Kiçik Gilanlar
Kənd | |
Kiçik Gilanlar | |
---|---|
40°06′00″ şm. e. 44°48′00″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Gərnibasar mahalı |
Rayon | Qəmərli rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC+4 |
Kiçik Gilanlar — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd olmuşdur.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]Rayon mərkəzindən 28 km şimal-şərqdə, Yelincə çayının sahilində yerləşmişdir. 1930 - cu illərdə Vedi (Ararat) rayonunun tabeliyində olmuşdur[2].
«İrəvan əyalətinin icmal dəftəri»ndə Kiçik Gilan[3], Qafqazın 5 verstlik xəritəsində Kiçik Gilyanar[4] formasında qeyd edilmişdir.
1950-ci illərdə Kiçik Gilanlar kəndi ləğv edilmişdir. İndi xaraba kənddir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Kənddə 1873 - cü ildə 96 nəfər, 1886-cı ildə 167 nəfər, 1897-ci ildə 178 nəfər, 1904 - cü ildə 183 nəfər, 1914 - cü ildə 201 nəfər, 1916-cı ildə 194 nəfər azərbaycanlı yaşamışdır[5].
1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qovulmmuş və kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişdir.
Kənddə 1922-ci ildə 21 nəfər erməni ilə yanaşı 11 nəfər azərbaycanlı yaşamışdır[6]. 1922-ci ildən sonra kənddə yaşayan 11 nəfər azərbaycanlı da qovulmuş və kənddə tam ermənilər məskunlaşmışdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002.
- ↑ Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.84
- ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.102
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.62
- ↑ Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.84-85, 154-155
- ↑ Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.154-155