Sinan Şamil Sam

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sinan Şamil Sam
Şəxsi məlumatlar
Vətəndaşlığı
Doğum tarixi 23 iyun 1974(1974-06-23)
Doğum yeri
Vəfat tarixi 30 oktyabr 2015(2015-10-30)[1] (41 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Sirroz
Dəfn yeri
  • Qarşıyaxa qəbiristanlığı[d]
Təhsili
İdman növü boks

Sinan Şamil Sam (23 iyun 1974, Hamburq, Almaniya Federativ Respublikası30 oktyabr 2015[1], İstanbul) — Almaniya azərbaycanlılarından olan ağır çəkili peşəkar boksçu. Əsli Türkiyənin Qars şəhərindəndir.

Əsli Cənubi Azərbaycandan Amasyanın Penbek kəndinə, oradan da 1926-cı ildə Qarsın Akyaka Şahnalar kəndində yerleşən Oruc Samın nəvəsi idi.[2]

Sinan Şamil Sam 1974-cü ildə Almaniyanın Frankfurt şəhərində anadan olub.[3] Həvəskar boks üzrə doqquzqat Türkiyə çempionu olub. 1992-ci ildə dünya çempionu adını qazanıb. 1999-cu ildə böyüklər arasında da dünya çempionu olmağı bacarıb.[3] 15 aprel 2000-ci ildə peşəkar boksa başlayıb. 12 oktyabr 2002-ci ildə polşalı Przemyslaw Saletı məğlub edərək Avropa çempionu olub. "Boğazın buğası" ləqəbi ilə tanınıb.[3]

Keçirdiyi 35 döyüşün 31-də qalib gəlib.[3] Bu qələbələrin 16-nı nokautla qazanıb. Qızıl kəməri iki döyüşdə qorumağı bacarıb.[3]

O, uzun müddətdir qara ciyər çatışmazlığından əziyyət çəkirdi. Sam ilk dəfə 2010-cu ildə müalicə olunub. Amma bu Noyabrın əvvəllərində o, eyni diaqnozla xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, qaraciyər xəstəliyindən əziyyət çəkən Sinan Şamil Samı xilas etmək mümkün olmayıb.

  1. 1 2 http://www.haberturk.com/spor/diger/haber/1146470-boksor-sinan-samil-sam-hayatini-kaybetti.
  2. "Aslen Azerbaycan Türk'ü olan Sinan Şamil Sam son yolculuğuna uğurlandı". www.igdirim76.com. 31 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 November 2015.
  3. 1 2 3 4 5 "Boks üzrə dünya çempionu Şamil Sam vəfat edib". www.mediainfo.az. İstifadə tarixi: 7 November 2015.[ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]