Fəridə Ləman

Vikipediya, azad ensiklopediya
Gunel Mustafayeva (müzakirə | töhfələr) (→‎İstinadlar) tərəfindən edilmiş 18:31, 18 avqust 2024 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Fəridə Ləman
Fəridə Ləman Kamil qızı
Fayl:Feride Leman.jpg
Fəridə Ləman
Doğum tarixi 26 noyabr 1953(1953-11-26) (71 yaş)
Doğum yeri Kəmərli, Qazax rayonu, Azərbaycan
Milliyyəti Azərbaycanlı
Elm sahəsi dilçilik
Elmi dərəcəsi
  • filologiya elmləri namizədi[d]
İş yeri "Məhsəti" jurnalının baş redaktoru
Təhsili
Elmi rəhbəri Müseyib Məmmədov
Üzvlüyü Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvü
Mükafatları "Tərəqqi" medalı

Fəridə Ləman (26 noyabr 1953, Kəmərli, Qazax rayonu) — filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü.

Həyatı

Fəridə Kamil qızı Qaybalıyeva ( Fəridə Ləman) 1953-cü il,noyabr ayının 26-da Qazax rayonunun Kəmərli kəndində anadan olub.Orta təhsilini Kəmərli kənd orta məktəbində alıb. 1970-1974-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində ali təhsil alaraq.göndərişlə Cəlilabad rayonunun Novoqolovka(Uzuntəpə ) kəndində işləmişdir. Təyinat müddəti başa çatdıqdan sonra Bakı şəhərinə dönərək müxtəlif mətbu orqanlarda işləməklə yanaşı,elmi işlə də məşğul olmuşdur. Fəridə Ləman " Gənclik","Azərbaycan qadını" jurnallarında,"Azərbaycan","Respublika", " Azad Azərbaycan"," Dəli Kür" qəzetlərində müxbir,müxbirlər şöbəsinin müdiri və baş redaktor vəzifələrində çalışmışdı. 1996 -cı ildə " Müasir Azərbaycan bədii əsərlərinin dilində epitetlər" mövzusunda müdafiə edərək,filologiya üzrə fəlsəfə doktoru adı almışdır. O,dissertasiya işinə əlavə olaraq "Azərbaycan dilinin epitetlər lüğəti"kitabını hazırlamışdı. AYB və AJB -nin üzvüdür,60-a yaxın müxtəlif səpgili kitabların müəllifidir. Prezident mükafatşısı Fəridə Ləman Türkiyədə bir çox simpozium və konfranslarda,o cümlədən 1999 -cu ildə ilk Türk dünyası qadınlar qurultayında,eyni zamanda müstəqil ölkəmizin qadınlar qurultayında iştirak etmişdir. O,ictimai televizyanın himnini yazmışdır."Türk marşı" və "Azərbaycan" marşları 2005-ci ildə Dünya azərbaycanlılarının Ylll qurultayında Ankarada xalq artisti Lütfiyar İmanov tərəfindən səsləndirilmişdi. Fəridə Ləman yaradıcılıq xidmətlərinə görə çox sayda diplom və mükafatlara layiq görülmüşdü. 2019-cu ildə Tərəqqi medalı ilə təltif olunmuşdur. O,2006-2013 cü illərdə AMEA Nəsimi adına Dilçilik İnstitunun Müasir Azərbaycan dili şöbəsində baş elmi işçi işləmiş,lüğət şöbəsi ilə birgə "Səməd Vurğunun bədii dilinin izahlı lüğəti"kitabını hazırlamış və "Səməd Vurğun Mükafatı" diplomuna layiq görülmüşdü. 1997 -ci ildə "Sevil! Qadınlar Məclisi Poeziya klubunun rəhbəri olmuşdu. 2001-ci ildə "Məhsəti "Şairlər Məclisini yaratmış,2003-cü ildə "Məhsəti"jurnalını təsis etmişdir və onun baş redaktorudur. 2012-ci ildə "Mübarizlı Vətən "əsəri Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında və Gədəbəy,Ağstafa,Qazax bölgələrində oynanılmışdır. Azərbaycan incəsənətinin korifeyləri- Gülxar Həsənova,Əminə Dilbazi,Baba Mahmudoğlu,Nərminə Məmmədova,Töhfə Əliyeva,Aliyə Ramazanova haqqında yazdığı kitablar mədəniyyətimizə böyük töhfədir. Onun şəhidlərimiz haqqında onlarla kitabı nəşr olunub,Aprel şəhidlərimiz Mühüd Orucov haqqında "Mühüdüm- şəhidim", Elvin Namazov haqqında " Donmuş təbəssüm".Orxan Əliyev haqqında " Cənnətdən məktublar" kitablarını şap etdirmişdi. Fəridə Ləmanın "Tale adlı Yazı varmış" şeirlər kitabı Ali Kafkasiyalı tərəfindən Ərzrumda,Milli qəhrəman Mübariz İbrahimova həsr olunmuş "Mübarizim bir dünya" kitabı Türkiyədə prof.Tamella Abbasxanlının madıı dəstəyi ilə," AEA BA BULBUL" ( Oxu bülbül" ) kitabı Özbəkistanda tərcüməçi Dilbar banu Heydərova tərəfindən nəşr etdirilmişdi. Ulu Öndərə həsr olunmuş "Onu zaman seçib "poeması bir çox ali məktəblərdə və YAP təşkilatlarında nümayiş olunmuşdu.Əsər ingilis dilinə tərcümə olunaraq Heydər Əliyevin 85 illiyində kitab kimi çap olunaraq Kanadanın Toronto şəhərinədə büstün açılışı zamanı oraya göndərilmişdi. Fəridə Ləman haqqında "Çalıquşu" və "Bizim Fəridə" kitabları yazılmaqla yanaşı bir çox kitablarda da yazılar getmişdı. 44 günlük müharibədə o da zəfər nəğmələri ilə milli ordumuza,Ali baş komandanımıza dəstək olmuş,musiqilər bəstələtmişdi.

