Yemişan kəpənəyi

Vikipediya, azad ensiklopediya
Vagobot (müzakirə | töhfələr) (Ədəbiyyat: +Taksonbar using AWB) tərəfindən edilmiş 16:32, 14 avqust 2020 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Yemişan kəpənəyi
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
???:
Yemişan kəpənəyi
Beynəlxalq elmi adı

Yemişan kəpənəyi (lat. Aporia crataegi) — buğumayaqlılar tipinin kəpənəklər və ya pulcuqluqanadlılar dəstəsinin baramasarıyanlar fəsiləsinə aid olan növ.

Xarici quruluşu

Yemişan kəpənəyinin qanadları ağ, onun damarları isə qonur-qəhvəyi rənglidir. Yumurtaları qırmızı-sarı rəngli, saplaqlı, 1,5 mm uzunluqda olur. Tırtılın bədəni uzun tüklü olmaqla qaramtıldır. Bel hissəsində narıncı-qəhvəyi rəngli üç qara zolaq uzanır.

Həyat tərzi

2 və 3-cü yaş tırtılları sapla bir- birinə bağlanan, yarpaqlardan düzəldilmiş yuvalarda qışlayırlar. Belə yuvalar ağacın kiçik budaqlarından sapla asılmış olur. Hər yuvada 25-30 ədəd tırtıl qışlayır. Yazın əvvəllərində, qış yuvasından çıxan tırtıllar, ağacların tumurcuqlarının içərisini, sonra isə çiçək, qönçə və yarpaqları ilə qidalanırlar. Bəzi illərdə kütləvi çoxalma dövründə, olduqca ciddi ziyan vururlar (70-75%). Hətta bəzək ağacları tamam çılpaqlaşır. Dekorativ meyvə ağaclarının çiçəklənməsi qurtarana yaxın və meyvə başlanğıcı əmələ gəldiyi dövrdə tırtıllar ağacların gövdə və budaqları üzərində pup halına keçirlər. 10-12 gündən sonra puplardan kəpənəklər çıxır.

15-18 gün keçdikdən sonra kəpənəklər cütləşir və yumurta qoymağa başlayırlar. Dişilər yumurtalarını yarpağın üst tərəfinə, topa halında yerləşdirirlər və hər topada 25-30 yumurta olur. Hər dişi fərd 200-300-dək yumurta qoyur. 10-15 gündən sonra yumurtalardan tırtıllar çıxmağa başlayır. Yemişan kəpənəyi ildə bir nəsil verir.

Yayılması

Rusiya, Azərbaycan, Qafqaz, Moldova, Ukrayna, Yaponiya, Koreya, Şərqi Avropa.

Ədəbiyyat

  • E.F.Səfərova. Abşeronda bəzək bitkilərinə zərərverən cücülər, onların biotənzimlənməsində entomofaqların rolu (Dissertasiya). Bakı, 2013