Ralf Rotman

Vikipediya, azad ensiklopediya
Burocan (müzakirə | töhfələr) (Həyatı və Fəaliyyəti: hərf səhvi) tərəfindən edilmiş 18:49, 27 aprel 2020 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Ralf Rotmen
alm. Ralf Rothmann
Doğum tarixi 10 may 1953(1953-05-10)[1][2][…] (71 yaş)
Doğum yeri
Fəaliyyəti yazıçı, romançı
Fəaliyyət illəri 1986-cı ildən
Əsərlərinin dili alman dili
Mükafatları Kleist Preis
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ralf Rotman (Ralph Rothmann, d. 10 May 1953) - alman yazıçı və dramaturq.[1]

Həyatı və Fəaliyyəti

Ralf Rotmen 10 May 1953-cü ildə Almaniyanın şimal-şərqində yerləşən Schleswig şəhərində doğulmuşdur. Ortaməktəbdən sonra qısamüddətli ticarət məktəbinə getmiş, ardınca isə tikintidə çalışmışdır. 1976-cı ilə Berlinə köçmüş və 1986-cı ildə "Bıçağın Ucu" adlı ilk əsərini nəşr etdirmişdir. [2] Bir çox dillərə tərcümə edilmiş çoxsaylı əsərləri mövcuddur.[3]

2004-cü ildə "Gənc İşıq" adlı əsərini dərc etdirmişdir. Kitabda, 12 yaşlı yeniyetmənin 1960-cı illərin sənayə bölgəsi olan Almaniyanın Ruhr şəhərindəki yaşayışı psixoloji detallarla oxuculara təqdim olunmuşdur.[4] "Gənc İşıq" əsəri 2016-cı ildə "Junges Licht" adı ilə filmləşdirilmişdir. [5]

Mükafatları

2017-ci ilə Almaniyanın nüfuzlu "Kleist Preis" mükafatına layiq görülmüşdür.[6]

Mənbə

  1. https://liton.nrw/person/rothmann-ralf
  2. https://books.google.com.tr/books/about/Knife_Edge.html?id=njZ12es8OUgC&redir_esc=y
  3. https://www.dr.com.tr/Yazar/ralf-rothmann/s=273887
  4. https://www.dw.com/en/ralf-rothmann-young-light/a-44622771
  5. https://www.imdb.com/title/tt4830708/

Xarici keçidlər

  1. Ralf Rothmann // filmportal.de. 2005.
  2. Ralf Rothmann // Brockhauz Ensiklopediyası (alm.).