39°45′03″ şm. e. 46°45′31″ ş. u.HGYO

Şuşa mağara düşərgəsi

Vikipediya, azad ensiklopediya
(Şuşa mağarası səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Şuşa mağara düşərgəsi
Xəritə
39°45′03″ şm. e. 46°45′31″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Şuşa
Yerləşir Daşaltı çayının sol sahili
Aidiyyatı Paleolit dövrü
Üslubu Arxeoloji abidə
İstinad nöm.1772
KateqoriyaDüşərgə
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Şuşa mağarası (Azərbaycan)
Şuşa mağarası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şuşa mağara düşərgəsiŞuşadakı tarixi abidələr sırasında özünə layiqli yer alan Daş dövrünə aid Şuşa mağarası şəhərin yaxınlığında, I Zarıslı (Daşaltı) çayının dərəsində dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşir. Daş dövründə yaşamış insanların məskəni. Şuşa şəhərindən cənubda, Daşaltı çayının sol sahilində yerləşir.[1] 1971-ci ilin iyul ayında M. M. Hüseynovun rəhbərliyi altında Mil-Qarabağ arxeoloji ekspedisiyası Qarabağın dağlıq ərazilərində paleolit düşərgələrini aşkar etmək məqsədilə kəşfiyyat işləri aparmışdır.[2] Bu mağaranın uzunluğu 120 metr, eni 20 metrə qədərdir. Şuşa mağarasının ağzında orta əsrlərə aid olan daşdan qalın istehkamlar, qala divarlarının qalığı vardır. Arxeoloji qazıntılar zamanı buradan Paleolitə aid iki ədəd kobud çapacaq, Mezolitə aid mikrolit bıçaqlar və s. aşkar olunmuşdur. Oradakı qarışıq torpaqdan isə miladdan öncə V–IV minilliklərə aid Enolit gil qab nümunələri, Tunc və Dəmir dövrlərinə və orta əsrlərə aid saxsı məmulatlarının qırıqları tapılmışdır.[3]

Arxeoloji qazıntılar

[redaktə | mənbəni redaktə et]

Aparılan arxeoloji kəşfiyyat işləri zamanı Daş dövrünə aid Şuşa mağara düşərgəsi qeydə alınmışdır. Şuşa mağara düşərgəsində aparılan kəşfiyyat qazıntı işləri zamanı Paleolit dövrünə aid 4 ədəd daş məmulatı tapılmışdır[4]. Arxeoloji qazıntılar zamanı buradan Paleolitə aid iki ədəd kobud çapacaq, Mezolitə aid mikrolit bıçaqlar və s. aşkar olunmuşdur. Oradakı qarışıq torpaqdan isə miladdan öncə V–IV minilliklərə aid Enolit gil qab nümunələri, Tunc və Dəmir dövrlərinə və orta əsrlərə aid saxsı məmulatlarının qırıqları tapılmışdır.[5] Şuşa mağarasında eramızdan əvvəl III–II minilliklərə aid əşyalar tapılmışdır ki, bu əşyalar misə qalay, arsen qatmaqla yaranmışdır. Qədim və Orta tunc dövrünə aid olan əmək alətləri, silah və bəzək əşyaları eynilə I Kültəpədə, Babadərvişdəki əşyalara oxşayırdı. Şuşa mağarasındakı əşyalar üzərində gözəl əl işləri var idi ki, həmin şəkilləri "addımlayan möhürlər" və ya "oyulmuş qıfıl yerləri" adlandırırdılar[6]. Bütün bunlar isə qədim Şuşa sakinlərində şüurun inkişafını, incəsənətin və mədəniyyətin tərəqqisini göstərən amillər idi. Ağdamın Üzərliktəpə adlanan ərazisindəki əşyalar üzərindəki şəkillərlə Şuşa mağarasındakı əşyalar arasında tamamilə bir uyğunluq vardır. Eyni zamanda Şuşa mağarasındakı əşyalara bütün QuruçayKöndələnçay arasındakı ərazilərdə də rast gəlinmişdir. Ərazidə eramızdan əvvələ aid əşyalar tapılmışdır ki, bu əşyalar dəmir dövrünə aid idi. Beləliklə, aparılan tədqiqatlar nəticəsində məlum olur ki, gözəl Qarabağımızm cənnət yaylağı, Oğuz-Türk diyarımız olan barlı-bərəkətli, min bir nemətli Şuşanın dünyada ilk insanların yaşadığı ərazilərdən biri olmuşdur.[7]

Elmi-tədqiqat işləri

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının əməkdaşları M. M. Hüseynovun rəhbərliyi altında 1971-ci ildən başlayaraq Şuşa ərazisindəki mağaralarda elmi tədqiqat işlərinə başlamışdılar. Mağaralarda iş aparmaq həm çətin, həm də təhlükəli idi. Çünki ulu babalarımızın yaşayış məskəni olmuş mağaralarımız yüz illər boyu insan ayağı dəyməyən daşlı-kəsəkli bir səhraya çevrilmişdi. Uzun müddət Şuşa mağarasının sirri insanlardan gizli qalmışdır. Bəziləri mağaranın ucsuz-bucaqsız olması, digərləri isə buranın müqəddəs yer olduğunu söyləyirdilər. Mil-Qarabağ ekspedisiyası 1971-ci ilin iyulunda Cıdır düzündəki Zarışlı (Daşaltı) çayının dərəsindən işə başlamışdılar. Həmin mağara "Şuşa mağarası" dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşirdi[8] "Şuşa mağarası"nın girəcəyində çoxlu daş yığılmışdı. Bu da onu deməyə imkan verir ki, qədim insanlar qonşu tayfaların hücumlarından müdafiə olunmaq üçün mağaraya girir və həmin daşlarla özlərini müdafiə edirmişlər. Maraq doğuran cəhətlərdən biri də ondan ibarətdir ki, mağaranın kənarında içməli su da olmuşdur. Şuşa mağarasının uzunluğu 120 metr, eni 20 metr idi. Mağaranın başlanğıcında qədim və orta əsrlərə aid qalın daş istehkamlar, qala və bina divarlarmın qalıqları var idi[9] Şuşada aparılan arxeoloji qazıntı tədqiqat işləri nəticəsində mağaranın içərisində 2 metr dərinlikdən Paleolit (qədim daş) dövrünə aid 2 ədəd kobud çapacaq aşkar edilmişdir. Həmin alətlərdəri biri Şuşa muzeyinə verilmiş, ikincisi isə Azərbaycan Milli Elmlər Akademiyasının "Daş əsri" şöbəsində saxlanılır. Bundan əlavə, Şuşa mağarasındakı qazıntı işləri nəticəsində burada bizim eradan əvvəl V–IV minilliklərə aid torpaq və gil qarışığından hazırlanmış qab məmulatları, enolit, tunc və dəmir dövrlərinə aid saxsı məmulat qırıqları, mezolitə aid mikrolit bıçaqlar aşkar edilmişdir[10]. Mağarada tapılmış əmək alətlərinin zəngin tarixə malik olduğu sübut edilmişdir. Şuşa mağarasında tapılmış maddi mədəniyyət qalıqları Azıx mağarasının və Quruçay dərəsində yaranan daha qədim mədəniyyətin davamı idi. Burada tapılmış alətlərlə Azıx mağarasındakı kobud daş alətlər arasında bir uyğunluq, oxşarlıq vardır. 240 kvadrat metrlik Şuşa mağarasında müasir insanlarm əcdadları uzun illər boyu ömür sürmüşlər. Paleolitin erkən və orta dövrlərində Azərbaycan ərazisində insanlar kollektiv əməyə əsaslanmış və kiçik qruplar şəklində yaşamışlar. Onların əsas məşğuliyyəti yığıcılıq və ovçuluq olmuşdur. Şuşa mağarasında yuxarı paleolitə aid çaxmaq daşmdan bıçaqvari lövhələr və habelə kəsicilər tapılmışdır[11]. Dağlıq Qarabağ ərazisində mis yataqları olduğu üçün ulu əcdadlarımızm hazırladığı alətlərin çoxu misdən idi. Burada metal məmulatlar — bıçaqlar, bizlər, iynələr, ox ucluqları tapılmışdır. Bu alətlər döymə üsulu ilə hazırlanmışdır. Şuşa mağarasında azacıq cilalanmış, naxışlarla bəzədilmiş kobud və saxsı qablara da təsadüf edilirdi. Qabların rəngli boyalarla naxışlanması Azərbaycanda eneolit dövrünün başlandığını sübut edirdi. Eyni zamanda qablara naxışvurma Azərbaycanın Yaxın Şərq ölkələri ilə iqtisadi-mədəni əlaqələrinin olmasını da göstərirdi. Şuşada tapılmış mikrolit alətlərdən bıçaqlara, bizlərə Qobustanda da rast gəlmək mümkün idi. Həmin alətlər daş dövrünün firuz mərhələsinə aiddir.[12]

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Bu mağaranın uzunluğu 120 metr, eni 20 metrə qədərdir. Şuşa mağarasının ağzında orta əsrlərə aid olan daşdan qalın istehkamlar, qala divarlarının qalığı vardır "Tarixi abidələr". /www.azerbaijans.com. İstifadə tarixi: 10 may 2022.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Şuşa mağara düşərgəsi". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-17.
  2. "Azərbaycan arxeologiyası, Altı cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2008, 448 səh". 2022-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-17.
  3. "Şuşa mağara düşərgəsi". kataloq.gomap.az. 4 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2022.
  4. Cəfərov,1973; Həsənov, Cəfərov, 1976
  5. "Şuşa mağara düşərgəsi". 2021-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-31.
  6. Həsənov Ə. Ə., Cəfərov Ə. Q. Şuşa mağarasından tapılan arxeoloji materiallar. DAN Az. SSR 32 cild, Bakı, 1976,
  7. "AMEA. Arxeologiya və Etnoqrafiya İnstitutu Azərbaycan Arxeologiyası, Şərq-Qərb nəşriyyatı, I cild, 2008-ci il" (PDF). www.ebooks.az. 30 September 2019 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 10 may 2022.
  8. Cəfərov Ə. Quruçay dərəsində. Bakı, 1990.
  9. Cəfərov İ. Daş kahalar (Şuşanm Gülablı kəndində abidə), "Ədəbiyyat və incəsənət" qəzeti, 4 may 1984, səh.5.
  10. Джафаров А.Г., Гасаиов А.А.Археологические находки из Шушинской пешеры. ДАН Азерб.ССР. т.32. 1976. № 1
  11. Həsənov Ə. Ə., Cəfərov Ə. Q. Şuşa mağarasından tapılan arxeoloji materiallar. DAN Az. SSR 32 cild, Bakı, 1976, JVs 1
  12. "Nazim Məmmədov, AMEA Tarix İnstitutu. Azərbaycan SSR Dağlıq Qarabağ bölgəsinin şəhər və rayonlarının tarixi (XX əsrin 20-90-cı illəri)" (PDF). library.virtualkarabakh.az. 2 August 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 10 may 2022.