Ənvər Həsənov
Ənvər Həsənov | |
---|---|
Doğum tarixi | 17 avqust 1950 (74 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | aktyor, kinorejissor, rejissor |
Mükafatları | |
IMDb | ID0309023 |
Həsənov Ənvər Cəfər oğlu (17 avqust 1950, Bakı) — Azərbaycan aktyoru,[1] rejissor,[1] Azərbaycanın xalq artisti (2018), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən).
Həyatı
[redaktə | mənbəni redaktə et]Ənvər Həsənov 17 avqust 1950-ci ildə Bakıda anadan olub.[2] 7-ci sinfə qədər 190 saylı məktəbdə oxuyan Ənvər sonra Fəhlə Gənclər Məktəbinə keçir. Buna səbəb isə 1965-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Adil İsgəndərovun açdığı kino aktyoru kursuna daxil olması idi.[3] 1969-cu ildə kinoaktyor kursunu bitirib. 1969–1973-cü illərdə M. A. Əliyev adına ADİİ-nun kino və dram aktyorluğu fakültəsində təhsil alıb. 1965-ci ildən "Azərbaycanfilm" kinostudiyasında çalışır.
Ənvər Həsəov gənc yaşlarından kinolara çəkilməyə başlamışdır. Xüsusilə o, "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa maraqlı obrazlar yaratmışdır. O, həyat yoldaşı aktrisa Mömünat Qurbanova ilə "Dərviş Parisi partladır" və "Atları yəhərləyin" filmində rol almışdır.[4] Rejissor kimi "Haray, Xocalım, haray", " Tələ" və Hacı Zeynalabdin Tağıyevdən bəhs edən "Sönməyən çıraq" sənədli filmini çəkmişdir.
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti,[5][6] 1 avqust 2018-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülmüşdür.[7] 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[8]
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film) - rejissor assistenti
- Arxadan vurulan zərbə (film, 1977)
- Babək (film, 1979)
- Atları yəhərləyin (film, 1985)
- Bəyaz həyat (film, 2003)
- Bəyin oğurlanması (film, 1985)
- Birisigün, gecəyarısı... (film, 1981)
- Bizim küçənin oğlanları (film, 1973)
- Cavad xan (film, 2009)
- Cavad xan. Filmin filmi (film, 2007)
- Çalış, nəfəs alma (film, 2006)
- Dədə Qorqud (film, 1975)
- Dəli Kür (film, 1969)
- Dərviş Parisi partladır (film, 1976)
- Doğma sahillər (film, 1989)
- Dolu (film, 2012)
- Dörd bazar günü (film, 1975)
- Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
- Ərazi (film, 2005)
- Gözbağlıcı (film, 1986)
- Gözlə məni (film, 1980)
- Haray (film, 1993)
- Hökm (film, 1994)
- Xoşbəxtlik qayğıları (film, 1976)
- İlahi məxluq (film, 2011)
- İnsan məskən salır (film, 1967)
- İstintaq davam edir (film, 1966)
- İşarəni dənizdən gözləyin (film, 1986)
- Kənar adamlar (film, 1992)
- Küləyapardı (film, 1986)
- Qanlı zəmi (film, 1985)
- Qatır Məmməd (film, 1974)
- Məhkumlar (film, 2007)
- Ovsunçu (film, 2002)
- Ölüm növbəsi (film, 2009)
- Pirverdinin xoruzu (film, 1987)
- Səhərə inan... (film, 2011)
- Səmt küləyi (film, 1973)
- Son döyüş (film, 1996)
- Sübhün səfiri (film, 2012)
- Şəbəkə (film, 2011)
- Şəhərli biçinçilər (film, 1986)
- Tələ (film, 1990)
- Torpaq. Dəniz. Od. Səma (film, 1967)
- Uşaqlığın son gecəsi (film, 1968)
- Vəkil hanı? (film, 2011)
- Yeddi oğul istərəm... (film, 1970)[9]
- Qanun naminə (serial, 2013)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Məhərrəmova T. "Yenə əvvəlki günlərin qayıtmasını istəyirəm": Ənvər Həsənov, aktyor-rejissor: "Ümidsiz yaşamağın mənası yoxdur"//Kaspi.- 2008.- 23 may.- S. 12.
- ↑ Aktyorun yubileyi: "Azərbaycanfilm" Ənvər Həsənovun 65 illiyini qeyd etdi //Ekspress.- 2015.- 20 avqust.- S.13.
- ↑ "Kinoaktyor studiyasının fəaliyyəti (1966–1974)". Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 169.
- ↑ Lalə. Kinostudiyada Ənvər Həsənovun yubileyi qeyd edilib: [C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında] //Mədəniyyət.- 2015.- 19 avqust.- S.12.
- ↑ "Azərbaycan Respublikasının kino xadimlərinə fəxri adların verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2014-08-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-29.
- ↑ Azəri, L. 65 yaş və 70 film: Ənvər Həsənov: "İstəyirəm ki, tamaşaçı məni bu yaşda formadan düşmüş deyil, elə Murad, Cəlal, Şahbaz görkəmində yadda saxlasın": [Əməkdar artistlə müsahibə] /müsahibəni apardı Lalə Azəri //Mədəniyyət.- 2015.- 19 avqust.- S.12.
- ↑ President.Az. "Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.08.2018. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-01.
- ↑ President.Az. "Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 06.05.2023. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-07.
- ↑ Həsənov, Ə. “Yeddi oğul”dan biri...: [“Yeddi oğul istərəm” filmində Cəlal obrazını yaradan Əməkdar artist Ənvər Həsənovla müsahibə] /müsahibəni apardı Günay Camalqızı //Ekran-efir.- 2014.- 2 may.- S.10.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 90.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 17 avqustda doğulanlar
- 1950-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Bakıda doğulanlar
- Azərbaycan Respublikasının xalq artistləri
- Azərbaycan Respublikasının əməkdar artistləri
- Əlifba sırasına görə film sənətçiləri
- Azərbaycan aktyorları
- Azərbaycanlı aktyorlar
- Azərbaycan rejissorları
- Azərbaycanlı rejissorlar
- Azərbaycan memuarçıları
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri