Gintaras Beresnyavisius

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Gintaras Beresnyavisius
Doğum tarixi 7 iyul 1961(1961-07-07)
Doğum yeri
Vəfat tarixi 6 avqust 2006(2006-08-06)[1] (45 yaşında)
Vəfat yeri
Vətəndaşlığı  SSRİLitva Litva
Təhsili
Fəaliyyəti şair, universitet müəllimi[d], yazıçı

Gintaras Beresnyavisius (lit. Gintaras Beresnevičius; 7 iyul 1961, Kaunas[2]6 avqust 2006[1], Vilnüs[2]) — Litva dinşünas, yazıçı və publisist.

Gintaras 7 iyul 1961-ci il Kaunasda anadan olmuşdur. 1979-cu ildə 26 №-li (hal-hazırda Simonas Daukantas adına məktəb) Kaunas məktəbini bitirmişdir. 1984-cü ildə Vilnüs Universitetinin tarix fakultəsi bitirmişdir. İnstitutu bitirdikdən sonra 2 il sovet ordusuna xidmət etmiş, zirehli tank qoşunlarında iştirak etmişdir. 1986-cı ildən müxtəlif universitetlərdə işləmiş və 1993-cü ildə (elmi rəhbər Norbertas Velyus) həkim dərəcəsini almışdır.[3]

Gintaras bir sıra elmi kitabların müəllifi və redaktoru olmuşdur. 100-dən çox elmi məqalənin müəllifidir. Baltika mifologiyasını və din tarixini ən yaxşı bilənlərindən biri hesab edilirdi. 2003-cü ildə din tədqiqatı üzrə dərslik dərc etmişdir.[3] Dərslik 11 və 12-ci siniflərdə tədris olunur.

Onun qısa hekayələri və şərhləri əsasən Naujasis Židinys jurnalında və mədəniyyət haqqında həftəlik qəzet olan Šiaurės Atėnai qəzetində dərc edilmişdir. Gintaras qəzetdə müxtəlif xəbərlər və internet-portallarının redaktoru olmuşdur. Bundan başqa o, esselərin (həmçinin Antanas Sereda təxəllüsü ilə) və bir neçə romanın toplusunu dərc etdirmişdir.[3] 2001-ci ildə Gintaras Litva tarixinə həsr edilmiş Ant laiko ašmenų toplusuna görə Litva prezidenti tərəfindən mükafata layiq görülmüşdür. 2004-cü ildə o, prezident seçkilərində Kazimir Prunskeneni dəstəkləmişdir.

Son illərində Beresnyavisius Vilnüs Universitetinin din tədqiqatı mərkəzində, həmçinin mədəniyyət, incəsənət və fəlsəfə institutunda çalışmışdır. Onun elmi nailiyyətlərinə və Kaunas universitetindəki mühazirələrinin məşhurluğuna baxmayaraq, Gintaras professor drəcəsini ala bilmədi.

Gintaras Beresnyavisius 6 avqust 2006-cı ildə naməlum şəraitdə dünyasını dəyişmişdir. Dəqiq məlumdur ki, Gintaras bardan qayıdarkən sərxoş halda olmuş və polis tərəfindən saxlanmışdır. Rəsmi məlumatlara əsasən, onun ölümü ürək çatışmazlığından baş vermişdir. Ölümün polis əməkdaşlarının səlahiyyətlərini aşması nəticəsində baş verməsi yalandır.[4]

  • Ant laiko ašmenų. Vilnius 2002. ISBN 9955-445-41-6
  • Zauber der baltischen Staaten. Estland - Lettland - Litauen. Fotos v. Kai U. Müller. Texte v. Gintaras Beresnevicius, Cornelius Hasselblatt, Detlev Henning u. a. München, GeraNova/Bruckmann, 2005. ISBN 3-86517-030-7
  1. 1 2 http://www.delfi.lt/archive/article.php?id=10311916.
  2. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #113968264 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  3. 1 2 3 "Балто-славянские исследования. XVIII: Сборник научных трудов". 2023-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-09.
  4. "Новостной портал Delfi (литовский)". 2007-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-09.