Ceyms Kemeron

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ceyms Kemeron
ing. James Cameron
Doğum adı James Francis Cameron
Doğum tarixi (70 yaş)
Doğum yeri Kapuskasinq, Ontario, Kanada Kanada
Vətəndaşlığı Kanada
Həyat yoldaşı
Uşaqları Ceyms Kemeron, Devi Kemeron
Atası Filip Kemeron
Anası Şirli Kemeron
Fəaliyyəti rejissor, prodüser, redaktor, ssenari müəllifi
Fəaliyyət illəri 1978–bu günə kimi
Təhsili
  • Kaliforniya Dövlət Universiteti, Fallerton[d]
Boyu 188 sm
Mükafatları "Kanada" ordeninin üzvü
Ən yaxşı rejissor işinə görə "Oskar" mükafatı Ən yaxşı filmə görə "Oskar" mükafatı Golden Globe Award for Best Director Golden Globe Award for Best Director
IMDb ID0000116
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ceyms Kemeron (d. 16 avqust, 1954, Kapuskasinq, Ontario) — Kanadalı kinorejissor, ssenarist, dərin-dəniz kəşfiyyatçısı, vizual rəssam və redaktordur. Çəkdiyi filmlərin arasında bunlar ən uğurlularıdır: Piranya II: Kürütökmə (1981), Terminator (1984), Yadlar (1986), Uçurum (1989), Terminator 2: Axirət günü (1991), Düzgün yalan (1994), Titanik (1997), Qaranlıq mələyi (2000–02) və Avatar (2009). Kinematoqrafiya tarixində ən gəlirli iki filmin (Titanik, Avatar) rejissorudur. Titanik 11, Avatar isə 3 "Oskar"a layiq görülüblər. 26 mart 2012 tarixində Kemeron Marian çökəkliyinə enmişdi, hansı ki, dünyanın ən dərin nöqtəsi sayılır.[2][3][4]

Kameronun çəkdiyi filmlərdən səkkizi dünya prakatında 5,5 milyard dollardan çox gəlir gətirib.

Onun atası mühəndis, anası isə rəssam olub. Bəlkə də, ona görə hər iki xüsusiyyəti özündə cəmləyib. Ailədə 5 uşaqdan ən böyüyü olub. Cameron Amerika montajçılar cəmiyyətinin üzvüdür. 

Lightstorm Entertainment prodüser şirkəti ona məxsusdur. Bu şirkəti Larri Kasanoffla birlikdə 1990-cı ildə açmışlar. Şirkət Terminator 2: Axirət günü, Titanik , Avatar kimi filmlərə prodüserlik edib.

Cameronun dediyinə görə ona işlərində yaxşı mənada təsir edənStanley Kubrick olub. 

Ceyms Kemeron ateistdir. Ondan soruşanda ki, dünyadan köçmüş insanlardan kimlə görüşmək istərdiniz? Cavabı belə verir: "İsa peyğəmbərlə. Ondan soruşmaq istəyirəm ki, bütün bu işləri necə edib. Bu ideologiyanı bu qədər insanın beyninə necə yeridib." 

İlk dəfə tarixdə James Cameron xüsusi effektlər üçün "morphing" adlanan kopyuter proqramından istifadə edib. Əsasən də Terminator 2: Axirət günü filmində "morphing" özünü daha çox göstərib. Robert Patrick  bu proqramın köməyi ilə öz formasını dəyişirdi. 

İl Filmin orijinal adı Filmin Azərbaycan dilində adı Vəzifəsi
1981 Galaxy of Terror Qalaktik terror ikinci dərəcəli rejissor
1981 Piranha II: The Spawning Pirana 2 rejissor, ssenari həmmüəllifi
1984 The Terminator Terminator rejissor, ssenari həmmüəllifi
1985 Rambo: First Blood Part II Rembo: Birinci qan. II hissə ssenari həmmüəllifi
1985 Rambo: First Blood Part II Rembo: Birinci qan. II hissə ssenari həmmüəllifi
1986 Aliens Yadlar ssenari müəllifi, rejissor
1989 Abyss Uçurum rejissor, ssenari həmmüəllifi
1991 Terminator 2: Judgment Day Terminator 2: Axirət günü prodüser, rejissor, ssenari həmmüəllifi
1991 Point Break Qırılma nöqtəsi icraçı prodüser
1994 True Lies Həqiqi yalan rejissor, ssenari həmmüəllifi, prodüser
1995 Strange Days Qəribə günlər süjet müəllifi, ssenari həmmüəllifi, prodüser
1997 Titanic Titanik rejissor, ssenari müəllifi, prodüser
2002 Solaris Solaris prodüser
2009 Avatar Avatar rejissor, ssenari müəllifi, prodüser
2011 Sanctum Sanktum icraçı prodüser
2012 Cirque du Soleil: Worlds Away Soleil Sirki: Serhli dünya icraçı prodüser
2019 Alita: Battle Angel Alita: döyüş mələyi ssenari həmmüəllifi, prodüser
2019 Terminator: Dark Fate Terminator: Qara talelər süjet həmmüəllifi, prodüser
  1. 1 2 http://www.filmreference.com/film/71/James-Cameron.html.
  2. Than, Ker. "James Cameron Completes Record-Breaking Mariana Trench Dive". National Geographic Society. 25 March 2012. 16 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 March 2012.
  3. Broad, William J. "Filmmaker in Submarine Voyages to Bottom of Sea". New York Times. 25 March 2012. 29 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 March 2012.
  4. AP Staff. "James Cameron has reached deepest spot on Earth". MSNBC. 25 March 2012. 19 October 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 March 2012.