40°04′52″ şm. e. 43°55′35″ ş. u.HGYO

Şahvarut

Vikipediya, azad ensiklopediya
(Şəvərut səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Şahvarut
40°04′52″ şm. e. 43°55′35″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 900 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 855 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Şahvarut xəritədə
Şahvarut
Şahvarut
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şalıbulaq, Şahvarut, Uşakertİrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd.

Rayon mərkəzindən 9 km cənub-qərbdə, Araz çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir[2]. Erməni mənbələrində Şavarud kimi yazılır[3].

Toponim fars dilində «qaya, möhkəm, bərk» mənasında işlənən şah sözündən[4] və Azərbaycan dilində «möhkəmləndirilmiş kənd, qala» mənasında işlənən var sözünə[5] -ud şəkilçisinin qoşulmasından əmələ gəlmişdir. Relyef əsasında yaranmış mürəkkəb quruluşlu toponimdir.

Erm. SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə adı dəyişdirilib Uşakert qoyulmuşdur.

Kənddə 1831-ci ildə 59 nəfər, 1873 - cü ildə 72 nəfər, 1886-cı ildə 116 nəfər, 1897-ci ildə 153 nəfər, 1908-ci ildə 96 nəfər, 1914 - cü il də 128 nəfər, 1916-cı ildə 132 nəfər yalnız azərbaycanlı yaşamışdır[6].

1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba yurdlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 108 nəfər, 1926-cı ildə 106 nəfər, 1931-ci ildə 96 nəfər yalnız azərbaycanlı yaşamışdır[6].

SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə kəndin sakinləri olan azərbaycanlılar 1948-1949-cu illərdə zorla tarixi-etnik torpaqlarından Azərbaycana deportasiya olunmuşdur. Kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndi ermənilər yaşayır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.293
  3. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.64
  4. Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.625
  5. Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.113
  6. 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.64-65, 138-139