Anatoli Karpov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Anatoli Karpov
Ölkə
Doğum tarixi (73 yaş)
Doğum yeri Zlatoust, Çelyabinsk vilayəti, SSRİ
Titulu qrosmeyster (1970)
Son reytinqi
  • 2.617 (fevral 2022)[2]
Maksimal reytinqi 2780 (iyul 1994)
FİDE nömrəsi 4100026
Mükafatları Dünya çempionu:1975–1985; 1993–1999
"Dostluq" ordeni (Rusiya) "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni
aekarpov.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Anatoli Yevgenyeviç Karpov (rus. Анатолий Евгеньевич Карпов 23 may 1951, Zlatoust, Çelyabinsk vilayəti, SSRİ) — şahmat üzrə 12-ci dünya çempionu, PhD, Rus şahmat qrosmeysteridir. O, Harri Kasparov tərəfindən məğlub edilənədək 1975-ci ildən 1985-ci ilə qədər rəsmi olaraq dünya çempionu sayılıb. O, 1993-cü ildə Kasparova qalib gələrək yeniden FİDE dünya çempionu olmazdan öncə 1986–1990-cı illər arasında Kasparova qarşı 3 oyun oynayib. O, FİDE-nin yeni dünya çempionluğu qaydalarına etiraz edərək çempionluq adından imtina etdiyi üçün bu adı 1999-cu ilə qədər əlində saxlaya bilib. Karpov dünya şahmat elitası arasinda çempion adını 10 il qoruya bildiyi üçün tarixin ən böyük şahmatçılarından biri sayılır. Onun turnir uğurları 160-dan çox birinci yer ilə bitirməkdən ibarətdir. Karyerasının ən yüksək dövründə Karpov 2780 Elo reytinqi ilə FİDE-nin sıralamasında 1970-ci ildəki acıqlamadan sonra 90 ay boyunca birinci pillədə olub. Karpov 2005-ci ildən Rusiya İcimai Palatasının üzvüdür. O, son zamanlar humanitar layihələrin, eləcə də yodlaşdırılmış duzun istifadəsini müdafiə edib. 2012-ci ilin dekabrın 17-si, Karpov Rusiya Parlamentinin ABŞ vətəndaşlarının rus kimsəsizlərini övladlığa götürməsini qadağan eden qanunu dəstəklyib.

Erkən həyatı

[redaktə | mənbəni redaktə et]

Karpov 1951-ci ildə keçmiş Sovet İttifaqının Ural bölgəsində Zlatoustda doğulmuşdur. Onun gənc yaşlarında şahmat uğurları sürətli oldu və o, artiq on bir yaşında İdman Ustaligina Namized oldu. Mixail Botvinnik onun haqqinda "Bu oğlanın şahmat baredə anlayışı yoxdur, onun peşəkar şahmatda gələcəyi ola bilmez" deməsinə baxmayaraq, Botvinnik Karpovu on iki yaşında öz prestijli şahmat məktəbinə qəbul etdi. Karpov etiraf edir ki, həmin vaxtlar onun şahmat nəzəriyyələrini anlaması çox qarışıq idi və o, sonralar yazdı ki, Botvinnikin çoxlu şahmat kitabları və gərgin əmək tələb edən ev tapşırıqlarını işləmək ona böyük kömək oldu. Karpov Botvinnikin nəzarəti altında elə sürətlə irəlilədi ki, o, 1952-ci ildə Boris Spasski tərəfindən qurulmuş rekordu təzələyib 1966-cı ildə 15 yaşında dövrünün ən gənc Sovet Milli İdman Ustasi adını qazandi.

Bir neçə ay sonra Karpov özünün ilk beynəlxalq tuniri olan Trinekdə Viktor Kupreiçiki qabaqlayaraq birinci yeri qazandı. O, 1967-ci ildə Qroninqendə hər il yeniyetmə gənclər arasında keçirilən Avropa Çempionatını qazandı. Karpov 1968-ci ildə akademik mükəmməllik göstərərək məktəbi qızıl medal ilə bitirmiş və Moskva Dövlət Universitetinə "Riyaziyyat" fakültəsinə daxil olmuşdur. O, sonradan Leninqrad Dövlət Universitetine keçmiş ve "Iqtisadiyyat" fakültəsini bitirmişdir. Onun Sankt Peterburq (Leninqrad) köçmə səbəblərindən biri məşqiçisi qrosmeyster Semyon Furmana daha da yaxın olmaq idi. Öz yazılarında Karpov dünya səviyyəli oyunçu olmasının ən böyük səbəbkarı kimi Furmanı xatırlayır. 1969-cu ildə Stokholmda final maçlarında 10/11 hesabı ilə Spasskinin rekordunu yeniləmiş və uşaqlar arasında keçirilən Şahmat üzrə Dunya Çempionatini qazanmışdır. 1970-ci ildə Karakasda (Venesuela) beynəlxalq turniri dördüncü yerdə bitirərək qrosmeyster adına layiq görülmüşdür.

Yüksək dərəcə qrosmeyster

[redaktə | mənbəni redaktə et]

Karpov 1971-ci ildə özünün böyüklər arasında ilk əhəmiyyətli qələbəsini Moskvada Alyoxinin Xatirə turnirində əldə etmişdir. Leninqrad İnterzonal turnirini Viktor Korçnoy ile ilk pilləni bölüşərək qazandıqdan sonra onun Elo reytinqi 1971-ci ildəki 2540 FİDE xalı 1973-cü ildə 2660-a kimi yüksəldi. Daha sonra uğurların davamı olaraq 1974-cü ildə Dünya Şahmat Namizədlər Turnirinə vəsiqə qazanaraq o vaxtkı çempion Bobbi Fişerlə rəqib olmaq şansı qazandi.

Karpov Lev Poluqayevskini məğlub edərək +3 =5 hesabı ilə Dünya Şahmat Namizədlər Turnirinin ilk oyununu uğurlu başlaya bilmiş və növbəti maçlarda Boris Spasski ilə qarşılaşmışdir. Spasski erkən qələbə qazansa da, sonradan Karpov üstünlüyü ələ ala bildi və turnirin final görüşündə Korçnoi ilə rəqib olma şansi qazandı. Sonda +3 −2 =19 nəticəsi ilə Karpov qələbə qazandi və Namizədlər Turnirinin qalibi olaraq Bobbi Fişer ilə oynamaq hüququ əldə etdi.

Fişer ilə 1975-ci il maçı

[redaktə | mənbəni redaktə et]

Baxmayaraq ki, Fişer və Karpov arasında dünya çempionluq oyununu çoxları gözləyirdi, bu oyun heç vaxt baş vermədi. Fişer tələb elədi ki, qalib 10 oyun qələbə qazanan oyunçu olsun, amma əgər hesab 9–9 olarsa, əvvəlki çempion öz tacını qoruyacaq. FİDE bu tələbləri rədd etdi və bu hadisələr son nəticədə Fişerin çempionluq tacından imtinasi ilə bitdi. Kasparov və Spasski belə düşünürdülər ki, Karpov Fişeri məğlub edə bilərdi və hətta 1978-ci ildə yenidən Fişerlə qarşılaşıb qələbə qazanardı.

Dünya çempionu

[redaktə | mənbəni redaktə et]

Özünü qanuni dünya çempionu kimi sübut etməyi qarşısına məqsəd qoymuş Karpov növbəti 10 il ərzində demək olar bütün tunirlərdə iştirak etmiş və ciddi qələbələr qazanmışdır. O, 1975-ci ildə çox güclü Milan turniri qazanmış, 1976-cı ildə özünün üç Sovet titulundan ilkini qazanmışdı. Karpov ən ardıcıl turnirlər qalibi kimi (9 dəfə) oz rekordunu qoruyub saxlamışdı, ancaq bu rekord Harri Kasparov tərəfindən qırılmışdı (14 ardıcıl turnir). Karpov oz tacını ilk dəfə 1978-ci ildə əvvəllər dəfərlərlə oyandığı Viktor Korçnoya qarşı mudafiə etmişdi. 1974-cü il Namizədlər turnirində olduğu kimi bu dəfə də Karpov erkən üstünlüyü ələ almış və sonda +6 –5 =21hesabı ilə öz çempionluq titulunu qoruya bilmişdi. Üç il sonra Karçnoy alman finalçı Dr. Robert Höhneri məğlub etmiş və Namizədlər yarışının qalibi olaraq Meranoda (İtaliya) Karpova qarşı çempionluq maçında qarşılaşdı. Lakin Karpov bu oyunu 11–7, +6 −2 =10 hesabı ilə qazandı. Bu oyun digər adla "Meranoda Qırğın" kimi xatırlanmışdı. Karpovun turnirlər karyerasının ən yüksək zirvəsi 1979-cu ildə Montreal "Ulduzlar Turniri" zamanı yaşandı. Bu yarışda o, Mixael Tal ilə +7 −1 =10 hesabı ilə bitişik başa vurmuş və bir çox yüksək səviyyəli qrosmeysterdən öndə olmuşdu: Yan Timman, Lybomir Lyubojevic, Boris Spasski, Vlastimil Hort, Lacos Portiş, Höbner, Bent LarsenLyubomir Kavalek. Karpov mümkün 15 xaldan 13.5 toplayaraq 1977-ci ildə Las Palmas turnirinin qalibi olmuşdu. O, həmçinin prestijli Buqoyno (1978 və 1980), Linares (1981 və 1994), Tilburq (1977, 1979, 1980, 1982, 1983) turnirlərini və Sovet Çempionluğunu qazanmışdır (1976, 1983, 1988). Karpov Sovet İttifaqını alti Şahmat Olimpiadasında təmsil etmiş və hamısında da qızıl medal qazanmışdır. Karpov dünya çempionu və dünyanın ən yaxşı oyunçusu kimi öz mövqeyini Harri Kasparov səhnəyə çıxana kimi möhkəmləndirə bilmişdi.