Yaradıcılığı

Bədii yaradıcılığa 1970-ci illərdən başlamışdır. Fəridə Ləman 50-dan çox kitabın müəllifidir.

Fəaliyyəti

İran və Türkiyədə dövlət tədbirlərində olub. 1998-ci ildə Müstəqil Azərbaycanın Qadınlar qurultayında, 1999-cu ildə Türk dünyası Qadınlarının ilk qurultayında (İstanbul), 2005-ci ildə Dünya Azərbaycanlıları Konqresinin VIII qurultayında (Ankara) nümayəndə olub.

1997-ci ildə "Sevil" Qadınlar Məclisi poeziya klubunun rəhbəri, 1998-ci ildə "Xatun" ədəbi Məclisinin sədri olmuşdur; 2001-ci ildə "Məhsəti" Şairlər Məclisini yaradıb; 2003-cü ildə eyni adlı "Məhsəti" jurnalını təsis edib, həmin jurnalın baş redaktorudur.

Fəridə Ləman Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin idarə heyətinə üzv və Qadınlar Şurasına sədr seçilib (2007–2017).

İİR-nin Mədəniyyət Mərkəzinin İmam Rzanın doğum günü və Həzrəti Məsumə ilə bağlı keçirdiyi şeir müsabiqəsində qalib olmuş, Urmiyada şeir festivalında iştirak etmişdir (2007); Uluslararası Yunus Emre Kültür və sanat haftasında iştirakçı olmuşdur (6–10 may 2008).

Fəridə Ləman Azərbaycan diaspor himninin, Türk marşının (hər iki mahnı 2005-ci ildə Ankarada DAK-ın VIII qurultayında xalq artisti Lütfiyar İmanov tərəfindən səslənmişdi) və İctimai Televiziyanın himninin müəllifidir.

2010-cu ildə Osmanqazi Universitetində 2-ci Ulusal simpoziumda və IV Uluslararası Kıprıs simpoziumda (Türkiyə) iştirak edib.

2012-ci ildə Azərbaycan Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş "Mübarizli vətən" əsəri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnələşdirilmiş, teatrın özündə və sərhəd bölgələr — Gədəbəy, Qazax, Ağstafa bölgələrində əsgərlərin və rayon ictimaiyyətinin iştiraki ilə göstərilmişdi.

2013-cü ildə yaradıcılıq xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülmüşdür.

2014-cü ildə (14–17 aprel) Eskişehir Türk Dünyası Çocuk- Edebiyyatı Sempoziyumunun iştirakçısı olmuşdur.

2014-cü ildə Türkiyədə "Bayraklarda Hilalımız" Güldeste (Eskişehir) şeirləri işıq üzü görmüşdür.

2014-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən "Vətən sevgisi sərhəddə başlamır, sərhəddə bitmir" kitabında şeirləri dərc olunmuşdur.

