Azad Rəhimov
Azad Rəhimov | |
---|---|
| |
Azərbaycan Respublikasının gənclər və idman naziri[d] | |
7 fevral 2006 – 30 aprel 2021 | |
Sonrakı | Fərid Qayıbov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 oktyabr 1964 |
Doğum yeri | |
Vəfat tarixi | 30 aprel 2021 (56 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər xərçəngi |
Dəfn yeri | |
Partiya | Bitərəf |
Təhsili | Azərbaycan Xarici Dillər İnstitutu |
Fəaliyyəti | siyasətçi |
Uşağı | 1 |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Azad Arif oğlu Rəhimov (8 oktyabr 1964, Bakı – 30 aprel 2021, Nyu-York, Nyu-York ştatı[1]) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikasının gənclər və idman naziri (2006–2021).
Həyatı
Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olmuşdur. Onun babası 1954–1958-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetini sədri olmuş Sadıq Rəhimovdur.
Azad Rəhimov 1971-ci ildə Səbail rayonunda 134 nömrəli tam orta məktəbin birinci sinifinə daxil olmuşdur və 1981-ci ildə oranı bitirmişdir. Daha sonra o, 1981-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna qəbul olmuşdur və 1986-cı ildə oradan ingilis dili müəllimi ixtisası üzrə məzun olmuşdur.
1986–1987-ci illərdə Sovet Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur.
Azad Rəhimov 2021-ci ilin yanvar ayından ağciyər xərçəngindən və qaraciyər serozundan müalicə alırdı. O, 30 aprel 2021-ci ildə Bakı vaxtı ilə saat 22:45-də ağciyər xərçəngindən müalicə aldığı Amerika Birləşmiş Ştatlarında dünyasını dəyişib.[2]
Fəaliyyəti
Azad Rəhimov 1984-cü ildən 1986-cı ilə qədər Xətai rayonunda 245 nömrəli tam orta məktəbdə Komsomol Komitəsində vəzifəsində çalışmışdır.
1987-ci ildən 1989-cu ilə qədər Azərbaycan SSR Lenin Komsomolu Gənclər İttifaqının Xətai Rayon Komitəsində şöbə müdiri vəzifəsində, 1989–1990-cı illərdə Azərbaycan SSR Gənclər İttifaqı Komitəsinin sədri vəzifəsində çalışmışdır.
Azad Rəhimov 1994–1998-ci illərdə "Ros-İMESKO" Məhdud Məsuliyyəti Cəmiyyətinin rəhbəri vəzifəsində, 1998–2006-cı illərdə isə "Italdizain" Qapalı Tipli Səhmdar Cəmiyyətinin rəhbəri vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2006-cı il tarixli 1275 nömrəli Sərəncamı ilə Azad Rəhimov Azərbaycanın Gənclər və İdman naziri vəzifəsinə təyin edilmişdir.
Azad Rəhimov Azərbaycanın Gənclər və İdman naziri olduğu müddət ərzində 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsinin[3], 2015-ci ildə Avropa Oyunlarının[4], 2016-cı ildə Ümümdünya Şahmat Olimpiadasının[5], 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının[6], 2017-ci ildə voleybol üzrə qadınları Avropa Çempionatının[7], 2019-cu ildə UEFA Avropa Liqası Finalının[8], 2019-cu ildə Avropa Gənclərinin Olimpiya Festivalının[9], 2020-ci ildə isə UEFA Avropa Çempionatının[10] Azərbaycanda baş tutması üzrə yaradılan Komitələrin üzvü olmuşdur.
Təltif və mükafatları
Azərbaycanda idman sahəsində xidmətlərinə görə Azad Rəhimov Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1298 nömrəli Sərəncamına əsasən "Şöhrət" ordeni ilə, gənclərlə iş sahəsində xidmətlərinə görə isə Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyul 2019-cu il tarixli 1344 nömrəli Sərəncamına "Vətənə xidmətə görə" 1-ci dərəcəli ordeni ilə təltif edilmişdir.
Ailəsi
Azad Rəhimov ailəli idi. Arif adında bir oğlu var idi.
İstinadlar
- ↑ 1 2 Azerbaijan Minister of Youth and Sport Azad Rahimov dies of cancer at age of 56.
- ↑ "Azad Rəhimovun oğlu ictimaiyyətdən pandemiya səbəbindən dəfn mərasiminə gəlməməyi xahiş edib". apa.az. 1 may 2021. İstifadə tarixi: 1 may 2021.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "2012-ci ildə "Eurovision-2012" mahnı müsabiqəsinin baş tutması haqqında Azərbaycan Prezidentinin 19 may 2011-ci il tarixli 1512 nömrəli Sərəncamı". www.e-qanun.az. 19.05.2011. 2021-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19.05.2011.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "2015-ci ildə I Avropa Oyularının baş tutması haqqında Azərbaycan Prezidentinin 17 yanvar 2013-cü il tarixli 2665 nömrəli Sərəncamı". www.e-qanun.az. 17.01.2013. 2021-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17.01.2013.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "2016-cı ildə Ümümdünya Şahmat Olimpiadasının baş tutması haqqında Azərbaycan Prezidentinin 14 fevral 2013-cü il tarixli 2718 nömrəli Sərəncamı". www.e-qanun.az. 14.02.2013. 2021-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.02.2013.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının baş tutması haqqında Azərbaycan Prezidentinin 18 sentyabr 2015-ci il tarixli 1412 nömrəli Sərəncamı". www.e-qanun.az. 18.09.2015. 2021-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.09.2015.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "2017-ci ildə voleybol üzrə qadınlar arasında Avropa Çempionatının baş tutması haqqında Azərbaycan Prezidentinin 18 noyabr 2016-cı il tarixli 2452 nömrəli Sərəncamı". www.e-qanun.az. 18.11.2016. 2021-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.11.2016.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "2019-cu ildə UEFA Avropa Liqasının Finalının baş tutması haqqında Azərbaycan Prezidentinin 7 may 2018-ci il tarixli 58 nömrəli Sərəncamı". www.e-qanun.az. 07.05.2018. 2021-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 07.05.2018.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "2019-cu ildə Avropa Gənclər Olimpiya Festivalının baş tutması haqqında Azərbaycan Prezidentinin 15 may 2018-ci il tarixli 82 nömrəli Sərəncamı". www.e-qanun.az. 15.05.2018. 2021-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.05.2018.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "2020-ci ildə UEFA Avropa Çempionatının baş tutması haqqında Azərbaycan Prezidentinin 9 sentyabr 2016-cı il tarixli 2330 nömrəli Sərəncamı". www.e-qanun.az. 09.09.2016. 2021-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.09.2016.
- 8 oktyabrda doğulanlar
- 1964-cü ildə doğulanlar
- Bakıda doğulanlar
- 30 apreldə vəfat edənlər
- 2021-ci ildə vəfat edənlər
- 56 yaşında vəfat edənlər
- Nyu-Yorkda vəfat edənlər
- II Fəxri Xiyabanda dəfn olunanlar
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilənlər
- "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı ilə təltif edilənlər
- "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005–2015)" yubiley medalı ilə təltif edilənlər
- "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992–2017)" yubiley medalı ilə təltif edilənlər
- "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993–2018)" yubiley medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Ağciyər xərçəngindən ölənlər