UY Scuti
Ulduz | |||
UY Scuti | |||
---|---|---|---|
Müşahidə məlumatları (Dövr J2000.0) |
|||
Birbaşa çıxma | 18s 27d 36,53s[1] | ||
Meyl | 18s 27d 36,53s[1] | ||
Məsafə | 9.500 işıq ili[2] | ||
Görünən ulduz ölçüsü (V) | 11,2[3] | ||
Bürc | Qalxan | ||
Astrometriya | |||
Radial sürət (Rv) | 18,33 ± 0,82 km/san[1] | ||
Parallaks (π) | 0,6433 ± 0,1059 mas[1] | ||
Mütləq böyüklük (V) | −8,95 | ||
Xüsusiyyətləri | |||
Ulduz təsnifatı | M2/4I[4] | ||
Fiziki xüsusiyyətləri | |||
Kütlə | 8,5 ± 1,5 M☉, 63.628.800.000.000.000.000.000.000.000.000 kq | ||
Radius | 916 R☉, 13 R☉ | ||
İşıqlandırma gücü | 340.000 L☉ | ||
Orbit elementləri | |||
|
|||
Verilənlər bazasında məlumat | |||
SIMBAD | V* UY Sct | ||
Vikianbarda əlaqəli mediafayllar |
UY Scuti qalxan bürcündə yerləşən dəyişkən qırmızı ifratnəhəng ulduzdur. Radiusuna görə Stephenson 2-18 ulduzundan sonra ən böyük ulduzdur. 1.708 R⊙ (1.188 × 109 km; 7,94 astronomik vahid) radiusu ilə Günəşdən 5 milyard dəfə böyük həcmə malikdir. Yer planetindən təqribi olaraq 9,500 işıq ili uzaq məsafədə yerləşir. Əgər bu ulduz Günəş sisteminin mərkəzində yerləşsəydi fotosferası Yupiterin orbitini əhatə edərdi.
Adlandırılması və tarixi
[redaktə | mənbəni redaktə et]Uy Scuti ilk dəfə 1860-cı ildə Bonn rəsədxanasında Alman astronomları tərəfindən göy üzündəki ulduzların ilk araşdırılması zamanı "Bonner Durchmusterung Stellar Catalogue" kataloqunda qeyd olunmuşdur.[5] O BD-125055 adlandırılmışdır, 0-cı düz doğuşdan sayarkən 12°S və 13°S arasında yerləşən 5,055-ci ulduzdur.
Növbəti araşdırma zamanı bu ulduzun parlaqlığının bir az dəyişdiyi müşahidə olundu, bu səbəblə bu ulduzun yeni dəyişkən ulduz olması fikri irəli sürüldü. Dəyişkən ulduzların təyin olunmasının beynəlxalq strandartlarına uyğun olaraq UY Scuti Qalxan bürcünün 38-ci dəyişən ulduzu kimi təyin olundu (bax: dəyişən ulduzların tərifləri)[6]
UY Scuti Qamma Scuti A-tip ulduzunun bir neçə dərəcə şimalında və NGC 6611-in şimal-şərqində məskunlaşmışdır. Ulduzun işıqlığı çox böyük olsa da, ən parlaq halı ilə Yerdən 9-cu parlaq ulduz kimi görünür, bunun səbəbi ulduzun Böyük Yarığın içərisində Qaçınma zonasında olan məsafəsi və yeridir.[7]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Gaia Data Release 2 (ing.). / Data Processing and Analysis Consortium, European Space Agency 2018.
- ↑ https://web.archive.org/web/20210308202644/https://www.aanda.org/articles/aa/abs/2013/06/aa20920-12/aa20920-12.html.
- ↑ Ducati J. R. Catalogue of Stellar Photometry in Johnson's 11-color system (ing.). 2002. Vol. 2237.
- ↑ Solf J. Spectral type and luminosity classification of late-type M stars from near-infrared image tube coude spectrograms (ing.). // Astron. Astrophys. / T. Forveille EDP Sciences, 1978. Vol. 34. P. 409–416. ISSN 0004-6361; 0365-0138; 1432-0746; 1286-4846
- ↑ "UY Scuti — Universe Guide". Universe Guide. Retrieved 15 January 2016.
- ↑ Prager, R. (1927). "Katalog und Ephemeriden veraenderlicher Sterne fuer 1927". Kleine Veroeffentlichungen der Universitaetssternwarte zu Berlin Babelsberg. 1: 1.i. Bibcode:1927KVeBB…1….1P.
- ↑ "UY Sct (UY Scuti)". kusastro. Retrieved 15 January 2016.