Kasparov ilə mübarizə

[redaktə | mənbəni redaktə et]

Karpov təhlükəli rəqib kimi (və dünyanın 2 nömrəlisi) 1990-cı illərin əvvəllərinə kimi öz möqveyini qorudu. O, Kasparova qarşı daha üç oyunda çempionluq üçün 1986-cı ildə London və Leninqradda, 1987-ci ildə Sevilyada və 1990-cı ildə Nyu-YorkLionda mubarizə aparmışdı. Bütün üç maçın nəticələri çox yaxın idi və bütün üç maçda son oyunlarda Karpovun uduş pozisiyası var idi. Lakin hər üç mübarizədə Kasparov qələbə çaldı. Onların beş dünya çempionluğu maçında Karpov 144 oyunda 19 qələbə, 21 məğlubiyyət və 104 heç-heçə etmişdir.

Yenidən FİDE çempionu (1993–99)

[redaktə | mənbəni redaktə et]

1992-ci ildə Karpov Namizədlər Tuniri oyununda Naycel Şorta məğlub olmuşdu. Ancaq 1993-cü ildə Kasparov ve Şort FİDE-dən ayrıldıqdan sonra dünya çempionluğunu yenidən əldə etmişdi. Karpov namizədlər Finalında Şorta uduzan Timmanı məğlub etdi. Kasparov və Karpovun növbəti mötəbər görüşü 1994 cü il Linares Şahmat Çempionatı oldu. Yarışda ortalama Elo reytinqi 2685 olan Karpov, Kasparov, Aleksey Şirov , Evgeny Bareev, Vladimir Kramnik, Joël Lautier , Vişvanatan Anand, Gata Kamsky, Veselin Topalov, Vasili İvançuk, Boris Gelfand, Miguel Illescas, Yudit Polqar və Alexander Beliavsky iştirak edirdi. Yarışın gücündən təsirlənmiş Kasparov yarışdan bir neçə gün əvvəl demişdi ki qalib haqlı olaraq yarışların dünya çempionu adlandırıla bilər. Bu rəydən ilhamlanan Karpov həyatının ən yaxşı yarışını keçirmişdi. O məğlubedilməz idi və mümkün 13 xaldan 11-ni qazanaraq yarışı ikinci olan Kasparov və Şirovdan 2.5 xal qabaqda tamamlamışdı. Onun qələbələrinin əksəriyyəti heyrətləndirici idi(Topalov üzərindəki qələbəsi onun karyerasında ən yaxşısı idi). Onun dünynın ən yaxşılarına qarşı 2985 lik performansı, 2009-cu ildə Maqnus Karlsen Mirvari Yaz (Pearl spring) yarışını 3002-lik performansla udana qədərki tarixdə ən yaxşı performans reytinqi idi. Buna baxmayaraq Şahmat statistiki Karpovun Linares turnir performansının nəticəsini tarixdə ən yaxşı qəbul edir. 2014-cü ildə Fabiano Kariana dünyanın ən güclü yarışlarından birində 7 qələbə və 3 bərabərlik qeydə alaraq 3080-lik performans reytingi əldə etdi. Karuana Saint Luis 2014 Sinquefield kubokunda 10 oyunda 8.5 xalla dünyanın 10 ən güclüsündən 6-nı Maqnus Karlsen də olmaqla məğlub etdi.