İstifadəçi müzakirəsi:Cekli829/2014-Fevral

Vikipediya, azad ensiklopediya
Ən son rəy:10 il öncə, Cekli829 tərəfindən "Dəvətnamə" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç
2009 Fevral May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2010 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2011 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2012 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2013 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2014 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2015 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2016 Yanvar Fevral Mart Aprel May İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2017 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr
2018 Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr

Xahiş

[mənbəni redaktə et]

Salam cənab Cekli. Mənim işlədiyim Mixaylov qəsri məqaləsində kiçik problem yaranıb. Sağ hissədə xəritə yerləşir və orada qəsrin RF ərazisində yerləşmə koordinatlarını qoymuşdum. Lakin bu koordinatlar orada əks olunmur. Bu problemi həll etməkdə mənə yardım edə bilərsiniz? --Keete 37 (Farid Aliev) (talk) 15:10, 1 fevral 2014 (UTC)Cavabla

✅Y Düzəltdim. --►Cekli829 15:57, 1 fevral 2014 (UTC)Cavabla

Təşəkkür

[mənbəni redaktə et]

Salam, Cekli. Zlatan İbrahimoviç məqaləsindəki düzəlişlərinə, xüsusilə də boşluqlarda etdiyin dəyişiklərə görə təşəkkür edirəm.--Emin ismarış 18:25, 1 fevral 2014 (UTC)Cavabla

Minnətdaram. Məqalələrini hazırladığın bütün futbolçular ən çox azarkeşlik etdiklərimdir. Deyəsən bu məsələdə maraqlarımız üst-üstə düşür ;) --►Cekli829 19:45, 1 fevral 2014 (UTC)Cavabla
Çox sevindim :)--Emin ismarış 20:40, 1 fevral 2014 (UTC)Cavabla

Məqalə üzərində işləyənlər

[mənbəni redaktə et]

Salam Araz müəllim. Vikipediya:Məqalə laboratoriyası/Əli Kərimli səhifəsində Məqalə üzərində işləyənlər bölməsində məni də qeyd etmisiniz. Mən axı hazırda o məqalədə işləmirəm. Hazırda o məqalədə əsas işləyən İstifadəçi:Samraldır. Amma məndən başqa İstifadəçi:Craig Rzayevİstifadəçi:Progeri də ora əlavə etmisiniz. Səbəbini öyrənə bilərəmmi? Mümkünsə mənim adımı oradan çıxarın. Hörmətlə, --►Cekli829 08:04, 3 fevral 2014 (UTC)Cavabla

Diskussiyaya müdaxilə etdiyim üçün üzr istəyirəm, lakin cənab Cekli, Siz 08:46-dən 08:48-dək, (9 aprel 2012) Əli Kərimli məqaləsində çalışmısınız və ümumilikdə məqaləyə 653 bayt info daxil etmisiniz bu da əhəmiyyətli həcmdə dəyişiklik sayılır, elə Proger'in özü Sizdən də çox, 1701 bayt həcmində məlumat oraya daxil edib. Məncə burada Araz müəllim haqqlıdır. --Keete 37 (Farid Aliev) (talk) 08:17, 3 fevral 2014 (UTC)Cavabla
Salam Cekli. Mən Əli Kərimli məqaləsinin tarixçəsinə baxaraq elə yazmışam. Düzdür orada digər istifadəçilər redaktələr edib. Lakin mən məqaləyə əlavə olunan materilalın həcminə görə sizi və digər istifadəçiləri də əlavə etmişəm. Bunlar qaydalara və sizin istəyinizə ziddirsə silə bilərəm. Araz Yaquboglu (talk) 09:00, 3 fevral 2014 (UTC)Cavabla
Bu məqalədə redaktələri olan istifadəçilər onsuz da tarixçədə qeyd olunub. Tarixçəni təkrarən bura yazmağa heç bir lüzum yoxdur. Məqalə üzərində işləyənlər bölməsi məqalənin laboratoriyada olduğu dövrdə onun təkmilləşdirilməsində iştirak edənləri nəzərdə tutur. Bölmənin adından da görüldüyü kimi bu "Məqalə üzərində işləyənlər"dir; "Məqalə üzərində işləmişlər" deyil. Hörmətli Araz müəllim, bütün bunları nəzərə alaraq, mümkünsə mənim adımı oradan çıxarın. Hörmətlə, --►Cekli829 09:14, 3 fevral 2014 (UTC)Cavabla

