Freonlar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Freonlar — soyuducular — flüorlu doymuş karbohidrogenlərdir.

Tərkibində xlor və bəzən də brom olur. Ən geniş yayılanları diflüordixlormetan CF2 CI2, flüortrixlormetan CF CI3 və diflüorxlormetan CHF2 Cl. Alışmayan, partlayıcı, rəngsiz, iysiz qaz və mayelərdir. Suda pis, üzvi həlledicilərdə yaxşı həll olur, turşu və oksidləşdiricilərə qarşı davamlıdır. Freonlardan sənayenin bir çox sahələrində istifadə olunur. Soyuducularda, kondisionerlərdə, lakların, rəng- boyaların, müxtəlif insektisidlərin və s. aerozol qablamalannda məhz Freonlardan istifadə edilir. Freonlar yuyucu olduqlarından kosmetikada, ərzaq məhsuları, dərman maddələri, boya və alovsöndürən qarışıqların hazırlanmasında istifadə edilir. Freon az

zəhərli maddələrdir, inert (təsirsiz) biri aid olduğuna görə flora-fauna üçün sayılır və insan orqanizminə ziyan Lakin xarici mühitin yer səthinə yaxın sahəsində kənar təsirlərə qarşı davamlı və uzunömürlü olduqları üçün gec-tez hava cərəyanı ilə atmosferdə toplanır. Beləliklə, yer səthinə çox təsirlərə məruz qalan xlor-flor — birləşmələr atmosferin ozonla zəngin qatında ultrabənövşəyi şüalara qarşı tab gətirməyə asanlıqla parçalanır. Stratosferdə sərbəstləşədi xlor molekulu on min ozon molekulunu tam məhv edir. Başqa maddələrə nisbətən Freonlar ozonu 450–600 dəfə çox dağıdır.

Beynəlxalq cəmiyətlərin razılaşdınlmış gücü ilə 1990-cı illərdən sonra Freonların istehsalı 2 dəfədən çox azalmışdır. Soyuducu texnika istehsalçıları freonların ozon üçün zərərj maddələrlə əvəz olunmasına başlamışlar[1].

  1. Məmmədov Q.Ş. Xəlilov M.Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008