Məhbusların gəzintisi
Məhbusların gəzintisi | ||
---|---|---|
| ||
Rəssam | Vinsent van Qoq | |
Tarixi | 1890 | |
Üslubu | məişət janrı | |
Texnikası | yağlı boya | |
Ölçüləri | 80 sm × 64 sm | |
Materialı | yağlı boya[d] | |
Saxlanıldığı yer | A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyi | |
Saytı | vggallery.com/painting/p… | |
İnventar nömrəsi | Ж-3373 | |
Vikianbarda əlaqəli mediafayllar |
"Məhbusların gəzintisi" — Vinsent van Qoqun 1890-cı ilin fevral ayında çəkdiyi rəsm əsəri. Qustav Dorenin "Qala" (1872) qravürinin surəti.
Rəsmin təsviri
[redaktə | mənbəni redaktə et]Rəsmdə məhbusların dairəvi hərəkət etməyə məhkum olduqları balaca və dar həbsxana həyətinin quyusu təsvir olunmuşdur. Rəsm əsəri mavi-yaşıl qammada yerinə yetirilmişdir.
"Məhbusların gəzintisi" rəssamın fikrincə qapalı dairəyə bənzəyən həyatın rəmzidir. Ön plandakı mərkəzi fiqur üzləri yalnız bir neçə mazokla çəkilmiş digər məhbuslardan fərqli olaraq daha fərdiləşmiş olandır. Bu personajda van Qoqun özünün cizgiləri sezilir.
Yaranma Tarixi
[redaktə | mənbəni redaktə et]1888-ci ilin dekabr ayının sonunda Van Qoqda ruhi xəstəliyin ilk tutması baş verdi, tezliklə tutmalar təkrarlanmağa başladı və o könüllü olaraq Arl yaxınlığında, Sen-Remidə, keçmiş Avqustin monastırında yerləşən Müqəddəs Pavel psixiatrik xəstəxanasına getdi. Xəstəxanada Van Qoq 1889-cu ilin mayından 1890-cı ilin mayına qədər qaldı. Bu xəstəxananın direktoru — doktor Peyon və Van Qoqun qardaşı — Teo rəssamın işləyə bilməsi üçün bütün şəraiti yaratmağa çalışırdılar.
Xəstəxanada olarkən, Van Qoq naturadan rəsm çəkə bilmirdi, buna görə də o litoqrafiyaları, qravüraları və digər sənətkarların qara-ağ reproduksiyalarını əsərləri üçün natura kimi istifadə etməyə başladı. Bu dövrdə o, xüsusilə, Millenin, Rembrandtın, Delakruanın və Domyenin qravyuralarının surətini çəkirdi.
Bir dəfə o, qardaşı Teodan Reqamenin "Katorqa" qravürasını göndərməsini xahiş etdi, amma görünür, Teo, onu tapa bilməyib və Van Qoq Qustav Dore tərəfindən B. Jerraldın "London" (1872) kitabı üçün çəkilmiş "Qala" qravürasının üzərində işləməyə başladı.
Qustav Dorenin qravürasında "məhbusların paradı"-nın baş verdiy Nyu-Geyt həbsxanasının altıbucaqlı həyəti təsvir edilib. Bu "paradın" mahiyyəti o idi ki, cinayətkarları dəfələrlə xəfiyyələrin qarşısından keçirdirdilər ki, həmin şəxslər onları yaxşı yadda saxlaya bilsinlər.
Van Qoqun rəsminin Dorenin qravürdən fərqləri
[redaktə | mənbəni redaktə et]Van Qoq qravüranı bəzi dəyişikliklərlə çəkmişdir :
- Arxa divarı çox dar etdiyi üçün divarların insan dairəsini sıxışdırdığı təəssüratı yaradır.
- Qravürdə hərəkət altıbucaqlı həyətdə baş verir, Van Qoqda isə, arxa divarı azalması hesabına həyət dördbucaqlı olur.
- Doredə döşəmə plitələri və divarlardakı kərpiclər son dərəcə dəqiqliklə çəkilmişdir. Van Qoq ştrixlərin müxtəlif istiqamətliliyi sayəsində geometriklikdən imtina edir.
- Tablonun yuxarısındakı solğun rənglər tutqunlaşır, aşağıdakılar tuqun və soyuğa çevrilir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Государственный музей изобразительных искусств имени А. С. Пушкина. Галерея искусства стран Европы и Америки XIX–XX веков. — М.: Красная площадь, 2007. — С. 103. — ISBN 978-5-900743-34-9.
- Ионина Н. A. Сто великих картин.— Вече, 2002. — Вече с.
- Антонова И. А. Шедевры Государственного музея изобразительных искусств имени А. С. Пушкина. — М.: Советский художник, 1985. — С. 75.