✅Y Yerinə yetirildi. -Araz Yaquboglu (talk) 09:28, 3 fevral 2014 (UTC)Cavabla

Təşəkkür edirəm! Minnətdaram. --►Cekli829 09:43, 3 fevral 2014 (UTC)Cavabla

Çexlər

[mənbəni redaktə et]

Salam cənab Cekli. Mənim yaratdığım Çexlər məqaləsinin Vikipediya:Yaxşı məqalə namizədlərində səsvermə müddəti ayın dördündə sona bitmişdi. Onu artıq qəbul etmək olar? A birdə bir sualım olacaqdır: Laboratoriyaya namizəd səhifəsində Azadlıq heykəli adlı məqalə yerləşdirilib. Məncə o tam laboratoriya standartlarına cavab verir, lakin onu nədən qəbul etmirlər? --Keete 37 (Farid Aliev) (talk) 09:09, 5 fevral 2014 (UTC)Cavabla

Çexlər məqaləsi ilə bağlı burada fikrimi bildirdim. Hörmətlə, --►Cekli829 08:01, 6 fevral 2014 (UTC)Cavabla
Cənab Cekli mən bir şeyi başa düşmədim - Siz orada nədə çətinlik çəkirsiniz? Bu avropa xalqı haqqında bir məqalədir. Hansısa siyasi lider haqqında deyil ki... Nu mən digər İdarəçilərin birinə müraciət edəcəm. Köməyiniz üçün təşəkkür edirəm. --Keete 37 (Farid Aliev) (talk) 08:08, 6 fevral 2014 (UTC)Cavabla

Neftçi Bakı PFK

[mənbəni redaktə et]

Salam. Neftçi Bakı PFK məqaləsi ilə bağlı fikrimi demişəm, proses düzgün başlanılmadı. Amma lap tutaq ki düzgün başlanılıb, [1] 2 səs YM üçün gəlib, 6 səs isə SM üçün. Bəs niyə YM namizədi oldu?--Emin ismarış 07:06, 7 fevral 2014 (UTC)Cavabla

Proses tam düzgün olub, heç bir qüsur olmayıb. YM namizədi olmasının da səbəbi əleyhinə olan səslərlə bağlıdır. Əleyhinə 4 səs var. Həm də məqalənin mövcud vəziyyəti SM olmasını mümkün etmir. Çünki bu mövzuda daha sanballı məqalə hazırlamaq olar. Amma bu məqalə 2 aydan da artıq müddətdə laboratoriyada olsa da SM səviyyəsinə çata bilməmişdir. Ona görə də ən yaxşı halda YM namizədi olmasını məqsədəuyğun hesab etdim. Hər belə məqaləni SM namizədi etsək, Vikipediya biabırçı vəziyyətə düşər. --►Cekli829 07:59, 7 fevral 2014 (UTC)Cavabla
Proses "əlil"dir. YM namizədi etməyin isə məntiqsizdir. Yeri gəlsə, qarşı səslər YM namizədliyi üçün səslərdən daha çoxdur.--Emin ismarış 08:02, 7 fevral 2014 (UTC)Cavabla
Sənə sadəcə təklif edirəm ki, prosesi daha yaxşı öyrən. Bilmədiyin məslələrlə bağlı məntiqsiz fikirlər söyləmə. Mən açıqlamamı kifayət qədər yetərli hesab edirəm. Başqa sözün varsa, buyur, idarəçilərə müraciət et. --►Cekli829 08:14, 7 fevral 2014 (UTC)Cavabla
Məsləhətin üçün çox sağ ol.--Emin ismarış 08:20, 7 fevral 2014 (UTC)Cavabla

Ağıl azlığı, ya vandalizm?

