Eak

Vikipediya, azad ensiklopediya
Elshad Iman (Elşad İman) (müzakirə | töhfələr) (vikiləşdirmə) tərəfindən edilmiş 22:46, 23 mart 2021 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Eak
q.yun. Αιακός
Mifologiya qədim yunan mifologiyası
Cinsi kişi
Atası Zevs[1]
Anası Egina
Qardaşı Manes
Arvadı Endeida, Psamafaya
Uşaqları Peley, Fok, Telamon
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Eak (həmçinin Ayak və ya Oyak, q.yun. Αἰακός, lat. Aeacus) — qədim yunan mifologiyasında personaj, Zevsin oğlu və Egina adasının hökümdarı. O, güclü ədalət və dindarlıq hissləri ilə seçilirdi. AxillesAyaks Telamonidin də daxil olduğu Eakidlər sülaləsinin əcdadıdır. Bir mifə görə, vəfatından sonra axirət dünyasında hakim oldu.

Eakın anası Egina idi, hansı ki çay tanrısı Asopun qızı və Saronikos körfəzində yerləşən adanın eponimi olmuşdur (qədim müəlliflərindən yalnız biri Mavr Sevi Honorat Eakın anası kimi digər qadını Avropanı qeyd edir). Elə məhz bu adada Eak dünyaya göz açdı. Hesiod tərəfindən yazılmış mifin köhnə versiyasına görə, o, orada yeganə insan idi; Zevs onun istəyi ilə yerli qarışqaları insanlara çevirdi və beləliklə yeni Mirmidonlar xalqı yarandı və Eak onların hökümdarı oldu.[2] Sonrakı dövrlərdə yaşayan müəlliflər yazırlar ki, qısqanc Hera Eginaya azar göndərdi, bunun nəticəsində bütün yerli sakinlər öldü. Elə onda da Zevs palıd[3][4] və ya əncir[5] ağacının yanında sürünən qarışqaları insanlara çevirdi. Pavsaninin rəvayətinə görə, Zevs Eak üçün insanları torpaqdan yaratdı.[6][7]

Mirmidonlar hökümdarı insanlar arasında ən dindarı hesab olunurdu[8]; xüsusilə Mavr Sevi Honoratın məlumatlarına əsasən, məhz Eak Zevsin ilk ibadətgahını qurmuşdur (Arkadiyada). Androgeyin Egey tərəfindən[9] və ya Stimfalın Pelops tərəfindən[2] öldürülməsi səbəbindən Elladada ciddi məhsul qıtlığı başlayanda, Eak Zevsə dua etdi və bu fəlakət dayandı. Pindara əsasən, Eak PoseydonApollonla birgə Troya divarlarının inşasında iştirak etmişdir. İş başa çatdıqda üç ilan divarlara dırmaşdı və onlardan ikisi yerə yıxılaraq öldü, üçüncüsü isə Eakın ərazisinə sürünərək şəhərə keçə bildi. Bu hadisə belə izah edildi ki, Eakın nəsilindən olan insan Troyanı həmlə ilə zəbt edəcək.[10][11]

Nonn Panopollu Eakı Dionisin Hindistan kampaniyasının iştirakçısı[12]Nemeya hökmdarı Ofeltin şərəfinə qurulan dəfn oyunlarında hakim kimi qeyd edir: o, araba yarışlarında hakim idi[13], özü isə nizə atma[14] və güləş[15] yarışlarında iştirak edirdi. Stefan Bizanslı Eakı Fessaliya regionunda yeləşən Diya şəhərinin qurucusu, Servi isə bütövlüklə bu ölkənin hökümdarı adlandırır. Nəhayət, Böyük Pliniyə əsasən, Eak gümüşü kəşf etmişdir[16] (çox güman ki, qədim insanlar Eginanın sikkə döyülməsində birinciliyini bu cür izah edirdilər).[17]

Eak öldükdən sonra tanrılar onu MinosRadamantla birgə ölülər dünyasının hakimlərindən biri kimi təyin etdilər.[18][19]

Endeida Eakın həyat yoldaşı, SkironXariklo isə qızları idi, sonuncu Telamon (Ayaks Telamonidin atası) və Peleyi (Axillesin atası) dünyaya gətirmişdir. Digər mənbələrdə, Fokun (Fokidanın eponimi) anası[18] nereida Psamafaya Eakın sevgilisi kimi göstərilir. Telamon və Peley analarının tapşırığı ilə atadan bir-anadan ayrı qardaşlarını öldürdülər və buna görə Eak onları qovdu.[20]

Tarixi dövrdə Egində Eakion yerləşirdi, mərmər divarların arxasında yerləşən bu müqəddəs məntəqədə Eaka aid qəbir daşı var idi.[21] Adanın sakinləri əfsanəvi hökümdarlarının xatirəsinə oyunlar təşkil edirdilər Afinada Eak şəxsiyyətinə pərəstiş mövcud idi.[17] FilaidlərEpir hökümdarları Pirridlər nəsillərini bu qəhramandan başladığını iddia edirdilər, Makedoniyalı İsgəndər isə Pirridlərdən.[22] Eak Aristofanın "Qurbağalar" komediyası və Lukianın bir neçə dialoqlarında Ölülər aləminin hakimi kimi təsvir olunub. Qədim rəssamlar onu bu obrazda tez-tez təsvir edirdilər.[23]

Tədqiqatçılar inanırlar ki, qədim müəlliflər Salamin hökumdarı Telamonu Eakın oğlu kimi göstərməklə Egina sakinlərinin Salaminə olan haqlarını əsaslandırmağa çalışırdılar.[18]

Mənbə və ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  1. Psevdo-Apollodor. Мифологическая библиотека. Л.: Наука. Перевод, заключительная статья, примечания, указатель В. Боруховича. 1972.
  2. Herodot. История. М.: Ладомир. 2001. ISBN 5-86218-353-1.
  3. Гигин. Мифы. СПб.: Алетейя. Перевод, комментарий Д. Торшилова под общей редакцией А. Тахо-Годи. 2000. ISBN 5-89329-198-0.
  4. Siciliyalı Diodor. Историческая библиотека. СПб.: Алетейя. Перевод, статья, комментарии и указатель О. Цыбенко. 2005. ISBN 5-89329-716-4.
  5. Nonn Panopollu. Деяния Диониса. СПб.: Алетейя. 1997. ISBN 5-89329-033-х.
  6. Ovid. "Сочинения". İstifadə tarixi: 2019-09-01.
  7. Pavsani. Описание Эллады. М.: Ладомир. 2002. ISBN 5-86218-298-5.
  8. Первый Ватиканский мифограф. Алетейя. Перевод, вступительная статья и комментарии Viktor Yarxo. 2000. ISBN 5-89329-210-3.
  9. Pindar. Vakxilid. Оды. Фрагменты. М.: Наука. 1980.
  10. Böyük Plini. "Естественная история". İstifadə tarixi: 2019-09-15.
  11. Plutarx. Сравнительные жизнеописания. 2. М.: Наука. 1994. ISBN 5-306-00240-4.
  • V. Yarxo. Эак // Мифы народов мира . 2. 1988. 654.
  • Hattendorff C. Alexander // Historische Gestalten der Antike. Rezeption in Literatur, Kunst und Musik. Stuttgart/Weimar. 2013. 17—58.
  • Wörner E. Aiakos // Ausführliches Lexikon der griechischen und römischen Mythologie. Leipzig: B. G. Teubner. Roscher Wilhelm Heinrich. 1886.