Bulavin üsyanı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa, brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kondarti Bulavinin evi, Staroçerkaska

Bulavin üsyanı (1707–09) — Rusiyada kəndli və kazakların antifeodal hərəkatı.[1]

Həyata keçirilməsi

Başçısı K. A. Bulavin idi. Üsyanda kazaklar, onlara qoşulmuş qaçqın kəndlilər, şəhər əhalisinin aşağı təbəqələri, həmçinin Volqaboyunda yaşayan xalqlar – tatarlar, mordvalar və b. da iştirak edirdi.

Birinci mərhələsi

Üsyan 1707-ci il oktyabrın 9-na keçən gecə başlandı, tezliklə Donun yuxarı axarlarında qaçqın kəndlilər yaşayan şəhərcikləri bürüdü. Lakin üsyançılar məğlub edildi; Bulavin, tərəfdarları ilə Zaporojye Seçinə qaçdı.

İkinci mərhələsi

1707-ci ilin sonunda üsyanın ikinci mərhələsi başladı. Hərəkat DonVolqaboyunu, Ukraynanın bir hissəsini bürüdü. 1708-ci il mayın 1-də Bulavin Çerkassı şəhərini tutdu. Üsyançıların bir hissəsi Volqaboyunda, digəri Sloboda Ukraynasında fəaliyyət göstərirdi. Bulavin əsas qüvvələrlə Azova hücuma hazırlaşırdı. Qüvvələrin parçalanması üsyanın məğlubiyyətini asanlaşdırdı. 1708-ci il iyulun 6-da Bulavin Azovu mühasirəyə aldı, lakin tuta bilmədi. Üsyanda iştirak edən varlı kazaklar həlledici vaxtda ona xəyanət etdilər. İyulun 18-də yasavullar Bulavini öldürdülər. Üsyanın üçüncü mərhələsində ayrı-ayrı dəstələr 1709-cu ilin əvvəlinədək Orta və Aşağı Vol -qaboyunda fəaliyyət göstərdi. Bulavin üsyanı amansızcasına yatırıldı. Üsyançıların bir hissəsi çar qoşunlarının təqibindən xilas olmaq üçün 1740-cı ildə ataman İ. Nekrasovun başçılığı ilə Türkiyəyə köçdü. 1962-ci ildə bulavinçilərin nəsillərinin böyük bir qrupu SSRİ-yə (Stavropol diyarına) qayıtdı.[1]

İstinadlar

  1. 1 2 Bulavin üsyanı// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 67.