30°02′45″ şm. e. 31°15′45″ ş. u.HGYO

Əl-Əzhər məscidi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Əl-Əzhər məscidi
Xəritə
30°02′45″ şm. e. 31°15′45″ ş. u.HGYO
Ölkə  Misir
Şəhər Qahirə
Yerləşir əl-Qahirə mühafəzəsi[d], Qahirə
Tikilmə tarixi 972
Üslubu Fatimi memarlığı
Vəziyyəti stabil
Əl-Əzhər məscidi (Misir)
Əl-Əzhər məscidi
Kompleksin planı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əl-Əzhər məscidi (ərəb. جامع الأزهر الشريف‎ — parlaq məscid‎) — Misirin ən qədim məscidlərindən biri.

Fatimilər sülaləsinin hakimiyyəti dövründə 972-ci ildə (hicri təqvimi ilə 361-ci il, Ramazan ayının 7-də) Əzhər məscidində iki il davam edən tikintinin yekunlaşmasına həsr olunmuş ilk xütbə oxundu. Əzhər universitetinin adı da Fatimilər sülaləsinin adı kimi Həzrəti Peyğəmbərin qızı Fatimeyi-Zəhranın şərəfinə qoyulmuşdu. 16 il sonra, əl-Əziz əl-Fatimi Billah Misirin hökmdarı olduqda cəmiyyətdə şiəlik ideyalarının yayılması məqsədilə məscidi universitetə çevirdi. Lakin 1172-ci ildə Səlahəddin əl-Əyyubi Fatimilər sülaləsinin Misirdə hakimiyyətinə son qoyur və Əzhər universiteti yalnız Misirdə deyil, bütün İslam dünyasında sünniliyin ən əhəmiyyətli mərkəzlərindən biri halına gəlir. Misirin hökmdarları həmişə öz siyasi məqsədlərini həll etmək üçün Əzhərin dəstəyini qazanmağa cəhd edirdilər.

Əyyubilər dövləti

[redaktə | mənbəni redaktə et]

Əyyubilərin hakimiyyəti dövründə sünnilik olduqca güclənmişdi. Bu dövrdə dörd fiqh məktəbi (hənəfilik, şafeilik, malikilik, hənbəlilik) üzrə təhsil verən yeni tədris müəssisələri yaradıldı. Səlahəddin əl-Əyyubi Əzhərdə cümə xütbələrini qadağan etdi və daha sonra məscidi bağladı. Məscid vəqf (İslam hüququnda dövlət və mülki şəxslər tərəfindən dini və ya xeyriyyə məqsədləri üçün verilən əmlak) statusunu itirib, tamamilə İslam universiteti halına gətirildi.

Məmlüklər tədricən feodal cəmiyyətinin hakim təbəqəsi səviyyəsinə yüksəldilər. 1250-ci ildə, Səlahəddinin varisləri olan Əyyubilərin üzvləri arasında çəkişmələr başlandı, nəticədə, məmlüklər saray çevrilişi edərək öz sultanları Müiz Aybəy Sultanı (1250–1257) hakimiyyətə gətirdilər. Bu dövrdə Əzhərin rolu yenidən artdı, yeni tədris binaları inşa edildi, ləvazimat alındı. Çəkişmələr dayandıqdan 17 il sonra, 1267-ci ildə Əzhərdə ilk cümə namazı qılındı. Tarixçilər bu hadisəni haqlı olaraq Sultan Bəybars hakimiyyətinin ən yaxşı günlərindən biri adlandırmışdılar. Hicri təqvimi ilə VIII əsrdən başlayaraq Əzhər mühüm intellektual və mədəni mərkəz halına gəlir, İslam dünyasının tələbə və alimlərini özünə cəlb edir.