[mənbəni redaktə et]

Bu idarəçinin bu son redaktəsində "məntiq" deyilən bir şey varmı: 1>>  ?! İnsanda sadəcə bir az ağıl lazımdır ki 14-ci əsrin sonunda meydana çıxmış Şəki hökmdarlığının yaranma tarixini 100-il sonraya - 1499-cü atmasın; nədir bu idərəçinin belə hərəkər etməsinin səbəbi? Səbəb təsadüfən, ağıl azlığı, ya da vandallıq deyilmi? O, bundan sonra mahiyyəti şübhəli olan növbəti bir redaktəyə əl atdı: 2>> Müqayisə üçün əlavə edək ki, ermənilər də ötən il onun kimi hərəkət edərək "Шекинское государство"nu "История Азербайджана" şablonundan çıxartmağa cəhd edirdilər. Mahiyyət məlumdur, ermənilər Azərbaycan dövlətçiliyinin kökünün 1384-cü ilə gedib çıxmasından bərk narahat olmuşdular. Amma onlar məqsədlərinə çata bilmədilər. Həmin şablomda "Шекинское государство" qaldı!!! Ermənilərin edə bilmədiyini indi bu necə edə bilər ki? Hələlik bizim bu idarəçinin ermənilər kimi hərəkət etməsinin səbəbini öyrənək; yuxarıda 2 ehtimal irəli sürdük, üçüncü ehtimal isə onun kimlərsə qarşısında, çox güman ki hansısa ölkənin kəşfiyyat idarəsi qarşısında Azərbaycan tarixinin saxtalaşdırmaq barədə öhdəlik götürməsi və saxtalaşdırdığı hər şeyə görə pul almasıdır! Bütün məqalələri pulla redaktə etməsi isə vikipedia ictimaiyyətinə artıq çoxdan məlumdur. Belə birisinin isə vikipediada idarəçi olması yolverilməz haldır və vikipedia qaydalarına tamamilə ziddir. — Bu imzasız yazı 37.61.72.93 (m) tərəfindən əlavə edilib; 11:27, 14 fevral 2014 (UTC)Cavabla

Həftənin seçilmiş məqaləsi

[mənbəni redaktə et]

Salam, Cekli! Zəhmət olmasa, bu şablondakı şəkilin əvəzinə bunu qoya bilərmisiniz? --Мурад 97 (talk) 17:49, 17 fevral 2014 (UTC)Cavabla

✅Y --►Cekli829 13:56, 17 fevral 2014 (UTC)Cavabla
Təşəkkür edirəm. --Мурад 97 (talk) 18:01, 17 fevral 2014 (UTC)Cavabla

Per-Laşez məzarlığında dəfn olunanlar

[mənbəni redaktə et]

Salam Cekli. Bağışla ki, mən Per-Laşez məzarlığında dəfn olunanlar adlandırmasında hərf səhvliyinə diqqətsiz olmuşam. -Araz Yaquboglu (talk) 06:46, 21 fevral 2014 (UTC)Cavabla

Bu texniki bir məsələdir. Mənim fikrimcə düzəldilməsi mümkün olan bu kimi səhvlər səhv deyil. ;) Hörmətlə, --►Cekli829 06:49, 21 fevral 2014 (UTC)Cavabla

Dəvətnamə

[mənbəni redaktə et]
DƏVƏTNAMƏ
Salam Aleykum
Neftçi Bakı PFK məqaləsinin "Yaxşı məqalə" statusu alması üçün Vikipediya:Yaxşı məqalə namizədləri/Neftçi Bakı PFK səhifəsində, keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirəm. Məsələn "Dəstək" bölümündə səsinizi qeyd edə bilərsiniz. Əvvəlcədən təşəkkürlər!

--☜❶☞Cavid (talk)☜❶☞ 10:47, 22 fevral 2014 (UTC)Cavabla

Xahiş edirəm ki, dəvətnamə göndərərkən diqqətli olun. Səs vermiş istifadəçilərə dəvətnamə göndərməyin. Məsələn, mən 7 fevral 2014 tarixində səs vermişəm. Hörmətlə, --►Cekli829 12:38, 22 fevral 2014 (UTC)Cavabla