Süryani dili
Süryani dili | |
---|---|
Orijinal adı | ܠܫܢܐ ܣܘܪܝܝܐ |
Ölkə | |
Təsnifatı | |
Yazı | süryani əlifbası[d] |
Dil kodları | |
QOST 7.75–97 | сир 602 |
ISO 639-1 | — |
ISO 639-2 | syc |
ISO 639-3 | syc |
Ethnologue | syc |
IETF | syc |
Glottolog | clas1252 |
Vikianbarda əlaqəli mediafayllar |
Süryani dili və ya Suriya dili (ܠܫܢܐ ܣܘܪܝܝܐ leššānā sūryāyā) – Mesopotamiya və Şərqi Ərəbistanda tarixən danışılan, Orta Arami dilinin bir dialekti.[2] I əsrdən öncə əlifbası yox idi lakin 5 əsr boyu danışıq dili olmuşdur[3]. IV-VIII əsrlər arasında Yaxın Şərqin əsas dili olmuşdur.[4] Süryani əlifbası ilə yazılır.
Xristianlıqda rolu
[redaktə | mənbəni redaktə et]Süryani dili şərq xristianlığının qorunmasında əsas faktor olmuş, kilsə dili halına gəlmişdir. Süryani Pravoslav Kilsəsi, Assuriya Şərq Kilsəsi, Nestorian Şərq Kilsəsi, Kəldani Katolik Kilsəsi, Müqəddəs Foma xristianları və Assuriya Əllincilər Kilsəsinin kilsə dilidir. İlk dəfə Assuriya və Akkad imperiyaları bölgəsində yayılmış və Assuriya kilsəsi sayəsində indiki halına gəlib çıxmışdır. Məhz xristianlıq sayəsində Hindistanın Kerala bölgəsinə, Orta Asiyaya və Yaxın Şərqə yayılmışdır. Böyük Britaniyada, Adrian divarında Romalı assuriya əsilli əsgərlərin Süryani dilində yazdığı yazılar tapılmışdır.[5]
Tarixi
[redaktə | mənbəni redaktə et]Süryani dilinin inkişafı mərhələləri:
- Qədim Arami dili - Assuriya, Aşşur, Hatra, Adiabena, Osroena kimi dövlətlərin dili olmuşdur.
- Orta Arami dili (ܟܬܒܢܝܐ - Xatabanaya - Ədəbi Süryani dili)
- Şərqi Süryani dili - Assuriya Şərq Kilsəsi, Kəldani Katolik Kilsəsi, Qədim Şərq Kilsəsi və Assuriya Əllincilər Kilsəsinin kilsə dilidir.
- Qərbi Süryani dili - Süryani Pravoslav Kilsəsi, Süryani Katolik Kilsəsi və Maruni Kilsəsinin kilsə dilidir.
İlk dəfə Qədim Arami dilinin dialekti olaraq Assuriya hökmdarı III Tiqlatpalasar dövründə (e.ə. 745-727) , dövlət dili olaraq isə ilk dəfə e.ə.132-ci ildə Osroenada istifadə olunmağa başlanmışdı.
Ədəbi Süryani dili
[redaktə | mənbəni redaktə et]III əsrdən başlayaraq artıq Edessa kilsələrində Süryani dili kilsə dili olaraq istifadə olunurdu. Süryani dilində yazılmış Bibliya versiyasının adı Peşitta (ܦܫܝܛܬܐ) adlanır. Müqəddəs Efrem Süryani dilində toplu dini əsərlərin ən məşhur müəllifidir. Nestorian küfrünün baş verməsindən sonra dil zamanla Şərqi Süryani dili və Qərbi Süryani dili olaraq ayrılmışdır. İslamın yayılması ilə əlaqədar olaraq ərəb dili onu əvəz etmiş, danışıq dili olaraq sadəcə Şimali İraqda qalmışdı.
Hazırkı vəziyyəti
[redaktə | mənbəni redaktə et]Hazırda İraqda rəsmi statusa malik azlıq dili kimi tanınır.[6]İraq, İsrail, İsveç və Keralada məktəblərdə tədris olunur.[7] Türkiyədə Süryani dilində tədris verən uşaq bağçası fəaliyyət göstərir.[8] Azərbaycanda da danışılır.[9]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 ScriptSource - Turkey.
- ↑ "Dialect, Culture, and Society in Eastern Arabia: Glossary". Clive Holes. 2001. pp. XXIV–XXVI.
- ↑ "Antik yazılar - Suriya dili". 2017-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-20.
- ↑ Beyer, Klaus; John F. Healey (1986). Arami dili: yayılması və hissələri. Göttingen: Vandenhoeck und Ruprecht. p. 44. ISBN 3-525-53573-2.
- ↑ "When Syrians, Algerians and Iraqis patrolled Hadrian's Wall - Telegraph". 2022-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-20.
- ↑ Abbas Ənbari. "The Comprehensive Policy to Manage the Ethnic Languages in Iraq Arxivləşdirilib 2013-02-13 at the Wayback Machine" .səh. 4–5. (İngiliscə)
- ↑ The Ben Yehudas of Aramaic Arxivləşdirilib 2015-09-25 at the Wayback Machine - Haaretz.com (İngiliscə)
- ↑ "Mor Efrem Süryani Anaokulu". 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-20.
- ↑ "Ağstafada assurların yadigarları - kultura.az". 2015-04-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-20.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et] Dil haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |