Sevgi divarı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa, brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Üzərinə 311 dildə "Mən səni sevirəm!" yazılmış lövhə — "Sevgi divarı"

"Sevgi divarı"Parisin ən hündür nöqtəsi sayılan Monmartr təpəsində üzərinə 311 dildə "Mən səni sevirəm!" yazılmış lövhə. 40 m² sahəsi olan divarda, hətta Brayl şriftlərinin köməyilə korlar üçün də eyni məzmunlu sözlər yazılmışdır.

İdeya və onun həyata keçirilməsi

İdeyanın təşəbbüsü Frederik Barondur. O, həmin sözləri əvvəlcə kiçik qardaşına yazdırmış, sonra həmin yazını ərəb, rus, portuqal və ilaxır qonşularından öz dillərinə çevirməyi rica etmişdi. Frederik başqa dillər üçün bir neçə səfirliyə də müraciət etmişdi. Bu işi yerinə yetirərkən 3 böyük qeyd kitabçası 300-dən çox dildə 1000-ə qədər "Səni sevirəm" mətnli yazılarla dolmuşdu artıq. Sonda o, bu yazıları ahəngdar şəkildə bir araya gətirmək üçün Kler Kito adlı gözəl yazı xəttinə malik incəsənət xadiminə (kalliqraf) müraciət edir. Kalliqraf işi layiqincə yerinə yetirir və hal-hazırda divarda sərgilənən yazılı abidə ərsəyə gəlir. Hər biri 21x29.7 sm ölçüdə olan 612 ədəd şirli lavadan hazırlanmış kirəmit üzərində həkk olunan yazılar Frederik Baronun qeyd dəftərindəki vərəqləri xatırladır. Yazılar arasında rast gəlinən böyük bir ürəyin qırıntıları şəklində qırmızı rəngli çıxıntıların həkk olunması isə bu "sevgi divarı"nın dünyadakı sınıq qəlbləri yenidən bir araya gətirmək niyyətini canlandırır.

İstinad

Xarici keçidlər