Osmanlı dövrü

[redaktə | mənbəni redaktə et]

Məscidin əsaslı təmirini, təchizat və təminatını, eləcə də yeni tədris binaların tikintisini öhdəsinə götürən Osmanlı xilafəti dövründə də Əzhər öz aparıcı rolunu qoruyub saxlamışdı. Universitetin tələbələri dərs vəsaiti və digər əsas ehtiyac əşyaları şəklində yardım alırdılar. Bu günə qədər mövcud olan yeni bir vəzifə də təsis olunur: Əzhər şeyxi. Bu vəzifəni ilk olaraq daşıyan Məhəmməd ibn Abdullah əl-Huraşi idi.

1798-ci il Napoleon Bonapartın Misir kampaniyası zamanı Əzhər xalq kütlələrini fransız işğalçılarına qarşı mübarizəyə ruhlandırırdı. Alimlərin bir çoxu işğalçılarla əməkdaşlıqdan imtina etmiş və Birinci Qahirə üsyanında fəal iştirak etmişdi. Üsyançıların müqavimətini qırmaq üçün fransızlar öncə artilleriya atəşinə tutmaqla universitetə hücum etdilər. Uğurlu süvari hücumundan sonra fransız qüvvələri çox sayda alimi əsir aldı. Bu alimlərin bəziləri sonradan ölüm hökmünə məhkum olundu.

Əzhər 16 Şəvval 1214-cü hicri ilində (1800-cü ili) başlanan və 33 gün davam edən İkinci Qahirə üsyanının da mərkəzinə çevrilmişdi. Bu üsyanın rəhbərləri Əzhərin şeyxləri Məhəmməd Sədat və Ömər Məkram idi. Amansız döyüşlərdən sonra fransız ordusu məğlub edildi. Napoleon ordusunun baş komandanı Jan-Batist Kleber Əzhərin 24 yaşlı tələbəsi Süleyman Hələbi tərəfindən xəncərlə öldürüldü.

Misirin Britaniya qoşunları tərəfindən işğalı zamanı Əzhər şeyxi işğalçılara qarşı silahlı mübarizə vəzifəsi barədə bir sıra fitvalar verdi.

Əzhər və İyul inqilabı

[redaktə | mənbəni redaktə et]

1953-cü il iyulun 23-də Misir hərbçiləri çevriliş edərək monarxiyaya son qoydular. Tezliklə hərbi elita universitetin əmlakını (vəqfləri) ələ keçirdi. Universitet öz müstəqilliyini itirib dövlət müəssisəsinə çevrildi. 1953-cü il sentyabrın 21-də hökumət mülki işlərə baxan şəriət məhkəmələrinin ləğv olunmasına dair fərman imzaladı. 1961-ci ildə Əzhər şeyxi və onun müavininə dövlət başçısı vəzifəsinə seçilmək hüququ verən qanun qəbul edildi.

Əzhər və 2011-ci il Yanvar inqilabı

[redaktə | mənbəni redaktə et]

Prezident Hüsni Mübarəkin çoxillik iqtidarının sonlarına yaxın Əzhər şeyxi Səid ət-Təntavi Misir diktatorunun sözün əsl mənasında yaxınına çevrilmişdi. Onun varisi Əhməd əl-Təyyib də Hüsni Mübarəkin devrilməsini tələb edən inqilabçı kütləyə qarşı mübarizədə dövlət orqanlarına fəal dəstək göstərirdi. Ət-Təyyibin nümayişlərdə iştirakı qadağan edən fitva verməsinə baxmayaraq, universitet müəllimlərinin və tələbələrinin əksəriyyəti etirazçılara qoşuldular. Bu hərəkat Mübarəkin devrilməsi ilə sona çatdı.

General Sisinin həyata keçirdiyi hərbi çevriliş zamanı Əzhər şeyxi Əhməd Təyyib Misirin ilk seçilmiş prezidenti Məhəmməd Mürsini devirən sui-qəsdçilərin sırasında oldu. Əhməd Təyyib bu hərəkətini "iki ziyandan yüngülünün seçilməsi" kimi izah etmişdi.