41°14′45″ şm. e. 44°49′16″ ş. u.HGYO

Ləmbəli (Loru)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ləmbəli
41°14′45″ şm. e. 44°49′16″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 450 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 2.732 nəf. (2011)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 4104
Xəritəni göstər/gizlə
Ləmbəli xəritədə
Ləmbəli
Ləmbəli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Ləmbəli — Tiflis quberniyasının, Loru-Borçalı qəzasında, indiki Barana (Noemberyan) rayonunda kənd. Rayon mərkəzindən 15 km şimal-qərbdə, Tona çayının sağ tərəfində yerləşir.Ən tanınmış tayfası Ayvazdar tayfasıdır.

Bu yer "Ermənistan"ın şimalında sonuncu nöqtədir. Dəniz səviyyəsindən 470 m yüksəklikdə yerləşən, dərəli-təpəli, dağlı-düzlü yerdir[2].

Erməni mənbələrində "Ləmbəli qyuğ" formasında qeyd edilir[3].

Toponim "rütubətli və bürkülü zonalar üçün səciyyəvi olan tikili" mənasında işlənən ləm[4] və "düzənlik, açıqlıq, açıq yer", "geniş düzənlik" mənasında işlənən pila//pala (> bəli) sözlərinin[5] birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan toponimdir.

Qışı mülayim-orta temperaturu +50 °C, yayı nisbətən isti –orta temperaturu +300C-dir[2].

Kənddə 1831-ci ildə 11 nəfər, 1886-cı ildə 292 nəfər, 1897-ci ildə 376 nəfər, 1908-ci ildə 400 nəfər, 1914-cü ildə 493 nəfər azərbaycanlı yaşamışdır[6]. 1915-ci ildən sonra azərbaycanlılar ermənilərin təcavüzünün nəticəsində tarixi-etnik torpaqlarından qovulmuşlar. İndiki Ermənistan sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar geri qayıda bilmişlər. 1922-ci ildə 783 nəfər, 1926-cı ildə 857 nəfər, 1931-ci ildə 1034 nəfər[7], 1939-cu ildə 1289[8] nəfər azərbaycanlı yaşamışdır.

1948–1949-cu illərdə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar Azərbaycana köçürülmüşdür. Ləmbəlilər bu haqsızlığa qarşı çıxmış, apardıqları mübarizə nəticəsində onlar geri — öz kəndlərinə qayıtmışlar. 1959-cu ildə burada 1151nəfər, 1970-ci ildə 2000 nəfər[9], 1987-ci ildə 1500-dən çox[10] azərbaycanlı yaşamışdır, lakin "Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti" kitabında kəndin azərbaycanlı əhalisi ermənilər kimi göstərilmişdir[11]. 1988-ci ildə azərbaycanlılar qovulmuş, kənddə ermənilər yerləşdirilmişdir.

Görkəmli şəxsiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • İnsanov Əli Binnət oğlu — həkim, Azərbaycanın keçmiş səhiyyə naziri.
  • Səfalı Nəzərli — Respublika "Qızıl qələm" mükafatı laureatı, 1979-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2007-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvü
  • Cavad Həkimli — II Dünya Müharibəsinin iştirakçısı, İtaliya və Yuqoslaviya azadlıq hərəkatının qəhrəmanı, "Ruskaya Çeta" rotasının rəhbəri.
  • Məmmədov Məmməd Qərib oğlu (1956–07.11.1993) — itkin
  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. 1 2 O CÜMLƏDƏN BİZİM ULU LƏMBƏLİ [ölü keçid]
  3. Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, "Melkonyan fond", 1932, s.98
  4. Əzizov E. İ. Söz xəzinəsi. Söz haqqında araşdırmalar, Bakı,"Maarif", 1995, s.16
  5. Радлов В.В. Опыт словарья тюркских наречий, т.l, ч. 1–2, СПб, 1893, 1914 стр.; т ll, ч.1–2, СПб, 1899, 1814 стр. т lll, ч.1–2, СПб, 1905, 2204 стр.; т.lV, ч. 1–2, СПб, 1911, — IV (2), s.1162
  6. Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, "Melkonyan fond", 1932, s.89, 98–99
  7. Qorqodyan Z. 18311931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, "Melkonyan fond", 1932, s.89, 98–99
  8. Hakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986, s.535
  9. Hakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986, s.535
  10. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995, s.331
  11. Hakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986, s.535 (erm.)