Lill FK
Lill FK | ||||
---|---|---|---|---|
LOSC Lille | ||||
Klubun tam adı | Lille Olympique Sporting Club | |||
Ölkə | Fransa | |||
Ləqəb(lər) | "Les Dogues - Çoban itləri" | |||
Rəng(lər) | Qırmızı–Ağ | |||
Yaranma tarixi | 23 sentyabr 1944 ) | |||
Stadionu | Stade Pierre Mouray, Lil | |||
Tutumu | 50 186 | |||
Prezidenti | Oliviyer Letanq | |||
Baş məşqçisi | Kristof Qaltyer | |||
Liqa | Liqa 1 | |||
| ||||
losc.fr Rəsmi saytı | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Lille Olympique Sporting Club (Lille OSC olaraq da tanınır) — Fransa futbol klubu. Klub 1902-ci ildə qurulmuş olan Olimpik Lillois və 1901-də qurulmuş olan SC Fives futbol komandalarının birləşməsiylə 1944-cü ildə Fransanın şimalında olan Lill şəhərində qurulub.
Klub tarixi
[redaktə | mənbəni redaktə et]1944-2000
[redaktə | mənbəni redaktə et]İkinci dünya müharibəsindən sonra "Lill" 3 dəfə liqa çempionu olmuş, 4 dəfə liqanı ikinci olaraq bitirmiş və 6 dəfə Fransa kubokunu qazanmışdır. Amma daha sonra yerli rəqibi olan "RC Lens" göstərdiyi müvəffəqiyyət və marağın kölgəsində qalmışdır. İki klub arasındakı köklü rəqabət, Lil OSC-nin böyük bir burjuaziya şəhəri - eyni zamanda Fransız Flanders hissəsinin paytaxtı olan Lilli RC Lens-in isə orta hissənin mədənçilərin yaşadığı Lens şəhərində qurulmuşdur.
2000
[redaktə | mənbəni redaktə et]İkinci liqada üç il keçirdikdən sonra 2000-ci ildə döndükləri Birinci Liqada qazandıqları uğurlar; üç dəfə; 2002, 2005 və 2006-cı ildə Çempionlar Liqasına qatılmaq, 2004-cü ildə İntertoto Kubokunu qazanmaq kimi, yerli rəqiblərinin müvəffəqiyyətlərindən çox daha üstündür. Liqa 1-də 2004/05 mövsümündə Lille Monaco, Marsel kimi böyük klubların və yerli rəqibi Lens-in qarşısında liqa ikincisi olaraq parlaq bir müvəffəqiyyətə imza atdı. Lyonu evində məğlub etməsinə baxmayaraq qazanmadıqları bir çempionluq mübarizəsi yaşandı. Lille birbaşa UEFA Çempionlar liqası qrupunda çıxış etmək şansı qazandı və qrup mərhələsini keçərək Avropada yaxşı təsir bağışlayaraq iz buraxdı. 2 Noyabr 2005 tarixində Çempionlar liqası qrup oyunlarında Mançester Yunaytedi məğlub edərək öz klub tarixlərindəki ən böyük müvəffəqiyyətlərdən birini əldə etdilər. Ancaq Lill son iki matçında yalnız bir xal toplaya bildi. Qrupu, Mançester Yunaytedin arxalarında dördüncü sırada və Avropa kupalarının xaricində buraxıb üçüncü sırada bitirib UEFA A Lil UEFA Kuboku macərası, son 16 komandaya qaldıqları zaman qarşılaşdıqları Sevilyaya məğlub olaraq mübarizəni dayandırdılar. 2005/06 Liqa 1-də mövsümündə Lill, Lyon (bu komandası evində 4-0 səfərdə 1-3 hesablarla məğlub etdi) və Bordonun ardından liqanı üçüncü olaraq bitirdi. Əzəli rəqibi Lens isə yenə Lillin arxasında qalaraq bu mövsümü dördüncü bitirdi. Üçüncü sırada qərarlaşan Lilll Çempionlar Liqası üçün pley-off oyununa çıxdı. Təsnifat mərhələsi oyununda FK Rabotnickini 4-0 məğlub edərək altı il ərzində üçüncü dəfə, özlərinə aid nizamlı bir stadionu olmamasına baxmayaraq UEFA Çempionlar liqası qrupuna vəsiqə qazandılar. Qrup matçlarını Lille, San Siroda Milani təsir edici bir hesabla 2-0 məğlub etməsinə baxmayaraq Milanın arxasında ikinci sırada bitirdi. Bir sonrakı turdakı rəqib köhnə bir tanış idi - Mançester Yunayted Lill hər iki oyunda da 1-0 hesabı ilə məğlub oldu. Fransa Liqa 1-də 2010-11 mövsümünün çempionu olan Lill, 2011-12 UEFA Çempionlar Liqasında "İnter Milan", "ÇSKA Moskva" və "Trabzonspor"la birlikdə B qrupunda mübarizə apardı. Qrupda sonuncu olaraq turnirdən kənarda qaldı.
Komanda 2016/17-ci il futbol mövsümündə Bakıya səfər etdi. Avropa Liqasının III təsnifat mərhələsində "Qəbələ" ilə qarşılaşan komanda öz meydanında 1-1 hesablı bərabərlikdən sonra Bakıda gözlənilmədən komandamıza 1-0 hesabı ilə məğlub olaraq mübarizəni dayandırdı. "Qəbələ" isə pley-off mərhələsinə adladı.
Lill FK 2020-2021-ci illərdə Futbol üzrə Fransa Çempionatını (Liqa 1) 83 xalla 1-ci yerdə başa vurdu.