42°07′41″ şm. e. 80°05′24″ q. u.HGYO

Qannon Universiteti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qannon Universiteti
Xəritə
42°07′41″ şm. e. 80°05′24″ q. u.HGYO
Şüar Sağlamlıq, Bilik, Dindarlıq
Əsası qoyulub 1925
Tip özəl
Rektor Keyt Teylor
Tələbə sayı 4.238
Şəhər Eri
Ölkə
Universitet şəhərciyi şəhər
Sayt gannon.edu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qannon Universiteti (ing. Gannon University) — ABŞ-nin Pensilvaniya ştatının Eri şəhərində yerləşən katolik universitet.

Qannon Universiteti Eri Roman Katolik Yeparxiyası tərəfindən ikiillik Kafedral kolleci kimi yaradılmışdır. 1944-cü ildə bura kişilər üçün dördillik Qannon İncəsənət və Elm Kollecinə çevrilmişdir və kollec adını onun açılmasında və tikilməsində aparıcı rol oynamış Con Mark Qannonun adını almışdır. 1964-cü ildə kollecdə həm qadınlar, həm kişilər təhsil almağa başlamışdır. 1979-cu ildə isə kollec universitet statusu almışdır.[1][2]

Universitet öz tələbələrinə dosent, bakalavr, magistrdoktorantura dərəcələrini təklif edir.

Hazırda universitetdə 4.238 nəfər təhsil alır.

Universitetin tələbələri həmçinin müxtəlif idman yarışlarında iştirak edir. Universitetin 18 atletika idmanı üzrə proqramı var.

U.S. News & World Report's 2010-cu ildə "ABŞ-nin ən yaxşı kollecləri" siyahısında ABŞ-nin şimalında Top kolleclər arasında göstərilmişdir.

Universitetdən indiyə qədər 31.500 nəfər məzun olmuşdur.

  1. "A Brief History of Gannon University". Gannon University. 2012-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-05-03.
  2. "About the Diocese: 1918–1966 Golden Era". Roman Catholic Diocese of Erie. 2007-05-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-05-03.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]