Çeju
İnzibati şəhər | |
Çeju | |
---|---|
제주시 | |
33°30′35″ şm. e. 126°31′19″ ş. u.HGYO | |
Ölkə | Cənubi Koreya |
Vilayət | Çejudo adası |
Tarixi və coğrafiyası | |
Sahəsi | 977.8 km² |
Əhalisi | |
Əhalisi | 435.413 nəfər (2012) |
Sıxlığı | 418 nəf./km² |
Rəsmi dili | Çeju |
Digər | |
jejusi.go.kr | |
Vikianbarda əlaqəli mediafayllar |
Çeju - Cənubi Koreyada Çejudo adası vilayətinin paytaxtı və ən böyük şəhəri. Şəhərə Çeju Beynəlxalq Hava Limanı (BHNA kodu CJU) xidmət edir.
Koreya yarımadasının kənarında olan bir adada yerləşən Çeju, ilin çox hissəsində yumşaq, isti hava şəraitinə malikdir. Şəhər nüfuzlu mehmanxanaları və ictimai kazino obyektləri olan tanınmış bir kurortdur. 2011-ci ildə Seul və Çeju şəhərləri arasında 9,9 milyon sərnişin uçub, bu da Qimpo-Çeju marşrutunu dünyanın ən işlək sərnişin hava marşrutu edib.[1] Çeju hər il materik Koreya, Yaponiya və Çindən on milyondan çox qonağa ev sahibliyi edir.[2][3]
Tarixi
[redaktə | mənbəni redaktə et]Şəhərin ərazisi yazılı tarixdən əvvəl Çejudoda mərkəzi rol oynamışdır.
Şəhər 1970-ci illərdən bəri çox sürətlə böyüdü. Şin Çeju (신제주) və ya "Yeni Çeju", bir neçə on il əvvəl, hava limanından yuxarıdakı təpədə qurulmuşdur və burada bir çox hökumət binaları tikilmişdir. 1970-ci illərə qədər şəhərdə yayılmış olan qamış damlı binalar tədricən yoxa çıxdı.
Şəhər 1955-ci ildə Pukçedju vilayətindən ayrıldı.
Nəqliyyat
[redaktə | mənbəni redaktə et]Çeju şəhəri Çejudo vilayətinin əsas nəqaliyyat mərkəzidir. Adanın yeganə hava limanı olan Çeju Beynəlxalq Hava Limanına ev sahibliyi edir və Çeju-Seul marşrutu dünyanın ən işlək marşrutudur.[1]
Əlavə olaraq, şəhər limanı adada ən böyükdür və adaya gələn sərnişin və yük gəmilərinin əksəriyyətinə xidmət edir. O, həmçinin adanın yol şəbəkəsinin mərkəzində yerləşir.
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "Top flights". Daily chart. The Economist. 2012-05-14. 2012-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-14.
Jeju, on the South Korean island of the same name, is not one of the country's 20 biggest cities. Yet the island's allure as a domestic tourist destination resulted in 9.9m passengers flying between Seoul and Jeju (in either direction) in 2011. This makes it the busiest airline route in the world, according to Amadeus, a company that provides technology to the travel industry.
- ↑ "Jeju Island: South Korea's volcanic holiday destination". CNN. 2014-04-17. 2014-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-15.
- ↑ "The Chinese are buying up South Korea's Jeju Island, and the islanders are not too pleased". Quartz. Atlantic Media. 2014-09-11. 2022-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-15.