Şkola i jizn (jurnal)

Vikipediya, azad ensiklopediya
Gulya S-va (müzakirə | töhfələr) (Jurnalın bağlanması) tərəfindən edilmiş 07:58, 24 oktyabr 2018 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
"Məktəb və həyat" (jurnal)
Təsis tarixi 28 yanvar 1907

"Məktəb və həyat" (jurnal) — Sosial-demokrat bolşevik təşkilatının fəal yardımı ilə 1907-ci ilin yanvarında nəşr olunan leqal jurnal.

Yaranma tarixi

"Məktəb və həyat" ("Школа и жизн") jurnalının ilk nömrəsi 1907-ci il yanvarın 28-də işıq üzü gördü. Jurnalın redaktorları Bakı kişi gimnaziyasının müəllimləri İ.Gepner, K. İosseliani idilər. Jurnalda əsasən sosial-demokrat gənclər iştirak edirdilər. Onlar "Nabat" jurnalını buraxarkən təcrübə toplamışdılar. Jurnalın ümumi tirajı 1000 nüsxə idi, ayda bir dəfə buraxılması nəzərdə tutulmuşdu. İlk nömrə R. Şneyderovun mətbəəsində çap olunmuşdu.

Fəaliyyəti

"Bazar günü, 28 yanvar" sərlövhəli baş məqalədə jurnalın məsləki, yolunda mübarizə apardığı ideallar aydınlaşdırılmışdır. Bu məqaldən görünür ki, jurnal bolşevizm mövqeyini müdafiə etməyi, dövrün mühüm ictimai-siyasi məsələlərinə bu mövqedən yanaşmağı qarşısına məqsəd qoymuşdur. Baş məqalədə jurnalın gənc publisistləri ölkədə bürokratik dövlət quruluşunun məhv edilməsi, xalqın arzu və istəklərinə müvafiq yeni dövlət quruluşu yaratmaq lüzumundan bəhs etmişlər.

"Tələbə-gənclər arasında mənəvi pozğunluq" sərlövhəli məqalədə yeni quruluşun necə, hansı üsullarla yaradıla biləcəyi göstərilir:

" Yanvarın 9-da geniş xalq kütlələri köhnə üsul-idarədən amansız dərs aldıqdan... mübarizənin dinc yolla nəticələnəcəyinə bəslənən bütün ümid və arzuların puç olduğunu öz qanı bahasına dərk etdikdən sonra dinc, tədrici təkamül öz yerini... köhnəliyin zor gücünə yeniliklə əvəz olunmasına verməlidir. "

Jurnal birinci rus inqilabının tarixi əhəmiyyətini düzgün işıqlandırır, onun xarakter xüsusiyyətlərini marksiscəsinə şərh edirdi:

" Hazırki burjua inqilabının əsas xüsusiyyətlərindən biri budur ki, fəhlə sinfi onun avanqardı olmuşdur. Fəhlə sinfinin mənafeyi burjuaziyanın mənafeyinə daban-dabana ziddir. "

"Tələbələrin təbəqləşməsi məsələsinə dair" məqalə tələbə gənclərin inqilabda iştirakı problemlərinə həsr olunmuşdur. Tələbə hərəkatı o zaman müvəffəqiyyət qazana bilər ki, fəhlə hərəkatı ilə birləşsin. Tələbə hərəkatına "təkan vermək lazımdır ki,.. sinfi təlimə, proletariatın sinfi əxlaqına, proletar mənafeyinə nüfuz etsinlər".

Jurnalın bağlanması

"Məktəb və həyat" jurnalının cəmi 4 nömrəsi çıxmış, "zərərli istiqamətinə görə" bağlanmışdır. Redaktorlar müəllimlik vəzifələrindən götürülmüş, jurnalda iştirak edən bəzi gənclər isə məsuliyyətə cəlb olunmuşlar. [1]

Ədəbiyyat

  • N.Mikayılov. "Школа и жизн" jurnalında Lenin ideyaları", ADU-nun elmi əsərləri, "Jurnalistika" seriyası, 1970-ci il, №1, səh.55. Jurnalın birinci nömrəsindən gətirilən sitatlar həmin məqalədən götürülmüşdür.

İstinadlar

  1. N.N.Zeynalov. "Azərbaycan mətbuat tarixi", I hissə. Bakı "ADU", 1973.