kub.m suyun da 9 kq-a qədər çöküntü olur [16]

Arktikada olduğu kimi Qrenlandiyada da yetərincə daimidonuşluq sahələri mövcuddur. Donuşluğun sərhəddi 60°-70°-ci ş.enliyındən keçir. Adanın demək olar ki, ¾ donuşluğa məruz qalıb. Belə ərazilər üçün soliflyukasiya hadisəsi xarakterikdir.

Müasir dövürdə də adanın relyefinin formalaşması davam edir. Bu prosesdə əsas qurunun şaquli hərəkətləri rol oynayır. Ölçmə işlərinin nəticəsinə görə Qrenlandiyanın cənub hissələri 15 ildə 15 sm enir.[17]

Geomorfoloji rayonları

  1. Qərbi kristallik qalxanın dağlıq massivi və yaylası.
  2. Cənub-şərqi kristallik qalxanın dağlıq massivi.
  3. Şərqi Qrenlandiyanın bazalt yüksək dağlığı.
  4. Şərqi Qrenlandiyanın kaledon dağlıq qurşağı.
  5. Şimali Qrenlandiyanın yayala və dağları.
  6. Qərbi Qrenlandiyanın mezozoy və dördüncü dövür vulkanik yaylası.

Buzlaqlar və aysberqlər

Nunatak
Aysberq

Müasir hesablamalara görə buz örtüyü 1834 min.km²-dir. Buz qatının qalınlığı adanın mərkəzində 3300 m-dir. Cənubda və qərbdə buzun qalınlığı 600–1000 m arasında dəyişir. Mərkəzi buzlaq örtüyünün relyefi yekcinsdir. Düz və zəif dalğalı buzlaq örtüyü yüzlərcə kilometir uzanır. Nadir hallarda buzlaq üzərində şiş uclu dağ zirvələrinə - nunataklara rast gəlinir.

Aysberqlər adətən yay aylarında meydana gəlir; qışda fyordlarda buz dilinin hərəkəti dayanır. Qış mövsümündə adətən qərbə olan Böyük Katyak buzlaöından aysberqlər əmələ gəlir. Qrenlandiya aysberqləri qeyri-müəyyən formaya malik olub yüksək hündürlüyə və az enliliyə malidirlər. Daha çox 60–70 m hündürlüklü aysberqlər müşahidə olunsada, bəzən 135 metrə çatan aysberqlərdə qeydə alınır. Onların ağırlığı 15-17 min ton olur [18].

İqlimi

Qrenlandiyada iqlim şərtləri yeterincə müxtəlifdir. Buna səbəb də adanın böyük ölçüyə malik olması və meridian boyu uzanmasıdır. Əyər adanın cənub qurtaracağı mülayim dəniz iqlimi zonasında yerləşirsə, şimal sahil əraziləri artıq arktik iqlimə aiddir.

Atmosfer sirkulyasiyası

Arktik hava kütlələrinin daha isti mülayim enliklərin havası ilə yaratdığı hava cəbhəsi ada üçün çox xarakterikdir. Qərbi, cənubi və şərqi Qrenlandiyanın sahillərində havanın siklonik sirkulyasiyası il boyu üstünlük təşkil edir. Qşda bu siklonlar daha böyük ölçüyə çatır. Hava kütlələrinin soyuması daha çox qışda qeydə alınır. Hansı ki, adanın mərkəzində,buzlaq üzərində temperatura - 60 °C-yə düşür. Başqa xarakterik əlamət adada güclü küləklərin il boyu davam etməsidir. Adanın müxtəlif ərazilərində küləyin orta aylıq sürrəti 9 m/san -4 m/saniyə arasında dəyışir. Fön burada tez-tez müşahidə olunur. Qışda fön havanın 30-40° dərəcə istinməsinə səbəb olur.

Temperatur

Qrenlandiyanı sahil suları

Bitki və heyavanat aləmi

Sahil rayonları

İstinadlar

  1. Coğrafiya ensiklopediyası.II kitab.2012.s.95.
  2. Dicuil.Leber de Menzura Orbis Terras,Berlin,1870.s.41-44.
  3. http://sagadb.org/eiriks_saga_rauda.en#13
  4. Г.М.Игнатьев.Гренландия.Географгиз.Москва-1956.с.6-7.
  5. http://www.historyofnations.net/europe/greenland.html
  6. Г.М.Игнатьев.Гренландия.Географгиз.Москва-1956.с.9.
  7. Г.М.Игнатьев.Гренландия.Географгиз.Москва-1956.с.10-12.
  8. Stephansson W.Greenland.New-York.1943.s.20-29.
  9. Г.М.Игнатьев.Гренландия.Географгиз.Москва-1956.с.20
  10. History of Greenland
  11. http://guide.travel.ru/greenland/geo/
  12. Малый Атлас Мира.Москва.1980.s.129-134.
  13. Г.М.Игнатьев.Гренландия.Географгиз.Москва-1956.s.25-30
  14. http://krugosvet.ru/enc/Earth_sciences/geografiya/GRENLANDIYA.html
  15. http://bse.sci-lib.com/article103003.html
  16. Г.М.Игнатьев.Гренландия.Географгиз.Москва-1956.с.41.
  17. Belknap R.L.The Michigan Pan American Airway Greenland expeditio,G.R.,1934.
  18. Г.М.Игнатьев.Гренландия.Географгиз.Москва-1956.с.52-57.

Həmçinin bax

Xarici keçidlər