Çinin iqlimi
Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Şərqi Asiyada yerləşən Çin Xalq Respublikasının sahəsi 9,6 mln. km² (Rusiya və Kanadadan sonra dünyada 3-cü yer). Çin şimaldan cənuba və şərqdən qərbə doğru təxminən 5000 km uzanır. Böyük bir ərazini əhatə etməsi, fərqli relyefə malik olması, eləcədə böyük məsafədə (14 500 km) Sakit okean boyu uzanması ölkədə fərqli iqlim tiplərinin meydana gəlməsinə səbəb olmuş.
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Çinin ərazisi üç iqlim qurşağı (mülayim, subtropik və tropik) hüdudlarında yerləşir. Ölkənin qış iqlimini müəyyən dərəcədə Asiya qış antisiklonu formalaşdırır. Mülayim və subtropik qurşaqlarda anomal soyuq qış səciyyəvidir.
Mülayim qurşaq
[redaktə | mənbəni redaktə et]Mülayim qurşaq hüdudlarında kontitnental (Şimali Çin və Şimal Qərbi Çinin plato və dağları) və musson (Şimal Şərq dağlıq ölkəsi, Böyük Çin düzənliyinin şimal hissəsi) iqlim vilayətləri ayrılır; orta illik temperatur –5 °C-dən (Urumçi) 14 °C-dək (Şandunya) dəyişir. Temperaturun illik amplitudu 70 °C-dək çatır (Turfan çökəkliyi). Qışı soyuq və uzunmüddətlidir, çox vaxt güclü şaxtalar və küləklər olur, qar az düşür; yanvarın orta tempru şimal-şərqdə –16-dan –25 °C-dək (bəzən 40 °C-yə çatır), Şərqi Çində –6 - 4 °C-dəkdir. Yayı istidir; iyulun orta temperaturu 20- 26 °C-dir, Turfan çökəkliyində 34 °C-yə çatır. Yağıntının orta illik miqdarı qərb rayonlarında 90 mm-dən azdır (Tarim çökəkliyi), şərqə doğru tədricən artır – 400–500 mm-dən 850 mm-dək artır (Daxili Monqolustanın sahilyanı rayonlarında).[1]
Subtropik qurşaq
[redaktə | mənbəni redaktə et]Subtropik qurşaqda musson və yüksək dağlıq iqlim vilayətləri tipikdir. Musson iqlim vilayətinin qışı quru və soyuq, yayı rütubətli və isti, yazı və payızı uzunmüddətlidir. Yanvarda orta temperatur 0 °C-dən 8 °C-dək, iyulda 26 °C-dən 31 °C-dək qalxır. Әn çox yağıntı ilin isti vaxtları düşür. Orta illik yağıntının miqdarı sahilyanı ərazilərdə 1500 mm, Yantszı çayının orta axınında 1100 mm, Yunnan Quyçjou yaylasında 800 mm-dir. Çinin cənub və şərq sahilləri yayda və payızda leysan və qasırğalardan ziyan çəkir.[1]
Tropik qurşaq
[redaktə | mənbəni redaktə et]Tropik iqlim qurşağı Sitszyan çayından cənubdakı əraziləri, Cənubi Çin dənizinin sahillərini (25° şm.e.-dək), həmçinin Xaynan və Tayvan adalarını əhatə edir. Yanvarın orta temperaturu 20–22 °C, iyulun orta temperaturu 32 °C-dir. Yağıntının orta illik miqdarı Tayvan adasında 2460 mm-dir. Cənubi Çinin materik hissəsində 1680 mm-dək azalır. Qar xətti Tibet yaylasının qərb və şərq kənarlarında 4400–4600 metr hündürlükdən, mərkəzi hissəsində 6200 metr hündürlükdən keçir. Müasir buzlaşmanın sahəsi kiçikdir (təqribən 84 min km²). Әn iri buzlaşma mərkəzləri Qaraqorum, Kunlun, Nanşan, Şərqi Tyanşan, Monqol Altayı dağlarındadır.[2]
İqlimin yüksəklik qurşağı
[redaktə | mənbəni redaktə et]İqlimin zonallığı Tibet yaylasının yüksək dağlıq sistemində pozulur. Yaylanın şimal və mərkəzi hissələrində yanvarın orta temperaturu –20 -dən –25 °C-dək, iyulun orta temperaturu 6–7 °C təşkil edir. Şərq hissəsində uyğun olaraq –8 və 12–14 °C-dir. Temperaturun sutkalıq tərəddüdü böyükdür (30 °C-dən çox). Yağıntının orta illik miqdarı şərqdə 250–750 mm, qərbdə 100–200 mm və daha azdır. Yaylanın cənub və cənub-şərq hissəsinin iqlimi nisbətən yumşaqdır; yayda Hind okeanından əsən musson küləkləri bol yağışlar gətirir.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]Çin // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 6-cı cild: Çin – Dərk. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2015. səh. 9–10. ISBN 978-9952-441-11-6.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "CLIMAT: RÉPUBLIQUE POPULAIRE DE CHINE". 2017-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-21.
- ↑ "Климат Китая". 2021-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-21.