Jurnalistlik fəaliyyəti

Fayl:Feride Leman1.jpg
Fəridə Ləman

Fəridə Ləman "Azad Azərbaycan" qəzetində Gəncə-Qazax bölgəsi üxrə xüsusi müxbir (1992–1993), "Gənclik" jurnalında korrektor, "Azərbaycan" qəzetində müxbir, "Azərbaycan qadını" jurnalında müxbir, "Xatun" jurnalında baş redaktor, "Məhsəti" jurnalında baş redaktor, "Azad Azərbaycan" qəzeti müxbirlər şöbəsinin müdiri, "Respublika" qəzetində müxbir və "Dəli Kür" qəzetində baş redaktor vəzifələrində çalışmışdır.

Mükafatları

  • "General Həzi Aslanov" adına (fəxri diplom, 1995)
  • "Xanqızı Natəvan" adına (diplom, 1995)
  • "Araz" ali ədəbi mükafatı (1999)
  • "Qızıl qələm" mükafatı (2000)
  • "Həsənbəy Zərdabi" mükafatı (2000)
  • "Əliağa Şıxlinski" adına diplom (2004)
  • "Milli Heysiyyət" və "Qopuz" (2006) fəxri diplomları
  • Cəfər Cabbarlı mükafatı (2010)[1]
  • "General Əliağa Şıxlinski" yubiley medalı — 2016
  • "Səməd Vurğun Mükafatı" diplomu
  • "Tərəqqi" medalı — 2019

Kitabları

  • Tale adlı yazı varmış, 1991
  • Suya danışılan yuxu, 1994
  • Torpağın yaddaşı, 1995
  • Azərbaycan Bədii Dilinin Epitetlər lüğəti, 1995
  • Qazax mahalının şəhidləri, 1995
  • Hələ yol gedirik, 1996
  • Həsən ağa Qiyasbəyli, 1996
  • Oğlundan qızından yarısa vətən, 1996
  • Dünya qəm yuvasıdır, 1998
  • Solsa da göy çəmənlər, 1998
  • Qəm çiçəyi, 1999
  • Cəsur Kamandar, 1999
  • Əminə Dilbazi, 1999
  • Folklor fədaisi, 1999
  • Səlcuqdan gələn səs, 2001
  • Məhsəti, 2002
  • Azərbaycanın şair və aşıq qadınları, 2003
  • Nur heykəli, 2003
  • Azadlıq carçısı, 2003
  • Çinar −50, 2004
  • Ürəyimi sabahlara açıram, 2004
  • Rəqs mələyi, 2005
  • Can Azərbaycan, 2006
  • Səsin töhfəsi, 2006
  • Gülü xar olan Gülxar, 2007
  • Müasir Azərbaycan dilində epitetlər, 2007
  • Onu zaman seçib, 2008
  • Azərbaycan poeziya çələngi, 2008
  • Məhsəti ensiklopediyası, 2008
  • Qorxusuz Tehran, 2011
  • Anama məktub, (1-ci cild) 2011
  • Dəyər, 2011
  • Dəyər, (2-ci cild) 2011
  • Ölsəm yer xoş olar, qalsam el , 2011
  • Qılınc kəndi dastanı, 2011
  • İncilər ensiklopediyası, 2011
  • Təəssüb, 2011
  • Mübarizli vətən, 2012
  • Cəbhədən cəbhəyə (döyüş bölgələrindən reportajlar), 2013
  • İncə qartalı, 2013
  • Bura vətəndir, 2015
  • Varis, 2015
  • Yadigar, 2015
  • Lalələr şəhid qanı, 2015
  • Ağlayan ümidlər, 2015
  • Birini sən de, birini də mən, 2017
  • Sönməyən ulduzlar, 2017
  • Ocaq daşı, 2018
  • "Mühüdüm – şəhidim", 2019
  • "Donmuş təbəssüm", 2019
  • "Cənnətdən məktublar", 2019

Xaricdə nəşr olunan əsərləri

  • Tale adlı yazı varmış, 1992 (Ərzurum, Türkiyə)
  • Mübarizim bir dünya, 2015 (Əskişəhər, Türkiyə)
  • Bülbül və qadın, 2017 (Daşkənd, Özbəkistan)
  • "Oxu bülbül" (Özbəkistan)

Haqqında yazılanlar

  • XX əsr Azərbaycan qadınları- 2001
  • XX əsrin elitar qadınları (Azərbaycan və ingilis dilində)- 2006
  • Elmira Həsənqızı "Yüksələn dövlətimiz"- 2010
  • "Məhsəti" ensiklopediyası- 2008
  • Zərif imzalar- 2010
  • Müstəqil Azərbaycan qadını- 2011
  • Mahmud Vəli, Ziyamız ziyalılarımız- 2012
  • "İncilər" ensiklopediyası- 2011
  • "Fəridə Çalıquşu"- 2013

İstinadlar


Xarici keçidlər