Senqe Motomaro

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa, brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Senqe Motomaro
yap. 千家元麿
Doğum tarixi 8 iyun 1888(1888-06-08)
Doğum yeri
Vəfat tarixi 14 mart 1948(1948-03-14) (59 yaşında)
Vəfat yeri
Təhsili
  • Keyo Universiteti[d]
Fəaliyyəti şair
Əsərlərinin dili yapon dili

Senqe Motomaro (千家 元麿?, 8 iyun 1888, Tokio[d]14 mart 1948, Tokio)Yaponiya şairi.

Həyatı

Senqe Motomaro 1888-ci ildə Yaponiyanın Tokio şəhərində Senqe Takatominin oğlu kimi doğulmuşdur.[1] Keyo Universitetində təhsil almış, Koroku Satonun şagirdi olaraq hayku öyrənmişdir.[1]

Yaradıcılığı

Senqenin poeziyası humanistik və optimistik tonuna görə tanınır, eləcə də, Şirakaba məktəbinin fəlsəfəsini əks etdirir.[2] O, gənc yaşlarından etibarən bu məktəbə qoşulmuş və ölümünə qədər məktəbə sadiq qalmışdır.[2] Senqə bəzi illərdə aylıq 30–40 şeir yazırdı.[2] O, şeirlərini "sənətsiz" adlandırsa da, emosionallıqdan uzaqlaşaraq gündəlik hadisələri təsvir etməyə çalışırdı.[2]

Əsas kitablarından biri olan "Cibun va mita" (azərb. "Mən gördüm"‎, 1918) əsərinin açılış şeiri olan "Kuruma no oto" (azərb. "Maşınların səsi"‎ ən məşhur şeirlərindən biri hesab olunur.[2] "Mukaşi no ie" (azərb. "Keçmişin evi"‎, 1929) adlı avtobioqrafik əsərində isə aristokratik tərbiyəsini təsvir etməyə çalışmışdır.[2] "Taiyoju" jurnalının redaktoru olmuşdur.[1]

İstinadlar

Ədəbiyyat

  • The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II). Tokio: Rengo Press. 1961. səh. 1365. İstifadə tarixi: 5 yanvar 2023.
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm). Tokio: Kodansha. 1983. səh. 66. ISBN 0-87011-627-4. İstifadə tarixi: 5 yanvar 2023.